Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-87/2024 02.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin naturada bölünərək payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli çıxarışlara əsasən onun, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətində olan torpaq sahələrinin naturada bölünərək onun payının ayrılması, zərərin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində verilmiş xx.xx.2019-cu il tarixli, **********47 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi əsasında Cavabdeh2 0.16965 ha, Cavabdeh1 0.16965 ha və İddiaçı 0.6786 ha olmaqla, (ümumi sahəsi 1.0179 ha) və digər akta əsasən xx.xx.2019-cu il tarixli **********48 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi əsasmda Cavabdeh2 1.692 ha, X2 1.692 ha və İddiaçı 4.968 ha olmaqla {ümumi sahəsi 8.3520 ha) Xaçmaz rayonu Keymərəz kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri {ümumi sahəsi 9.3699 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) onların birgə mülkiyyətlərinə verilmiş və həmin qeydlərdən adlarına çıxarışlar verilmişdir. Lakin cavabdeh qardaşı Cavabdeh2 ona məxsus 4.968 ha torpaq sahəsindən istifadə etməyə maneə törədir. Buna görə də, o Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qeyd olunan çıxarışlar əsasında bölgü sxemlərinin hazırlanması üçün müraciət etmişdir. Oradan verilmiş xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubda bildirilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, bölgü sxemlərinin hazırlanması ilə bağlı müraciət etdiyi torpaq sahələri üzərində mübahisə mövcud olduğundan torpaq sahələri üçün nəzərdə tutulmuş bölgü sxemləri üçün hazırlanması mümkün olmamışdır. Bundan başqa cavabdehın günahları səbəbindən hazırki mübahisənin məhkəməyə qədər həll edilməsi üçün 100 manat məbləğində rüsum ödəyərək mediasiyaya müraciət etmişdir. Göründüyü kimi Cavabdeh2 günahı səbəbindən ona 100 manat məbləğində zərər dəymişdir. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli çıxarışlara əsasən onun, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətində olan torpaq sahələrinin naturada bölünərək onun payının ayrılması, tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) hüquqlarin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində verilmiş xx.xx.2019-cu il tarixli, **********47 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi əsasında Cavabdeh2 0.16965 ha, X2 0.16965 ha və İddiaçı 0.6786 ha olmaqla, (ümumi sahəsi 1.0179 ha) və digər akta əsasən xx.xx.2019-cu il tarixli **********48 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi əsasında Cavabdeh2 1.692 ha, X2 1.692 ha və İddiaçı 4.968 ha olmaqla (ümumi sahəsi8.3520 ha) Xaçmaz rayonu Keymərəz kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri (ümumi sahəsi 9.3699 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) iddiaçı ilə cavabdehlərin birgə mülkiyyətinə verilmişdir və adlarına çıxarışlar verilmişdir. Lakin Cavabdeh2 iddiaçıya məxsus 4.968 ha torpaq sahəsindən istifadə etməyə maneə törədir. Buna görə də, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qeyd olunan çıxarışlar əsasında bölgü sxemlərinin hazırlanması üçün müraciət etmişdir. Lakin torpaq sahələri üzərində mübahisə mövcud olduğundan bölgü sxemlərinin hazırlanması mümkün olmamışdır. Ona görə iddiaçı hazırkı iddianı qaldırmışdır. Torpaq sahələri ayrı-ayrılıqda, lakin bir-birinə yaxın ərazilərdə yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Keymərəz kəndində yerləşən 8,3520 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə 1.692 ha Cavabdeh2, 1.692 ha X1 və 4.968 ha İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Keymərəz kəndində yerləşən 1.0179 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə 0.16965 ha Cavabdeh2, 0.16965 ha X1 və 0.6786 ha İddiaçı qıznın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubda göstərilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, bölgü sxemlərinin hazırlanması ilə bağlı müraciət etdiyi torpaq sahələri üzərində mübahisə mövcud olduğundan torpaq sahələri üçün nəzərdə tutulmuş bölgü sxemləri üçün hazırlanması mümkün olmamışdır. İş materiallarında olan mədaxil qəbzlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, məhkəmə rəyinin alınması üçün 135 manat pul DƏDRX-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Keymərəz kəndində yerləşən 1.0179 ha torpaq sahəsindən İddiaçı 1/3 hissədə payının ayrılması mümkündür. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Keymərəz kəndində yerləşən 8.3520 ha torpaq sahəsindən İddiaçı 1/3 hissədə payının ayrılması mümkündür. Payın ayrılması qayda, ölçü və cizgidə bölgünün olması sxemdə əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Keymərəz kəndində yerləşən 1.0179 ha torpaq sahəsi üzərində İddiaçı 1/3 hissədə (0,6786 ha) payı müəyyən edilsin. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Keymərəz kəndində yerləşən 8.3520 ha torpaq sahəsi üzərində İddiaçı 1/3 hissədə (4,968 ha) payı müəyyən edilsin. Torpaq sahələri mütəxəssis rəyinə əlavə olunan torpaq sahəsinin bölgü planına uyğun bölünərək, İddiaçı ayrıca mülkiyyətinə verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 135 manat cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-87/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-87/2024
02.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver