Məhkəmə qərarları › İş №2(070)-115/2024

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-115/2024

06.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-115/2024 06.03.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4604 manat borc pulun və ona yetirdiyi 800 manat məbləğində maddi zərərin, eləcə də 1000 manat məbləğində mənəvi zərərin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş: Göygöl Rayon Məhkəməsinin 2(066)-313/2020 nömrəli, 14 may 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 4574 manat borc məbləği və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 4604 manatın alınıb İddiaçı verilməsi qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-3272/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-313/2020 saylı mülki iş üzrə 14 may 2020-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır; 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 24104 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 85 (səksən beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara və MPM-in 153, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi qəbul edilməkdən imtina edilsin. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. 85 (səksən beş) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar