Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-18/2021 24.06.2021 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Ağamaliyeva (Tağıyeva) Şəbnəm Ağasəlim qızına və Cavabdeh3 qarşı «ümumi birgə mülkiyyətdə payların müəyyən edilməklə naturada bölünməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Ağamaliyeva (Tağıyeva) Şəbnəm Ağasəlim qızına və Cavabdeh3 qarşı «ümumi birgə mülkiyyətdə payların müəyyən edilməklə naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 442 saylı, 30603015 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və cavabdehlərin ümumi paylı mülkiyyətinə verilmiş 2,50 ha torpaq sahəsində onun payını müəyyən etməklə, naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası 24 iyun 2021-ci il tarixə saat 12:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Lakin, lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayəndələri göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 260-cı maddəsinin 3-cü hissəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/4042 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatı İddiaçı, 50 %-i, yəni 25 (iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh1, Ağamaliyeva (Tağıyeva) Şəbnəm Ağasəlim qızından və Cavabdeh3 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin, tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, Ağamaliyeva (Tağıyeva) Şəbnəm Ağasəlim qızına və Cavabdeh3 qarşı «ümumi birgə mülkiyyətdə payların müəyyən edilməklə naturada bölünməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatı İddiaçı, 50 %-i, yəni 25 (iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh1, Ağamaliyeva (Tağıyeva) Şəbnəm Ağasəlim qızından və Cavabdeh3 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(068)-18/2021
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-18/2021
24.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver