Məhkəmə qərarları › İş №2(067)-844/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-844/2022

11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-844/2022 11.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qarşı yol verdiyi qeyri-qanuni hərəkətlərə görə dəymiş 1000 manat məbləğində ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddiaya xitam verilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlə razılığa gəlmişlər. Ona görə də hazırkı iddiamdan imtina edir və iş üzrə icraata xitam verilməsini istəyir. Bu barədə ərizəni məhkəməyə təqdim edir. Məhkəmə hazırlıq iclasında Cavabdeh bildirmişdir ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddiaçının iddiadan imtinasının qəbul edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının 261, 262,263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar