Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-161/2023 11.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim əvəzi X2 oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit borcu tələbinə dair ərizəsinə, açıq məhkəmə iclasında, Xocalı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı, Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1 məhkəməyə teleqram göndərərək, İddiaçı Cavabdeh 60,000 (altmış min) manat iddia tələbindən imtina etdiyini və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və bu, cavabdehin və ya digər şəxsin hər hansı hüquqlarını pozmadığından iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməldir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu 270 (iki yüz yetmiş) manat İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-161/2023
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-161/2023
11.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver