Məhkəmə qərarları › İş №2(067)-962/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-962/2020

28.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-962/2020 28.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh X1 və onun nümayəndsi-vəkili X2 iştirakı ilə İddiaçı1 və Şixkərimova (Mustafayeva) Nuranə Məclum qızının X3 qarşı əmlak və sair tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı1 və Şixkərimova (Mustafayeva) Nuranə Məclum qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən, Xudat şəhəri H.Əliyev (keçmiş T.İsmayılov) küçəsində yerləşən 1 saylı ərzaq malları mağazasından cavabdeh X4 və digər şəxslərin çıxarılması, ərazinin boşaldılması, həmçinin ** KF *** dövlət qeydiyyat nişanlı Qaz 3110 markalı avtomobilin cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, X5 ilə X6 xx.xx.1978-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikhlarından xx.xx.1979-cu il təvəllüdlü İddiaçı1, xx.xx.1981-ci il təvəllüdlü X7 doğulmuşdur. İddiaçıların atası Məclum Mustafayev xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, Xudat şəhəri H.Əliyev (keçmiş T.İsmayılov) küçəsində yerləşən 1 saylı ərzaq malları mağazası, ** KF *** dövlət qeydiyyat nişanlı Qaz 3110 markalı avtomobili miras əmlak kimi qalmışdır. İddiaçıların anası Südabə Mustafayeva xx.xx.2017-ci ildə ölmüşdür və onun ölüm vaxtına kimi M.Mustafayev ilə rəsmi nikahda olmuşdur. X8 iddiaçılardan başqa 1-ci növbə vərəsəsi yoxdur. İddiaçılar tərəfindən xx.xx.2019-cu il tarixdə notariat kontoruna müraciət edilmiş vərəsəlik işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon notariusu məktubla DƏDRXnin Xaçmaz ərazi idarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə, fərdi yaşayış evinə və Xudat şəhəri H.Əliyev (keçmiş T.İsmayılov) küçəsində yerləşən 1 saylı ərzaq malları mağazasına vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi, vərəsəlik işinin həlli üçün notariat ofisinə təqdim edilməsi üçün çıxarış verilməsi xahiş olunmuşdur. Lakin texniki pasport və dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. İmtinaya görə təqdim olunan sənədlərin ekspertizası və daşınmaz əmlakın yerində baxışı zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunan əmlaklar üzərində mübahisəli hal yaranmışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Mübahisəli halın yaranmasına Məclum Mustafayev vəfat edəndən sonra Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, Xudat şəhəri H.Əliyev (keçmiş T.İsmayılov) küçəsində yerləşən 1 saylı ərzaq malları mağazası, ** KF *** dövlət qeydiyyat nişanlı Qaz 3110 markalı avtomobili qanunsuz olaraq ələ keçirməsi, əmlaklara baxışın keçirilməsinə imkan yaratmaması səbəb olmuşdur. İddiaçı tərəf iddia tələbini dəqiqləşdirərək iddiaçıların mülkiyyətlərində olan Xudat şəhəri 1 may küçəsi 38 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh X4 və digər şəxslərin çıxarılması, evin boşaldılaraq iddiaçılara təhvil verilməsi və iddiaçıların evə köçürülməsi, ** BR *** dövlət qeydiyyat nişanlı Qaz 3110 markalı avtomobilin xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobil qanunsuz sahiblikdən alınaraq iddiaçılara verilməsi, cavabdeh X4 və digər şəxslər tərəfindən əmlaklara istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün yaradılmış manreələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini azaldaraq ** BR *** dövlət qeydiyyat nişanlı Qaz 3110 markalı avtomobilin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə iddia tələbindən çıxarılmasını xahş etmiş, iddianı qalan hissədə müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xudat şəhəri 1 may küçəsi 0,04 ha torpaq sahəsində yerləşən 38 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 90 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhzkəmə iclasında cavabdeh tərəf mübahisə predmeti olan əmlaka dair sahiblik, sərəncam və yaxud da istifadə hüququnun olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh X4 və digər şəxslər çıxarılsın, fərdi yaşayış evi boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilsin və iddiaçılar ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Cavabdeh X4 və digər şəxslər tərəfindən əmlaklara istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün yaradılmış manreələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar