Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-119/2023 02.06.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X11 оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, İddiаçı İddiaçı, onun nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona evə görə verdiyi 6,000 manatın və əlavə olaraq yollarda xərclədiyi 1,000 manat pul tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehin iddiaçını aldatması nəticəsində o, 2020-ci ilin sentyabr ayında 78 baş xırda buynuzlu heyvanını satıb Goranboy rayonunun, Börü qəsəbəsində yerləşən məcburi köçkünlər üçün salınmış 95 nömrəli evi almışdır. Cavabdeh evi ona satan zaman evə dair müvafiq sənədləşdirməni aparacağını, cavabdehin ona evə dair sənəd düzəldə biləcəyini görüb onun cavabdeh tərəfindən aldadıldığı barədə polisə müraciət etmişdir. Orada cavabdeh ondan 6,000 manat pul aldığını etiraf etmişdir. İşin mülki xarakterli olması səbəbindən onun məhkəməyə müraciət etməsi tövsiyyə etmişdilər. Ona görə də cavabdehdən ona verdiyi 6,000 manat əlavə olaraq gedib gəlməyə xərclədiyi 1,000 manat pul ondan alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, Maisin ev satdığını eşitmişdir, bununla maraqlanmış və bu barədə Maislə razılığa gəlmişlər. Maisə 6,000 manat pulu 2020-ci ildə qardaşının evində vermişdir. Sonradan müəyyən etmişdir ki, evin sənədi yoxdur və ev sənəd əsasında İsbəndiyar Aslanov adlı şəxsə məxsusdur. Bunu bildikdə dərhal Maisdən ona verdiyi 6,000 manat pulu geri tələb etmişdir. Lakin, Mais müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Hətta Maisə güzəşt edərək ondan 6,000 manatın əvəzinə 4,000 manat ödəyəcəyi təqdirdə razılaşacağını söyləmişdir. Lakin, Mais buna da əməl etməmişdir. Maisin tələbi üzrə İsbəndiyar Aslanov ona 3,000 manat pul qaytarmışdır. Lakin, həmin pulu İsbəndiyara qaytaracaqdır. Bu səbəbdən iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ona müraciət edərək ev almaq istədiyini bildirmişdir. Yaxın münasibətləri olduğundan məcburi köçkünlər üçün ayrılan, sənəd üzrə İsbəndiyar Aslanovun sahibliyində olan evi ona satacağını, rəsmi sənədlə evi onun adına qeyd etdirəcəyinə dair vəd vermişdir. Belə ki, həmin evi qohumu Gilə adlı şəxs üçün İsbəndiyar Aslanovdan 3,200 manata almışdır. Lakin sonra Gilə xanım evi almaqdan imtina etmişdir. Bunun müqabilində İddiaçı 6,000 manat pul almışdır. Lakin həmin evi İddiaçı adına sənədləşdirə bilməmişdir. Bu səbəbdən Vidadi həmin pulun qaytarılmasını tələb etmişdir. O isə öz növbəsində İsbəndiyar Aslanovdan tələb etmişdir ki, evə görə ona verilmiş pulu İddiaçı qaytarsın və İsbəndiyar Aslanov 3,000 manat pulu İddiaçı vermişdir. Qalan pulu isə geri qaytarmağa maddi imkanı yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. 04 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 istintaqda vermiş olduğu izahatında bildirmişdir ki, bir neçə il əvvəl Goranboy rayonu, Börü qəsəbəsində 95 nömrəli evdə yaşayan X1 rayonuna köçən zaman evi satmasını bildirmişdir. Belə ki, X8 özü ilə birlikdə yaşayan yaşlı qohumunun əşyalarını həmin evə yığmaq niyyətində olmuşdur. X5 evi satmadığı, lakin evdə apardığı tikinti-təmir üçün çəkdiyi 3,300 manat xərci ona verməsini, bunun qarşılığında evi verəcəyini bildirmişdir. Mayis Cavadov qeyd edilən pulu verərək evə əşyalarını yığmışdır. 2020-ci il tarixdə Vilayət kimi tanıdığı İddiaçı dəfələrlə ona qeyd edilən evi satmasını xahiş etmiş, lakin o satmayacağını bildirmişdir. X8 2020-ci il tarixdə Oğuz rayonunda kirayədə yaşayan zaman pula ehtiyacı olmuş və həmin evi 6,000 manat pul müqabilində İddiaçı vermişdir. Əlavə olaraq evi İddiaçı verən zaman ona evin sənədləşməsinin mümkün olmadğını, evdə müvəqqəti yaşayacağını, torpaqlarının işğaldan azad edilən zaman dövlətə təhvil veriləcəyini demişdir. X5 izahatında X6 qeyd etdiyi xüsusatları təsdiq etmişdir, əlavə olaraq İddiaçı tanımadığını, çəkdiyi 3,300 manat xərci almaq müqabilində həmin evi X7 verdiyini qeyd etmişdir. X5 və X6 İddiaçı qarşı dələduzluq etməsini təsdiq edən kifayət qədər mötəbər sübut müəyyən edilməmişdir. Belə ki, İddiaçı faktiki olaraq qeyd edilən evdə yaşayır və əmlaka qarşı 3-cü şəxslərin hər hansı bir iddia tələbi yoxdur. Bu səbəbdən də X3 və X6 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı sənəd üzrə başqa şəxsin sahibliyində olan yaşayış evini onun adına rəsmiləşdirəcəyinə dair vəd verərək sonuncudan 6,000 manat pul almışdır. Lakin, həmin evin İddiaçı adına rəsmiləşdirilməsi mümkün olmamış və sonuncu, evi almaqdan imtina etmişdir. Buna baxmayaraq Cavabdeh almış olduğu pulu tam olaraq geri qaytarmamışdır. Bununla da, Cavabdeh əsassız varlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh əldə etdiyini iddiaçıya qaytarmalıdır. Lakin, iddiaçının özünün etirafı ilə təsdiq olunur ki, onun tələbi üzrə İsbəndiyar Aslanov bu puldan 3,000 manat ona qaytarmışdır. İddiaçı cavabdehdən 6,000 manat tələb etsə də, bu puldan 3,000 manat qaytarıldığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, cavabdehdən 3,000 manat iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı bu işlə əlaqədar 1,000 manat yol pulu xərclədiyini, bununla da ona həmin məbləğdə ziyan dəydiyi bildirsə də, bunun təsdiqi olaraq hər hansı sübut təqdim etməmişdir. Buna görə də həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3,000 (üç min) manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-119/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-119/2023
02.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver