Məhkəmə qərarları › İş №2(068)-59/2021

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-59/2021

20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-59/2021 20.05.2021 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1500 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, uzun müddət olar mal-qara saxlamaqla, heyvandarlıqla məşğul olur. 02 avqust 2017-ci il tarixdə Xızı rayonu, Altıağac qəsəbə sakini Cavabdeh onda satlıq heyvanlar olduğunu bildiyi üçün kəsib satmaq məqsədilə inək verməsini istəmiş, o da, cavabdehin təklifi ilə razılaşmış və təxminən 1 baş, 7 illik, diri çəkisi 300 kq olan yerli cins dişi inəyi ona vermişdir. Cavabdehlə aralarındakı şifahi razılığa əsasən Cavabdeh ondan aldığı inəyin əvəzində boğaz və ya balalı bir inək alıb verməli idi. Lakin, həmin vaxtdan etibarən cavabdeh ondan nisyə aldığı inəyin əvəzində hər hansı bir mal-qara verməmklə, pulunu da ödəməmişdir. Dəfələrlə, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş cavabdeh müxtəlif bahənələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırmağa çalışır. Sonradan, cavabdeh ümumiyyətlə onun telefonlarına cavab vermədiyi üçün Xızı rayon Polis Şöbəsinə müraciət etmiş, lakin müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 02 avqust 2017-ci il tarixli yazılı sənəddən görünür ki, Cavabdeh İddiaçı 1 baş inəyi kəsməyə alaraq, əvəzində boğaz və ya balalı bir inək alıb verməyi öhdəsinə götürmüşdür. İşdə olan Xızı rayon Polis Şöbəsinin 02 sentyabr 2019-cu il tarixli, 165-4712-1219 saylı məktubundan görünür ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah olunmuşdur. İşdə olan X3 İnkişaf Mərkəzinin 18 may 2021-ci il tarixli, 19 saylı məktubundan görünür ki, 1 baş, 7 illik, diri çəkisi 300 kq olan yerli cins dişi inəyin bazar qiyməti nəzərə alınmaqla, dəyəri ***-**** manat təşkil edir. İşdə olan 01 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, tərəflər arasında 02 avqust 2017-ci il tarixli şifahi razılığa əsasən iddaçı cavabdehə kəsib satması üçün təxminən 1 baş, 7 illik, diri çəkisi 300 kq olan yerli cins dişi inək vermiş, cavabdehlə aralarındakı razılığa əsasən sonuncu aldığı inəyin əvəzində boğaz və ya balalı bir inək alıb verməli idi. Lakin, həmin vaxtdan etibarən cavabdeh iddiaçı qarşısında öhdəliyini lazımınca yerinə yetirməmiş, iddiaçıdan aldığı inəyin əvəzində hər hansı bir mal-qara verməmklə, pulunu da ödəməmişdir. Edilən xəbərdarlıqlara rəğmən Cavabdeh İddiaçı ilə şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncuya maddi ziyan vurmuş, nisyə alqı-satqı müqaviləsinin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda, X3 İnkişaf Mərkəzinin 18 may 2021-ci il tarixli, 19 saylı məktubuna əsasən 1 baş, 7 illik, diri çəkisi 300 kq olan yerli cins dişi inəyin bazar qiyməti nəzərə alınmaqla, dəyəri ***-**** manat təşkil edir. Bu səbəbdən də, iddiaçı 1000 manat borcun cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində pul tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində pul tutularaq ödənilsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar