Məhkəmə qərarları › İş №2(070)-170/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-170/2023

21.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-170/2023 21.07.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi və yaşayış evindən mülkiyyətçilərin payının müəyyən edilməsinə, bölünməsinə, hər birinin mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Rövşən Məmmədova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş, ümumi mülkiyyəti sayılan əmlaklardan – həyətyanı torpaq sahəsindən və yaşayış evindən payların ayrılması, bölünməsi və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə 12 oktyabr 2001-ci il tarixdə nikahlarını Naftalan şəhər Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə qurub evlənmişlər. Birgə yaşadıqları müddətdə 11 fevral 2002-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Cavabdehlə yaşamaq mümkün olmadığından 11 avqust 2020-ci il tarixdə məhkəmə qaydasında ayrılmışlar. On səkkiz illik nikahları dövründə cavabdehlə aşağıdakı daşınmaz əmlakları əldə etmişlər: JN-091A, KOD 50900028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.10 ha həyətyanı torpaq sahəsi, 2002-ci ildə dövlət tərəfindən tikilərək onların ümumi birgə mülkiyyətinə verilmiş 3,60 x 4,50=16.20 m2, 3,60 x 5,00=18.00 m2 olan iki yaşayış otağı, 2,65 x 6,55=17,40 m2 olan qapalı aynabənd, 2,40 x 3,00=7,20 m2 olan mətbəx var. Həyətyanı torpaq sahəsinin ¼ hissəsi (0.25 ha) Cavabdeh, ¼ hissəsi (0.25 ha) Elşən Bayramova, ¼ hissəsi (0.25 ha) Şəbnəm Bayramovaya, ¼ hissəsi (0.25 ha) isə ona aiddir. Yaşayış evinin də ½ hissəsi ona aiddir. Birgə nikah dövründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan əmlakın bölünməsi barədə cavabdehlə onun arasında razılıq əldə olunmamışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Elşən Bayramov iddia ərizəsini qəbul etmədiyini bildirmişdir ki, mübahisə predmeti olan yaşayış evinin yeganə mülkiyyətçisi Cavabdehdur. Həmin ev ona əvəzsiz olaraq verilmiş və bu səbəbdən tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak kimi hesab edilə bilməz. Həyətyanı torpaq sahəsində isə tərəflərin paylar barədə hər hansı razılaşması yoxdur, torpaq ümumi birgə mülkiyyətdədir. İddianın təmin edilməməsini xahiş etmişdir. 12 may 2023-cü il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən veriliş 05/70-55 saylı arayışdan görünür ki, Cavabdeh və İddiaçı nikahı haqqında 12 oktyabr 2001-ci il tarixdə 44 nömrəli akt qeydi tərtib olunmuşdur. Qeyd: Nikah Xocalı Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və 05 mart 2021-ci ildə 30 nömrəli akt qeydi ilə Goranboy rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Xocalı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(070)-34/2023 nömrəli məhkəmə qətnaməsinin surətindən müəyyən olunur ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehin, oğlu X4 və qızı X3 ilə birlikdə evdən çıxarılmasına dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdehla cavabdeh İddiaçı 12 oktyabr 2001-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirmiş, 11 fevral 2002-ci il tarixdə X3 adlı övladları doğulmuşdur. Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evi Goranboy rayonu, İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 188 saylı sərəncamı əsasında 91 saylı qeydiyyat nömrə ilə Goranboy rayon DTİ və MHQ idarəsi tərəfindən Cavabdeh adına qeydə alınmışdır. Həmin zaman qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh İddiaçı ilə birlikdə yaşamaqla etibarlı ailə münasibətləri əsasında həmin evdən istifadə hüququnu əldə etmişdir. Qeyd edilən qətnamədə aşağıdakı sənədlərə istinad edilmişdir: Dövlət Tikinti və Arxitektira Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində “A” litrli tikilidən ibarət yaşayış evi, yaşayış sahəsi 34.2 m2 Cavabdeh adına qeydə alınmışdır və 23 nömrə ilə reyestr kitabına yazılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN 091A Kod 50900028 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Goranboy rayonu AİK-nın 14 iyul 2004-cü il tarixli 17 saylı qərarı ilə 0.10 hektar həyətyanı sahə Goranboy rayonu, Aşağı Ağcakənd sakini Cavabdeh, İddiaçı, X2 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 07 fevral 2023-cü il tarixli, 3-21-3-46/2- 467/2023 saylı sorğuya cavab məktubunda qeyd olunur ki, sorğuda qeyd olunan Cavabdeh adına Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evi Goranboy rayonu, İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 188 saylı sərəncamı əsasında 91 saylı qeydiyyat nömrəsi ilə Goranboy rayon DTİ və MHQ idarəsi tərəfindən qeydə alınmışdır. Eyni zamanda Cavabdeh adına fərdi yaşayış fonduna daxil olan yaşayış evinin pasportu Goranboy rayon DTİ və MHQ idarəsi tərəfindən tərtib edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi İdarəsinin arxivində mühafizə olunur. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçının tələbi ümumi mülkiyyəti sayılan əmlaklardan – həyətyanı torpaq sahəsindən və yaşayış evindən payların ayrılması, bölünməsi və mülkiyyət hüquqlarının tanınmasından ibarətdir. Halbuki, mövcud sübutlarla müəyyən olunur ki, istinad edilən əmlaklardan torpaq sahəsi iddiaçı və cavabdeh də daxil olmaqla 4 nəfərin ümumi birgə mülkiyyətindədir, yaşayış evi üzərində isə iddiaçının payı müəyyən edilməmişdir. Mülki qanunvericiliyin tələblərinə uyğun qaydada müəyyən edilməmiş payların ayrılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş, ümumi mülkiyyəti sayılan əmlaklardan – həyətyanı torpaq sahəsindən və yaşayış evindən payların ayrılması, bölünməsi və mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar