Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-847/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, İddiaçı X2in Cavabdeh qarşı “Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Texniki pasportun etibarsız hesab edilməsinə dair” iddia tələbinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDRX-nin 5 saylı X8 Cavabdeh adına verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli , RX serialı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən Çıxarışın və __02.2013-cü il tarixli **********92-10301 reyestr nömrəli 87 inventar nömrəli Texniki Pasportun etibarsız hesab edilməsi, həmin məlumatların Dövlət Reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx xxxx 1995-ci il tarixli qərarı ilə Yalama sovxozun ərazisində yaşayan vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair Yalama sovxozunun Əmri təsdiq olunaraq ümumi siyahıda onun adı 176-cı sıra nömrə ilə göstərilməklə Orta-oba kəndində adına ayrılan torpaq sahəsi 0,06 ha qeyd olunmuşdur. Xaçmaz rayon X4 xx xxxxxx 1998-ci il tarixli 14 saylı qərarı ilə onun adına Orta-oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi 1995-ci ildə ona yerində ölçülərək təhkim olunandan sonar orada yaşayış evin tikintisinə başlamış və 1996-cı ilin ortalarında evi tikib başa çatdırmışdır. Yəni evin damı vurulmuş, qapı-pəncərə qoyulmuş və otaqların döşəmələri vurulmuşdur. Evi tikdiyi zaman o, ailəsi ilə birlikdə Dərbənd şəhərində yaşayırdı, lakin mütəmadi olaraq qeyri iş günləri Xaçmaz rayonu, Yalama İƏV-nin Orta- Oba kəndində tikilən evin tikinti işlərinə nəzarət edirmiş. Cavabdeh onun qardaşı X1 həyat yoldaşıdır, Natəvən və Məzahir 1995-ci ildə ailə həyatı qurmuş və həmin vaxt cavabdeh valideyinlərinə məxsus Xaçmaz rayonu Orta-oba kəndində yerləşən evə gəlin köçmüşdür. İlk vaxtlar cavabdeh valideyinləri ilə normal olsa da, müəyyən müddətdən sonar aralarında tez-tez mübahisələr baş vermiş və bu səbəbdən qardaşı Məzahir ailəsi ilə birlikdə valideyinlərinin evindənb çıxıb Yalama kəndində başqa evdə kirayədə yaşamaq istəmişdir. Vəziyyətin bu cür alındığını görüb o, qardaşı Məzahirə təklif etmişdir ki, özünə torpaq sahəsi alıb ev tikənə qədər müvəqqəti olaraq onun təzə inşa etdirdiyi evə köçüb orada yaşasın. Qardaşı Məzahir razılaşıb, onun evinə köçərək orada yaşamağa başlamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh onun tikdiyi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə saxta yollarla adına mülkiyyət hüququna dair sənədlər düzəltmişdir. Belə ki, Cavabdeh həmin evə dair DƏDRX-nin 5 saylı X8 xx.xx.2013-cü il tarixdə xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli , RX serialı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən Çıxarış və __02.2013-cü il tarixli **********92-10301 reyestr nömrəli 87 inventar nömrəli Texniki Pasport almışdır. Çıxarışda qeyd olunur ki, fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh, evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsi cavabdehlə oğlu X3 ümumi birgə mülkiyyətidir. Mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuş, cavabdeh hansısa yolla həmin şəhadətnaməni hazırda ləğv olunmuş DT və XK-nin Xaçmaz şöbəsinin işçiləri vasitəsilə aradan götürüb adına saxta şəhadətnamə almaqla sonradan evə dair yuxarıda göstərilən saxta sənədləri əldə etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X6 Hacıkərimoviç və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəmədən DƏDRX-nin 5 saylı X9 tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən Çıxarışın və Texniki Pasportun etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 №-li “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarın 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməsi araşdırılmalıdır. Həmin Qərarın 3.1-ci və 3.2-ci bəndlərində görə: 3.1 xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 2.0.1-ci maddəsində inzibati orqan anlayışının açıqlamasından görürük ki, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Plenumun Qərarının 5.1-ci maddəsində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə də, göründüyü kimi, iddiaçının iddia tələbi inzibati orqan tərəfindən verilmiş inzibati aktın etibarsızlığı ilə bağlı olduğundan işə mahiyyəti üzrə aidiyyatı yurisdiksiya üzrə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsində bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilməsi, 170.2-ci maddəsində isə işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarması müddəaları qeyd olunub. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. İş materiallarında göründüyü kimi, iddiaçı X2 10 manat dövlət rüsumu ödəmişdir. Qanunvericiliyin tələbinə əsasən dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114,261-262, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara alıdı: İddiaçı X2in Cavabdeh qarşı “Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Texniki pasportun etibarsız hesab edilməsinə dair” iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçının ödədiyi 10 (on) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı X2ə izah olunur ki, iddia ərizəsində göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-847/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-847/2021
22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver