Məhkəmə qərarları › İş №2(067)-860/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-860/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-860/2021 09.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Cavabdeh1 iştirakı ilə «xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Namazov Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi «xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 494 manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 20.40 manat dövlət rüsumunun cavabdehlərdən «xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx” ASC də xx xxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış VAZ-21074 markalı 27BK 696 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2019-cu il tarixdə Xaçmaz şəhərində baş vermiş yol-nəqliuuay hadisəsi nəticəsində Şahid tərəfindən idarə olunan VAZ-21154 markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Xaçmaz DYPB-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə zamanı Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənə avtomovilinin zədələnməsi ilə bağlı 494 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı «xxxx” ASC məhkəmənin ünvanına ərizə göndərərək işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdeh Namazov Cavabdeh2 məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi onun təqsiri ucbatından baş verdiyindən o, hadisədən sonra zərərçəkmiş şəxs Şahid ilə görüşüb ona dəymiş maddi zərəri tam həcmdə ödəmişdir, lakin bununla bağlı heç bir sənədləşmə aparmamışdır. Sonra məlumat almışdır ki, sığorta şirkəti də öz növbəsində zərərçəkmiş şəxslə həmin yol nəqliyyat hadisəsinə görə pul ödəmişdir. O, pulunu Şahid geri tələb etsə də, sonuncu pulunu qaytarmamışdır. Hal hazırda Şahid məhkəmə iclasına gəlib, eyni hadisəyə görə həm ondan, həm sığorta şikrətindən pul alması faktını təsdiq etməsini xahiş etsə də, Şahid məhkəmə iclasına gəlməmiş və bu halı başqa vasitələrlə təsdiq etməmişdir. Şahid baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar maddi ziyanın ödənilməsinə dair məhkəməyə təqdim edə biləcək heç bir sübutu yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Dəymiş zərərin hesablanmasına dair Aktdan” görünür ki, hadisə nəticəsində dəymiş maddi ziyanın məbləği 494 manat təşkil edir. İş materiallarında olan AC seriyalı 777148 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ-21154 markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. İş materiallarında olan ƏN-Vİ№ 832361 saylı xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, Vaz 21154 minik markalı 90LZ442 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X2 Arif Nəsrəddin oğluna qeyd olunan nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətləri etməyi və etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə verilə biləcəyi şərti ilə xx.xx.2020-ci ilədək etibar etmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli 48583 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, «xxxx” ASC tərəfindən 494 manat məbləğində pul X1 yolu ilə ödənilmişdir. İş materiallarında olan 008004 blankında çap edilən “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin” surətindən görünür ki, X5 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X3 21154 minik markalı 90LZ442 dövlət nömrə nişanlı avtomobili xx.xx.2020-ci il tarixədək idarə etmək üçün Şahid etibar etmişdir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Vaz 21154 minik markalı 90LZ442 dövlət nömrə nişanlı avtomobil “xxxx” ASC-də Cavabdeh1 tərəfindən icbari qaydada sığortalanmışdır. İş materiallarında olan TP3410781 saylı xx.xx.2019-cu il tarixli İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan AC seriyalı 166692 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ-21074 markalı 27BK696 dövlət qeydiyyat nişanlı avtomobil Zamanov Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, Vaz 21074 minik markalı 27BK696 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Zamanov Cavabdeh2 Cavabdeh1 qeyd olunan nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətləri etməyi və etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə verilə biləcəyi şərti ilə xx.xx.2016-cı ilədək etibar etmişdir. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, «xxxx” ASC məhkəmədə iddia ərizəsinə baxılması üçün 20.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-cı maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrinin, mexanizmlərin, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən, və i.a istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə bocludurlar, bu şərtlə ki, zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin olduğu müddət ərzində baş verən hadisə və yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istsmar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Namazov Cavabdeh2 494 manat sığorta ödənişinin əvəzi və ödənilmiş 20.40 manat dövlət rüsumu tutularaq «xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar