Məhkəmə qərarları › İş №2(067)-888/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-888/2020

11.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-888/2020 11.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi x8, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və x2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və x3 qarşı «Əqdin etibarlı hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-0450 seriyalı, 30220087 kodlu dövlət aktında 450 planşetdə göstərilmiş koordinatlardakı 6181,39 kv.m torpaq sahəsinin alqı-satqısına dair onunla Abdullayeva Xədicə və cavabdehlər Cavabdeh1 və x4 arasında 27 yanvar 2002-ci il tarixdə bağlanmış əqdin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Yeni həyat qəsəbəsində yaşayır. Cavabdehlər Cavabdeh1 və x4 qardaş olmaqla onlarla qonşuluqda yaşayır. 2002-ci ilin əvvəllərində cavabdeh Mehrəli Kamilovun və anası Xədicə Abdullayevanın adlarına olan paytorpaqsahəsindən 0,61 ha hissəsini satdıqlarını eşitmişdir. Məsələ ilə maraqlandıqda məlum olmuşdur ki, həqiqətən də onlar həmin torpaq sahəsini satırlar. Cavabdeh1 satılan torpaq sahəsində payı olmasa da anası Xədicə və qardaşı Mehrəli torpaq sahələrini Binalinin rəhbərliyi ilə satmışlar. Cavabdehlərlə satılan torpaq sahəsini 600000 köhnə Azərbaycan manatına razılaşmışlar. 27 yanvar 2002-ci il tarixdə cavabdehlərlə aralarında torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş, həmin aktda qeyd olunmuşdur ki, 450 nömrəli dövlət aktına əsasən Abdullayeva Xədicənin mülkiyyətində olan 6181,39 kv.m torpaq sahəsi Yeni həyat qəsəbəsinin sakini İddiaçı 600000 manata satılmışdır. Abdullayeva Xədicə, Cavabdeh1 və Kamilov Mehrəli satıcı tərəf kimi və o, torpaq sahəsinin alıcısı kimi həmin aktı imzalamışlar. Aktda həmçinin qeyd olunmuşdur ki, «torpaq sahəsi təhvil verildi-təhvil alındı». Beləliklə, 2002-ci ilin 27 yanvar tarixində Abdullayeva Xədicə və x3 məxsus JN- 0450 seriyalı, 30220087 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında 450 nömrəli planşetdə göstərilmiş 6181,39 kv.m torpaq sahəsini o, torpaq sahəsinin mülkiyyətçilərindən faktiki olaraq satın almış və həmin vaxtdan da torpaq sahəsi onun istifadəsindədir. O, torpaq sahəsini alarkən qanuna müvafiq olaraq alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək istəmişdir. Lakin həmin vaxt cavabdehlərin sənədləri qaydasında olmadığından belə razılığa gəlmişlər ki, hazırki vəziyyətdə alqı-satqıya dair rəsmi sənəd tərtib etsinlər, sənədləri qaydaya saldıqdan sonra alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etdirərlər. Bundan sonra dəfələrlə cavabdehlərə müraciət edərək alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etdirmələrini xahiş etsə də cavabdehlər hər dəfə bir bəhanə ilə bundan yayınmışlar. Cavabdehlər həmkəndliləri olduğu üçün özü də bu məsələyə ciddi yanaşmamış, fikirləşmişdir ki, nə vaxtsa onlar sənədlərini qaydaya salar və müqaviləni lazımi qaydada təsdiq etdirərlər. 2006-cı ildə torpaq sahəsinin mülkiyyətçilərindən Abdullayeva Xədicə vəfat etmişdir. Onun vəfatından sonra o, cavabdehlərə müraciət edərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmiş, lakin cavabdehlər hər dəfə söz versələr də bu günə kimi bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, torpağa mülkiyyət hüququna dair JN-0450 seriyalı, 30220087 kodlu dövlət aktında 450 planşetdə göstərilmiş koordinatlardakı 6181,39 kv.m torpaq sahəsinin alqı-satqısına dair onunla Abdullayeva Xədicə və cavabdehlər Cavabdeh1 və x4 arasında 27 yanvar 2002-ci il tarixdə bağlanmış əqdin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatı ilə eyni məzmunlu izahat verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Xaçmaz rayon x6 28 mart 2001-ci il tarixli, 01 saylı qərarı və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 25 iyun 2001-ci il tarixli, 108 saylı sərəncamına əsasən mərhum anası Abdullayeva Xədicənin və qardaşı x2 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yeni həyat qəsəbəsi ərazisindən 0,82 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə mərhum anasının və qardaşının mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-450 seriyalı, 30220087 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Anaları Xədicə 2006-cı ildə vəfat etmişdir. İddiaçı hazırda məhkəmədə ona və qardaşı x3 qarşı iddia qaldıraraq onunla qardaşı Mehrəli Kamilov və mərhum anası Xədicə Abdullayeva ilə guya aralarında 27 yanvar 2002-ci il tarixdə 6181,39 kv.m torpaq sahəsinin alqı-satqısına dair baş tutmuş əqdin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddianı əsassız hesab edir. Belə ki, anası Xədicə və qardaşı Mehrəli heç vaxt torpaq sahələrini İddiaçı satmamışlar. Qardaşı və anası torpaq sahələrini 2002-ci ildən iddiaçının istifadəsinə icarəyə vermişlər və iddiaçıdan icarə pulu almışlar. Lakin bu o demək deyil ki, onlar torpaq sahələrini iddiaçıya satmışlar. İddiaçı mahiyyətini dərk etmədikləri sənədə onlara imza etdirmiş və sonradan onlara məlum olmuşdur ki, onlar guya torpaq sahəsinin alqı-satqısına razılıq verərək akta imza etmişlər. Lakin onlar imza etdikləri sənədin icarə müqaviləsi olduğunu bilmişlər. İddiaçı onları aldatmışdır. Hazırda iddiaçı torpaq sahəsini satın aldığını iddia edərək torpaq sahəsini geri qaytarmır. Torpaq sahəsinin alqı-satqısı barədə nə mərhum anası, nə qardaşı Mehrəli, nə də ki, onlarla iddiaçı arasında hər hansı bir razılaşma olmamış və hazırda da torpaq sahələrini satmaq niyyətində deyillər. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilən cavabdeh x4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Xaçmaz rayon x6 28 mart 2001-ci il tarixli, 01 saylı qərarı və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 25 iyun 2001-ci il tarixli, 108 saylı sərəncamına əsasən mərhum anası Abdullayeva Xədicənin və onun paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yeni həyat qəsəbəsi ərazisindən 0,82 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə mərhum anasının və onun mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-450 seriyalı, 30220087 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Anaları Xədicə 2006-cı ildə vəfat etmişdir. İddiaçı hazırda məhkəmədə ona və qardaşı Cavabdeh1 qarşı iddia qaldıraraq onunla mərhum anası Xədicə Abdullayeva və onun arasında 27 yanvar 2002-ci il tarixdə 6181,39 kv.m torpaq sahəsinin alqı-satqısına dair baş tutmuş əqdin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddianı əsassız hesab edir. Belə ki, anası Xədicə və o, heç vaxt torpaq sahələrini İddiaçı satmamışlar. O və anası torpaq sahələrini 2002-ci ildən iddiaçının istifadəsinə icarəyə vermişlər və iddiaçıdan icarə pulu almışlar. Lakin bu o demək deyil ki, onlar torpaq sahələrini iddiaçıya satmışlar. İddiaçı mahiyyətini dərk etmədikləri sənədə onlara imza etdirmiş və sonradan onlara məlum olmuşdur ki, onlar guya torpaq sahəsinin alqı-satqısına razılıq verərək akta imza etmişlər. Lakin onlar imza etdikləri sənədin icarə müqaviləsi olduğunu bilmişlər. İddiaçı onları aldatmışdır. Hazırda iddiaçı torpaq sahəsini satın aldığını iddia edərək torpaq sahəsini geri qaytarmır. Torpaq sahəsinin alqı-satqısı barədə nə mərhum anası, nə o, nə də ki, qardaşı Binali ilə iddiaçı arasında hər hansı bir razılaşma olmamış və hazırda da torpaq sahələrini satmaq niyyətində deyillər. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmin qənaətə aşağıdakı sübutların məcmusuna əsasən gəlir: Belə ki, mülki işə əlavə olunmuş AZE seriyalı, 17018419 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh x1 rayonunun Yeni həyat qəsəbəsində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Xaçmaz rayonunun Yeni həyat qəsəbəsində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-450 seriyalı, 30220087 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon x6 28 mart 2001-ci il tarixli, 01 saylı qərarı və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 25 iyun 2001-ci il tarixli, 108 saylı sərəncamına əsasən Abdullayeva Xədicənin və x2 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yeni həyat qəsəbəsi ərazisindən 0,82 ha pay torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-450 seriyalı, 30220087 kodlu dövlət aktının plan cizgilərindən görünür ki, Abdullayeva Xədicənin və x2 paylı olaraq mülkiyyətlərinə verilmiş ümumilikdə 0,82 ha torpaq sahəsi iki müxtəlif ərazilərdə yerləşir. Mülki işə əlavə edilmiş 27 yanvar 2002-ci il tarixdə yazılmış aktın məzmununda göstərilir ki, Xədicə Abdullayeva və Cavabdeh1 6181,39 kv.m torpaq sahələrini İddiaçı 600000 köhnə Azərbaycan manatına satmışlar. Mülki işə əlavə olunmuş 15 yanvar 2007-ci il tarixli, AZ-İ seriyalı, 223903 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xədicə Abdullayeva 13 dekabr 2006-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı iddia tələbində 01 noyabr 2005-ci il tariəxədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə istinad edərək cavabdehlər Cavabdeh1 və x4 ilə aralarında baş tutmuş əqdin (mübahisəli 6181,39 kv.m torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin) etibarlı hesab edilməli olduğunu göstərmişdir. İ.K.Rəcəbovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Kostitusiyası Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələblərinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlısaymaqixtiyarıvardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur. - əqdin notarial təsdiqlənməsi qaydasına riyaət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunverciliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyanın alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasına mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: - yazılı formada bağlanması; - notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin 9-cu hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notarial qaydada təsdiqlənməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh şəxs qismində qoyulmuş şəxslərdən Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan mübahisəli torpaq sahəsinin mülkiyyətçisi deyildir, onun mübahisəli torpaq sahəsi üzərində hər hansı sərəncam vermək hüququ olmamışdır. Bununla əlaqədar ümumi mülkiyyətin payçıları tərəfindən Cavabdeh1 sərəncam hüququnun həyata keçirilməsi ilə bağlı hər hansı səlahiyyət də verilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən Cavabdeh1 münasibətdə əsassız irəli sürülmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının alqısatqı müqaviləsinin etibarlı hesab edilməsini tələb etdiyi mübahisələndirilən 6181,39 kv.m torpaq sahəsi ümumi birgə mülkiyyətdir, mülkiyyətçilərdən Xədicə Abdullayeva 2006-cı ildə vəfat etmişdir və onun ölümündən sonra hüquqi varislik məsələsi rəsmiləşdirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ümumi birgə mülkiyyət olan mübahisəli torpaq sahəsinin mülkiyyətçilərindən Xədicə Abdullayevaya münasibətdə onun hüquqi varisi rəsmi qaydada müəyyən edildikdən sonra həmin hüquqi varisə qarşı tələb irəli sürə bilər. Nə qədər ki, Xədicə Abdullayevanın hüquqi varisi müəyyən edilməmişdir sonuncunun mülkiyyətçisi olduğu ümumi birgə mülkiyyət olan torpaq sahəsinə iddiaçı tərəfndən tələb irəli sürülməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən tələbinin əsasını təşkil edən sübut kimi məhkəməyə yalnız 20 yanvar 2002-ci il tarixli akt təqdim edilmişdir. Həmin aktda cavabdehlərdən mərhum Xədicə Abdullayevanın və Mehrəli Kamilovun torpaq sahəsini 600000 köhnə Azərbaycan manatına satdıqları göstərilmişdir. Lakin həmin aktla yuxarıda istinad olunan Azərbaycan Respublikası Kostitusiyası Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarında əqdin icra edilməsinin əsasları kimi sadalanan «əqdin notarial təsdiqlənməsi qaydasına riyaət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmasi, əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olması» kimi hallar müəyyən olunmur. Məhz iddiaçı notarial qaydada təsdiqlənməsi tələb olunan əqdin qanuna zidd olmamasının, əqdi tamamilə və ya qismən icra etməsinin, yaxud əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin cavabdehlərin təqsiri ucbatından baş verməsinin, məhz cavabdehlərin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmasının əsasını təşkil edən hər hansı bir mötəbər sübutu və sənədi də məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahəsi, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyətdə notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanuna uyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 9-cu bəndinə əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydasında təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notarial qaydada təsdiqlənməməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 93-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notarial qaydada təsdiqlənməlidir. Azərbaycan Respbulikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Məhkəmə hesab edir ki, ümumi birgə paylı mülkiyyət olan mübahisəli 6181,39 torpaq sahəsi daşınmaz əşya hesab edilməklə, daşınmaz əmlakın dövlət reyestri obyektinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli olduğundan iddiaçının notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etməsi sübuta yetmədiyindən qanunun mənasına görə həmin əqd etibarlı sayıla bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sübut kimi təqdim etdiyi yuxarıda istinad olunan akt şəklində yazılmış sənəd iddiaçı tərəfindən notarial qaydada təsdiqlənməsi tələb olunan əqdin tamamilə və ya qismən icra edilməsinin əsasını təşkil edən sübut kimi qiymətləndirilə bilməz və belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi xüsusi əhəmiyyət daşımaqla birbaşa onların etibarsızlığına səbəb olduğundan iddia təmin oluna bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və x3 qarşı «Əqdin etibarlı hesab edilməsi tələbi»nə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar