Məhkəmə qərarları › İş №2(067)-893/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-893/2023

31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-893/2023 31.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 MMC və Cavabdeh4 QSC-yə qarşı daşınmaz əmlakların qiymətləndirilməsinin düzgün aparılmaması, qiymətləndirmə barədə mütəxəssis rəylərinin etibarsız hesab edilməsi və yenidən qiymətləndirmə aparılması haqqında mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC-nə, Əmlak Hərrac Mərkəzi MMCnə və "xxxx" QSC-nə qarşı tələbinə dair daşınmaz əmlakların qiymətləndirilməsinin düzgün aparılmaması, qiymətləndirmə barədə mütəxəssis rəylərinin etibarsız hesab edilməsi və yenidən qiymətləndirmə aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC-nə, Əmlak Hərrac Mərkəzi MMC-nə və "xxxx" QSC-nə qarşı tələbinə dair daşınmaz əmlakların qiymətləndirilməsinin düzgün aparılmaması, qiymətləndirmə barədə mütəxəssis rəylərinin etibarsız hesab edilməsi və yenidən qiymətləndirmə aparılması tələbinə dair iddiası üzrə 2(067)-893/2023 saylı mülki işin materiallarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(067)-386/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər İddiaçı, X2, X1, X5 müştərək qaydada iddiaçının xeyrinə 189810.2 ABŞ dolları əsas, 102311.91 ABŞ dolları faiz, 250 ABŞ dolları məbləğində cərimə borcu qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat məbləğində pul və 80 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 15000 manat məbləğində müəyyən edilməsi, Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 44000 manat məbləğində müəyyən edilməsi, Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, X3 mülkiyyətində olan Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, X4 mülkiyyətində olan Xaçmaz şəhəri N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 205000 manat məbləğində müəyyən edilməsi, Xaçmaz şəhəri N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X6 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli 2(105)-386/2022 nömrəli qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(067)-386/2022 nömrəli qətnaməsi yuxarıda qeyd olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2022-ci il tarixli 2(102)-3253/2022 nömrəli qərarı ilə İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli 2(105)-386/2022 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli 2(105)-386/2022 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və qətnamə üzrə icra vərəqəsi verilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia ərizə isə faktiki olaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin müəyyən etdiyi halların mübahisələndirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçıya izah olunur ki, hazırki iddia tələbində mübahisələndirilən hallar qanuni qüvvəsini almış digər məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, yenidən birinci instansiya məhkəməsində baxıla bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC-nə, Əmlak Hərrac Mərkəzi MMCnə və "xxxx" QSC-nə qarşı tələbinə dair daşınmaz əmlakların qiymətləndirilməsinin düzgün aparılmaması, qiymətləndirmə barədə mütəxəssis rəylərinin etibarsız hesab edilməsi və yenidən qiymətləndirmə aparılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar