Məhkəmə qərarları › İş №2(067)-957/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-957/2021

15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-957/2021 15.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdehnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı xx xxxx 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Cavabdehnun adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnun adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Xaçmaz rayonu Aqrar İslahat komissiyasının xx xxxxxx 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində 1.72 ha torpaq sahəsinə JH-0077, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş və bunun əsasında da X8 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən yerində, yəni naturada koordinatları göstərilməklə xx.xx.2016-cı il tarixli seriya RX № ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsindən o, 25 ilə yaxındır ki istifadə edir. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin xx xxxxxx 2004-cü tarixli qətnaməsi ilə İddiaçı və X1 hər birindən 0.10 ha torpaq sahəsi alınaraq Cavabdeh və X3 verilməsi barədə iddiaları təmin olunmuşdur. Həmin qətnamə icra edilməsi üçün Xaçmaz rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnaməsinin icrası icra məmuru Zamiq İsayevə həvalə olunmuşdur. Həmin işlə ilə bağlı icra məmuru Zamiq İsayev icra vərəqini icra etmək üçün müxtəlif vaxtlarda həmin ərazidə olsa da, torpaq sahəsini naturada yerini müəyyən etmək mümkün olmamış və bu barədə xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə aktlar tərtib etmişdir. Bununla bağlı dəfələrlə DƏDRX-ə və Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə müraciət edilmiş və həmin dövlət orqanları da sənədlə naturadakı vəziyyətin uyğunsuzluğunu bildirmişlər. Bu səbəbdən də icraya xitam verilmiş və icra vərəqəsi icrası mümkün olmadığından xx xxxx 2017-ci il tarixində “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Buna baxmayaraq Xaçmaz Rayon İcra Şöbəsinin xx xxxx 2017-ci il tarixli qərarından tələbkar Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini və icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon İcra Şöbəsinə göndərilməsi baradə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti yurisdiksiya üzrə baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın 8(105)-185/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli (hakim Şəmsəddin Abasov) qərardadı ilə tələbkarın şikayəti təmin olunmuş və Xaçmaz Rayon İcra Şöbəsinin xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilərək icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin qərarın icrası ilə əlaqədar icra məmuru dəfələrlə icra yerində olmuşdur. Lakin qətnamədə göstərilən torpaq sahəsinin yerini və naturada koordinatlarını müəyyən edə bilmədiyi üçün bir daha xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i və Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin mütəxəssislərinin iştirakı ilə aktlar tərtib olunmuşdur. Buna baxmayaraq naməlum səbəbdən xx.xx.2019-cı il tarixində Xaçmaz Rayon İcra və Probasiya şöbəsi heç bir texniki ölçmə avadanlığının köməyi olmadan ayaq addımları ilə ölçərək onun çıxarışla xüsusi mülkiyyətində olan torpaq sahəsini zorla qarşı tərəfə vermişlər. Qətnamə icra olunduqdan sonra tələbkar Cavabdehnun adına qeydiyyat tarixi xx.xx.2019-cu il olan 0.10 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Tələbkara çıxarış verildikdən 56 gün sonra icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə tələb icra olunduğuna görə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Qərar düzgün icra olunmadığına görə (yəni qeyd edilən torpaq sahəsi naturada mövcud olmadığından) borclu İddiaçı Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icra qərarının ləğv olunması barədə icra sənədini vermiş Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə qərarı ləğv edərkən onu əsaslanmışdır ki, mübahisəli torpaqla bağlı qətnamənin 2004-cü ildən olmasına baxmayaraq qeyd edilən ərazinin mövcud olmaması həmin qətnamənin icrasını mümkünsüz etmişdir. Bu hal müxtəlif vaxtlarda aidiyyatı orqanlar tərəfindən verilmiş arayışlarla təsdiq edilmişdir. Tərəflər arasında torpaq sahəsinin koordinatları ilə bağlı mübahisə mövcuddur. İcra məmuru 0.10 ha torpaq sahəsini hansı koordinatlara əsasən məhz həmin yerdən alınıb tələbkara verilməsinin qanuni əsasları icra işinin materiallarında öz əksini tapmamışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmiş və əlavə olaraq Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı məhkəməyə təqdim etmişdir. xx xxxxx 2021-ci il tarixdə iddiaçı iddia tələbinin həcmini artıraraq xx xxxx 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Cavabdehnun adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh arasında olan torpaq mübahisəsi uzun illərdir ki, davam edir. Onların birinci instansiya, apelyasiya və kassasiya məhkəmələrində bir neçə dəfə məhkəmə çəkişmələri olub. Məhkəmələrin yekun aktları əsasında da, icra vərəqələri verilirdi. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xahişi əsasında Bakı Apelyasiya Məhkəməsinin 1mk-5708/2004 saylı xx xxxxx 2015-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsinin 1mk-5708/2004 saylı xx xxxxxx 2004-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin dublikatının verilməsi qərara alınmış və həmin qərardad icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsinin 1mk-5708/2004 saylı xx xxxxxx 2004-cü il tarixli qətnaməsinin icrası mümkün olmadığından, xx xxxx 2017-ci il tarixdə o, icra vərəqəsini məhkəməyə geri qaytarmışdır. Lakin Cavabdeh onun qərarından məhkəməyə şikayət vermiş və xx xxxxxxx 2018-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-185/2018 saylı qərardadına əsasən Xaçmaz rayon İcra Şöbəsinin xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilmişdir. Bundan sonra Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsi 8(105)-185/2018 saylı qərardadına əsasən xx.xx.2019-cu ildə torpağa dair mülkiyyət hüququ əldə etmiş, yəni torpağa dair mülkiyyət hüquqlarını DƏDRX-də qeydə almış və bunun əsasında çıxarış almışdır. Tələbkar Cavabdehnun tələbi icra edildiyi üçün xx xxxxxx 2020-ci il tarixdə onun tərəfindən “qismən icra olunan icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərar qəbul edilmişdir. Qərarı ona görə qismən icra etmişdir ki, Cavabdeh ərizə ilə müraciət edərək, tələbinin icra olunmasını bildirmiş, yəni 0,10 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı əldə etmişdir. İş üzrə digər tələbkar X5 isə ölkə hüdudlarından kənarda olduğu üçün yerini müəyyən etmək mümkün olmadığından icra sənədini tam icra etmək mümkün olmamışdır. Daha sonra, İddiaçı onun qəbul etdiyi qərardan məhkəməyə şikayət etmiş və Sumqayıt Apelyasiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(105)-76/2020 saylı qərardadı ilə onun xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Buna baxmayaraq, xx xxxx 2021-ci il tarixdə o, Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi barədə” qərar qəbul etmişdir. Həmin qərarı o əsasla qəbul etmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə DƏDRX-dən torpağa dair çıxarış alması barədə ərizə vermiş, X5 isə tələbindən imtina etdiyi üçün icra sənədinin ona aid hissədə xitam verilməsini xahiş etmişdir. Halbuki, o qərarın səhv qəbul olunmasını anlayır. Ona görə ki, xx xxxxxx 2020-ci il tarixli qərar eyni əsaslarla qəbul edilmişdir. Faktiki olaraq, o, Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadını icra etməyərək, məhkəmə tərəfindən ləğv olunmuş qərarı yenidən eyni əsaslarla qəbul etmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 8(105)-185/2018 saylı qərardadın surətindən görünür ki, Xaçmaz rayon İcra Şöbəsinin xx xxxx 2017-ci il tarixli qərarı ( icra vərəqəsinin məhkəməyə geri qaytarılması haqqında) ləğv edilmiş və icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz rayon icra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydinə əsasən Xaçmaz rayonu Şıxlar kəndində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsusdur. Torpaq sahəsinin sənədləşdirilməsinə əsas AR Sumqayıt Apelyasiya məhkəməsinin 8(105)-185/2018 saylı qətnaməsi olmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zamiq İsayevin xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-3508 saylı xx.xx.2018-ci il tarixli icra sənədi qismən icra olunaraq məhkəməyə qaytarılmışdır. İş materiallarında olan tələbkar Cavabdehnun ərizəsinin surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən borclular X2 və İddiaçı 0,10 ha torpaq sahəsi alınıb ona verilmiş və icra sənədində göstərilən tələb tam təmin olunduğundan icra sənədinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(105)-76/2020 saylı qərardadın surətindən görünür ki, borclular X2 və İddiaçı ərizəsi təmin edilmiş, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020ci il tarixli qərarının surətindən görünür ki, icra sənədi üzrə tələbkar Cavabdeh ərizə ilə şöbəyə müraciət edərək icra sənədi üzrə tələbin təmin edildiyini bildirmiş. Digər tələbkar X5 isə ərizə ilə şöbəyə müraciət edərək icra sənədində göstərilmiş tələbdən imtina etdiyi bildirdiyi üçün qeyd olunan icra sənədinin icrasına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Göründüyü kimi, qeyd olunan normada icra sənədinin xitam olunması əsasları sadalanmışdır. İcra məmuru xx xxxx 2021-ci il tarixli icra sənədi formal olaraq 20.1.5-ci maddəsi ilə əsaslandıraraq, icraata xitam versə də, faktiki olaraq o, qanunun normalarını kobud şəkildə pozmuşdur. Ona görə ki, iş üzrə icra məmurun istinad etdiyi Qanunun 20.1.5-ci maddəsinin əsasını təşkil edən hüquqi əsaslar məhkəmə tərəfindən qanunsuz hesab edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh DƏDRX tərəfindən 0,10 ha torpaq sahəsinə olan mülkiyyət hüququnu təsdiq edən sənəd Sumqayıt Apelyasiya məhkəməsinin 8(105)-185/2018 saylı qərardadın əsasında verilmiş icra sənədi əsasında verilmişdir və Cavabdeh 0,10 ha torpaq sahəsini əldə etdiyindən icra işinə xitam verilməsini xahiş etmişdir. Bununla bağlı icra məmuru xx xxxxxx 2020-ci il tarixdə icra sənədi üzrə icraata xitam versə də, qeyd olunan qərar məhkəmə qaydasında mübahisələndirilmiş və qətnamənin təsviri hissəsində göstərilən Sumqayıt Apelyasiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(105)-76/2020 saylı qərardadı ilə ləğv edilmişdir. Yəni faktiki olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydinin aparılmasına əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış edən icra vərəqəsinin ləğv olunması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydinin ləğv olunması üçün əsasdır. Buna baxmayaraq, icra məmuru Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadını nəinki icra etməmiş, ona məhəl qoymayaraq məhkəmə tərəfindən xitam olunmuş icra işinə, heç bir hərəkət görməyərək, məhkəmə qərardadını icra etməyərək, yenidən eyni qanunsuz əsaslara istinadən Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadın əsasında verilmiş icra sənədinə xitam vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Cavabdeh qarşı xx xxxx 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Cavabdehnun adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar ləğv edilsin. Cavabdehnun adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarış (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydi) ləğv edilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar