Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-110/2023 12.05.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X1 оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Kərimov Namiq Saleh oğlunun katibliyi, İddiаçı İddiaçı və Cavabdeh nümayəndəsi Qənbərova Hicran Rizvan qızının iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6,700 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdehla aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən ona 6,700 manat borc vermişdir. Cavabdehlə aralarında bağlanmış şifahi borc onun ona votsapla göndərdiyi səs yazısı, verdiyi izahatı ilə borc məbləği öz təsdiqini tapmışdır. Cavabdehə verdiyi borcu Bankdan kredit götürdüyü müqavilə ilə həmçinin təsdiqlənir. Cavabdeh onun keçmiş həyat yoldaşının atası olduğundan ona etibar edərək şifahi borc müqaviləsi əsasında ona pulu borc vermişdir. Hazırda cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehin qızı ilə nikahda olduğu müddətdə qayınanası Hicran Qənbərova ona müraciət edərək ondan borc olaraq pul istəmişdir. Hicran Qəmbərova söyləmişdir ki, onun və əri Cavabdeh adına Banklarda kredit olduğundan onlara əlavə kredit verilməyəcək v bu səbəbdən xahiş etmişdir ki, Bankdan öz adına kredit götürüb onlara borc olaraq versin, onlar isə hər ay krediti üzrə ödənişləri edib tam olaraq borcu ödəyəcəklər. Qohum olduqları üçün onlara etibar etmiş və Bankdan öz adına 6,700 manat məbləğində borc götürərək qayınanası Hicran Qənbərovaya vermişdir. Bu müddət ərzində Hicran Qənbərova və Cavabdeh pulu şəxsən ona və ya bilavasitə Banka ödəmək şərti ilə təxminən 800-900 manat ödəmişlər. Lakin sonradan pulu ödəməkdən yayınmışlar. Bu barədə Cavabdehla aralarında bir neçə dəfə telefonla söhbət olub və sonuncu hər dəfə vəd verib ki, pulu ödəyəcəkdir. Həmin telefon danışıqları onun tərəfindən audio formatda yazılmış və məhkəməyə təqdim edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi Hicran Qənbərova iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun qızının əri olmuşdur. Qızı xəstələndiyi üçün pula ehtiyacı olmuş və bu səbəbdən İddiaçı xahiş etmişdir ki, Bankdan kredit götürüb ona 600 manat borc olaraq versin. İddiaçı da Bankdan pul götürüb ona cəmi 600 manat pul vermişdir. Krediti 2022-ci ilin aprel ayından həmin ilin dekabr ayının yarısına qədər hər ay 270 manat ödəniş etmişdir. Həmin pulu faizi ilə birlikdə İddiaçı əvəzinə Banka və ya bilavasitə onun özünə tam olaraq ödəmiş və heç bir borcu qalmamışdır. İddiaçı onun əri Cavabdeh bilavasitə ümumiyyətlə pul verməmişdir. Cavabdeh telefon vasitəsi ilə danışarkən həmin pulun ödənilməsini nəzərdə tutmuşdur. Onun qızı ilə münasibətləri pozulduqdan sonra İddiaçı bu pulu istəməyə başlamış, hətta polis orqanlarına müraciət etmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakları ilə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan səs yazısı dinlənilmişdir. İddiaçı Cavabdeh “Yeni ilə qədər gəl həll elə”, “6-7 min pulu sənə verəcəklər?”, Cavabdeh isə İddiaçı “Həmin pulu verəcəklər”, “Qoymaram sən pis vəziyyətdə qalasan” kimi ifadələr işlətmişlər. 14 aprel 2022-ci il tarixli GTKR5063418A299 saylı kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən İddiaçı 35 ay müddətinə illik 27 % ödəmək şərti ilə 6,790 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllə: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, İddiaçı Cavabdeh borc olaraq 6,700 manat pul verdiyini, lakin sonuncu tərəfindən həmin məbləğdə pul qaytarılmamaqla üzərinə götürdüyü öhdəliklərin icra edilmədiyini bildirir. İddiaçı pulu Cavabdeh tələb etsə də, iclas zamanı pulu bilavasitə Cavabdeh deyil, onun arvadı və hazırkı iş üzrə nümayəndəsi Hicran Qənbərovaya verdiyini etiraf etmişdir. İddiaçı məhz 6,700 manat məbləğində pulu Hicran Qənbərovaya borc olaraq verməsini, həmin borcun hansı müddətə verilməsini təsdiq edən hər hansı sübut da təqdim etməmişdir. Halbuki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbinə görə üç min manatdan artıq borc məbləğinə dair müqavilə yazılı bağlanmalıdır. Cavabdehin nümayəndəsi Hicran Qənbərova iddiaçıdan 600 manat pul aldığını etiraf etmiş və bu pulun əvəzi olaraq 2022-ci ilin aprel ayından həmin ilin dekabr ayının yarısına qədər hər ay 270 manat ödəniş etdiyini etiraf etmiş, iddiaçı da bu halı təsdiq edərək 800- 900 manat məbləğində pulun Cavabdeh və Hicran Qənbərova tərəfindən ödənildiyini bildirmişdir. İddiaçının təqdim etdiyi telefon danışıqları ilə verilmiş pulun dəqiq məbləğini, pulun məhz borc olaraq verildiyini, hansı müddətə verildiyini, nə qədər məbləğin qaytarıldığını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh öz qızının əri olan İddiaçı “qoymaram sən pis vəziyyətdə qalasan” bildirməsi onun sonuncuya borcunun olmasının tam olaraq təsdiqi kimi qəbul edilə bilməz, belə ki, bu ifadə qohum olaraq onun İddiaçı Bank qarşısında öhdəliklə bağlı yardım etməyə hazır olması kimi də qiymətləndirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün sübutlar müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiаçı İddiaçı Cavabdeh qarşı 6,700 (altı min yeddi yüz) manat pulun onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-110/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-110/2023
12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver