Məhkəmə qərarları › İş №2(070)-182/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-182/2023

25.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-182/2023 25.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, İddiaçı Muharrem Gözalanın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Muharrem Gözalan Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43,838.50 manat pulunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, hazırda Azərbaycana gəldiyi gündən Fizuli rayonu Horadiz şəhərində fəalliyyət göstərən “Kalyon inşaat adi ortaklığı ticari işletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir. İşlədiyi müddət ərzində 2022-ci ilin əvəllərində Xocalı rayon sakini, hazırda Bakı, Xırdalan şəhərində yaşayan Cavabdeh ilə tanış olmuşdur. Aralarında yaxşı münasibət, hər zaman bir-birilərilə əlaqə saxlayan şəxs olmuşlar. Bir gün Cavabdeh ilə mobil nömrə ilə əlaqə saxladığı zamanlarda evini təmir etmək istədiyini, lakin maddi imkanının aşağı olması ilə bağlı evini təmir edə bilmədiyini bildirmişdir. Bunun üçün də ona kömək etməyini, müəyyən bir məbləğdə ona pul göndərməyini və evi təmir etdikdən sonra pulunu geri vereceyini bildirmişdir. O da, onun sözlərinə inanaraq və aralarındakı yaxşı münasibətə görə müəyyən bir məbləğdə Cavabdeh pullar göndərmişdir. Belə ki, o, Cavabdeh məxsus Ziraat Bankına aid olan **********917336 bank kartına xx.xx.2022-ci il tarixdə 1,000 manat, xx.xx.2022-ci il tarixdə 1,000 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 3,000 manat, xx.xx.2022-ci il tarixdə 3,000 manat, xx.xx.2022-ci il tarixdə 600 manat + 250 manat, xx.xx.2022-ci il tarixdə 400 manat + 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat + 200 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 3,000 manat, xx.xx.2022-ci il tarixdə 1,900 manat, xx.xx.2022-ci il tarixdə 1,000 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 1,000 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1,000 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 400 manat + 260 manat + 1,000 manat = cəmi 21,220 manat əlavə olaraq isə xx.xx.2022-ci il tarixdə 2,000 dollar, xx.xx.2022-ci il tarixdə 1,800 dollar, xx.xx.2022-ci il tarixdə 5,000 dollar, xx.xx.2022-ci il tarixdə 2,250 dollar, xx.xx.2022-ci il tarixdə 120 dollar, xx.xx.2022-ci il tarixdə 135 dollar = cəmi 13,305 dollar (22,618 manat 50 qəpik) göndərmişdir. Cavabdeh evini təmir etdikdən sonra ona ödəməli olduğu 43,838.50 manat pulu tezliklə ödəyəcəyini bildirsə də lakin bu vaxta qədər ödəməmişdir. İddiaçı Muharrem Gözalanın nümayəndəsi X1 əvvəlki məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh Muharrem Gözalandan borcu hissə-hissə deyil, ümumi olaraq ev təmiri üçün istəmişdir. Bu razılığa əsasən Muharrem Gözalan hər dəfə müəyyən məbləğləri cavabdehin kartına köçürmüşdür. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Muharrem Gözalanı uzun müddətdir tanıyır, nikahlarını rəsmi olaraq qeyd etdirməsələr də, onunla faktiki nikah münasibətlərində olmuşdur. Bu müddət ərzində Muharrem Gözalan Bakı şəhərində olan zaman onunla bir yerdə yaşamış, onun maddi ehtiyaclarını da bir ailə başçısı kimi qarşılamışdır. Bu, ailəvi fotolarla, video yazılarla təsdiq olunur. Muharrem Gözalan həqiqətən qeyd edilən məbləğdə pulu onun adına açılmış bank kartı hesabına köçürmüşdür. Belə ki, Muharrem Gözalan Bakıda olmadığı dövrdə həmin pulu xərclik olaraq, Bakıya gələcəyini bildirib restoranda yerlər sifariş etdirmək məqsədi ilə vermişdir. Aralarında hər hansı borc barədə razılıq olmamışdır. Belə ki, Bakı şəhərində kirayə mənzildə yaşayır, onun mülkiyyətində hər hansı bir mənzil, yaşayış evi olmamışdır ki, oranı təmir etdirsin. İddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş Bank hesabları üzrə əməliyyat siyahısından iddia tələbində qeyd edilən məbləğin Günel Mühdiyevanın hesabına köçürülməsi təsdiq olunur. Cavabdeh Muharrem Gözalanla birlikdə foto şəkilləri və video yazıları təqdim etmişdir. Mülki Məcəllə: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbində qeyd edilən məbləğdə pul cavabdehə verilmişdir. İddiaçı, cavabdehə həmin məbləğdə pulu mənzil təmiri üçün borc olaraq verdiyini bildirsə də, aralarında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı yazılı müqavilənin bağlanmasını təsdiq edən sübut təqdim etməmişdir. Belə ki, təmir üçün borc olaraq verilən hər hansı məbləğ istənilən halda vahid niyyətlə verilir və 3,000 manat məbləğindən artıq olması labüddür ki, buna görə də tərəflər arasında yazılı müqavilə mövcud olmalı idi. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə hədiyyə olaraq deyil, məhz borc olaraq verilməsini təsdiq edən sübut mövcud olmadığından iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Muharrem Gözalanın Cavabdeh qarşı 43,838.50 manat pulu tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar