Məhkəmə qərarları › İş №2(069)-4/2024

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-4/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-4/2024 09.01.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə mübahisələr subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, Cavabdeh zərər çəkmiş nəqiliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla, həyata keçirilmiş sığorta ödənişi əvəzində 2.425,42 manat məbləğində vəsaitin, ödənilmiş 44,25 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin "xxxx" Açıq Səhimdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-KK-*** dövlət qeydiyyat nişanlı “X3” markalı avtonəqliyyat vasitəsi ilə iddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-GH-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **- GH-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" Açıq Səhimdar Cəmiyyətinə zərərçəkən müraciət etmişdir. **-GH-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən, 5.495,25 manat məbləğində müəyyən edilmişdir. Zərərçəkmiş sığortalı müəyyən edilmiş zərər məbləği ilə razı olmadığından sığortalı nəqliyyat vasitəsi təmirə yönləndirilmişdir. "xxxx" Açıq Səhimdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən, 5.495,25 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına (bu ödənişin 4.656,99 manatı təmir xərcləri və ehtiyat hissələrini, 838,26 manat hissəsi isə ƏDV təşkil edir) köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC olduğundan 3.069,83 (üç min altmış doqquz manat səksən üç qəpik) manat icbari sığorta ödənişi "xxxx" Açıq Səhimdar Cəmiyyətinin hesabın ödəmiş və ödənilmiş məbləğ zərər məbləğindən çıxılmışdır. xx.xx.2023-cü il tarixində sığorta ödənişi çıxılmaqla, qalıq məbləğ olan 2.425,42 (iki min dörd yüz iyirmi beş manat qırx iki qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Ona görə də, Cavabdeh zərər çəkmiş nəqiliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla, həyata keçirilmiş sığorta ödənişi əvəzində 2.425,42 manat məbləğində vəsaitin, ödənilmiş 44,25 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin "xxxx" Açıq Səhimdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 08 yanvar 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iş üzrə cavabdeh tərəfindən şirkətlərinə müraciət olunaraq tələb olunan zərər məbləğinin hissə-hissə ödənilməsi üçün razılıq verilməsi xahiş olunmuşdur. Lakin şirkətlə cavabdeh arasında hər hansı barışıq və razılıq əldə olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə iclaslarını onların iştarakları olmadan keçirib, iş üzrə iddia ərizəsinə əlavə olunan sənədlərə əsasən iddia ərizələrinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri bərədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 44,65 manat dövlət rüsumu ödənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Açıq Səhimdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, “Toyota RAV 4” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərər və sığorta ödənişinin məbləği 5.495,25 manat müəyyən edilmiş və "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan fizki şəxslərə təqdim edilən avtomobil nəqiyyatı vastələrinin tam sığorta şəhadətnaməsidən görünür ki, “Toyota RAV 4” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Açıq Səhimdar Cəmiyyətində sığortalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 824836 nömrəli elektron qaimənin surətindən görünür ki, "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən “Toyota RAV 4” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə alınmış malların, görülmüş işlər və xidmətlər üçün ƏDV hesablanmaqla, "xxxx" MMC-yə 5.495,25 manat köçürülmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhimdar Cəmiyyətinin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabatından və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktınından görünür ki, “Toyota RAV 4” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən 5.495,25 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir. İş materiallarında olan Səbail RPİ-si Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Yanar Əliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, yolnəqliyyat hadisəsinə dair toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, “X3” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ-cü hissəsinə və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbinə görə onun inzibati qaydada cəzalanmasından ötrü toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti Səbail RPİ-nin DYPŞnə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsi ilə təqsirli bilinmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı vermiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən fizki şəxslərə təqdim edilən avtomobil nəqiyyatı vastələrinin tam sığorta şəhadətnaməsi növü üzrə sığortalanmış X1 idarə etdiyi “Toyota RAV 4” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan **- KK-*** dövlət qeydiyyat nişanlı “X3” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulması, Səbail rayon DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinməsi, “Toyota RAV 4” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vastəsinin təmirinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq olaraq 5.495,25 manat ödəniş edilməsi, "xxxx" ASC tərəfindən 3.069,83 manat icbari sığorta ödənişi "xxxx" Açıq Səhimdar Cəmiyyətinin hesabına ödəməsi və ödənilmiş məbləğ zərər məbləğindən çıxılması, iş materialları və işin digər halları ilə sübuta yetirildiyindən, iddia əsaslıdır təmin edilməli, Cavabdeh nəqiliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 2.425,42 manat, ödənilmiş 44,25 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti xərci "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh nəqiliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 2.425,42 manat, ödənilmiş 44,25 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti xərci "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar