Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-98/2024 28.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1ya qarşı payın müəyyən edilməsi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-157A, kod 30204028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən ümumi birgə mülkiyyətində olan Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.10 ha həyətyani torpaq sahəsində paylarının hərəsinə 1/3 hissəsi olmaqla payın müəyyən edilməsi, müəyyən edilmiş paya müvafiq olaraq torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışlar ki, onlar Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 157B, kod 30204028 saylı Şəhadətnamədə göstərilmiş Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.10 ha torpaq sahəsi İddiaçı və Cavabdeh1 payına uyğun hər kəsə 1/3 ha hissəsi payın müəyyən edilməsi və müəyyən edilmiş paya müvafiq olaraq torpaq sahəsinin naturada bölünməsi üçün müraciət etmişdilər. Hazırda onlar arasında qeyd olunan torpaq sahəsinə payın müəyyən edilməsi və torpaq sahəsinin naturada bölünməsi ilə bağlı razılığa gəlməmə səbəbindən aşağıdakı tələbləri irəli sürmüşlər. İddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onların, cavabdehin ümumi birgə mülkiyyətinə verilmiş və onların qeyd olunan torpaq sahəsi üzərində hüquqları JN-157A, kod 30204028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Onların məhkəməyə müraciət etməklərinin səbəbi cavabdehin iddaçiların torpaq sahəsindən qanunsuz özbaşına istifadə etməsi və cavabdeh ilə aralarında qeyd olunan torpaq sahəsinə payın müəyyən edilməsi və torpaq sahəsinin naturada bölünməsi ilə bağlı razılığa gəlməmələri olmuşdur. Buna görə də o həm də paylarının naturada ayrılmasını istəyir. Tərəflərin ümumi birgə mülkiyyətində olan 0,10 ha torpaq sahəsindən iddiaçılar və cavabdehin hər birinin payı 1/3 hissə olmaqla birlikdə 0.10 ha torpaq sahəsinə onların payı müəyyən edilməlidir. Mübahisə predmeti olan torpaq sahəsi tam qanuni əsaslarla onlara məxsusdur. Onun bu tələbimin hüquqi əsası isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüququndan bəhs edən fəslinin normalarında bir mənalı olaraq təsbit edilmişdir. Birgə mülkiyyətdə olan payın naturada ayrılması o halda mümkündür ki, paylar müəyyən edilmiş olsun. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən göründüyü kimi tərəflər üç nəfər ailə üzvü olmaqla və hər birinə bərabər payda torpaq sahəsi müəyyən edilməklə birlikdə onlar 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Belə olduğu təqdirdə həmin 0.12 ha torpaq sahəsinin 2/3 hissəsi iddiaçıların payı kimi müəyyən edilməlidir. İddia tələbi torpaq sahəsindən iddiaçıların payına düşən hissənin naturada ayrılması hissəsində də əsaslıdır və payların naturada ayrılmasının mümkünlüyü ilə bağlı ekspertiza keçirilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, torpaq sahəsi onsuzda paylara bölünüb. Başqa əlavəsi yoxdur. İddianın rədd edilməsini xahiş edir. İş üzrə digər cavabdeh və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan JN-157A kod 30204028 saylı Torpağın Müllkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon Gödəkli kəndində İddiaçı, Cavabdeh2 və Cavabdeh1nın mülkiyyətlərinə 0.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, X3, cavabdehlər Cavabdeh2 və Cavabdeh1ya birgə paylı mülkiyyətdə olan JN- 157A.kod 30204028 saylı “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payının 1/3 hissədə naturada ayrılması torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri olduğundan və həyətə giriş yalnız bir istiqamətdə olduğu üçün bölgü etmək mümkün deyildir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7347 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Rəyin təsviri hissəsində qeyd olunanlara əsasən və Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə uyğun olaraq İddiaçı Caməlaəddin oğluna və cavabdehlər Cavabdeh2 və Cavabdeh1ya birgə paylı mülkiyyətdə olan JN-157A, kod 30204028 saylı “Torpağın mülkiyyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən iddiaçı X2 payının 1/3 hissədə naturada ayrılması torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri olduğundan və həyətə giriş yanlız bir istiqamətdə olduğu üçün bölgü etmək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Aqrar İslahatın əsasları haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır; Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddia tələbinin payın müəyyən olunmasına dair hissəsinə münasibətdə məhkəmə işin hallarına və işdə olan sənədlərə istinadən hesab edir ki, mübahisə olunan 0.10 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli Qərarı əsasında 3 mülkiyyətçiyə paylı mülkiyyət əsasında verilmişdir. Şəhadətnamədən görünür ki, 3 payçı var və paylar ideal qaydada bölünüb. Təkrarən bölünməsinə zərurət yoxdur. Eyni zamanda iddia tələbinin payın naturada bölünməsinə dair hissəsinə münasibətdə məhkəmə tərəflərin izahatlarını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, Xaçmaz rayonu, Gödəkli kəndində ümumi birgə 0.10 ha xüsusi mülkiyyət torpaq sahəsi, həmin kənddə birgə JN-157A, kod 30204028 saylı Torpağın xüsusi mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.10 ha torpaq sahəsinin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından iddia tələbi təmin olunmamalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1ya qarşı payın müəyyən edilməsi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq X7, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-98/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-98/2024
28.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver