Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-217/2023 25.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X1 оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3,000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, müharibə əlili oduğu üçün dövlət tərəfindən ona maşın verilməsini istəmişdir. Cavabdeh bildirmişdir ki, ona bu işdə ona kömək edər. Ondan 3,000 manat pul almış və onu aldadaraq nə maşın düzəltmiş, nə də pulunu qaytarmışdır. İstəyəndə isə bildirmişdir ki, onun oğlu Elşən mühafizə polisində işləyir onun başına oyun açar. Məcbur olub polisə müraciət etmiş, cavabdeh polisə gələrək izahat vermişdir ki, pulu ondan almış və 2023-cü ilin may ayına kimi ödəyəcəkdir. Lakin bu vaxta kimi həmin pulu ödəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı teleqramla müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlanılmış, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, borcla razı olduğunu və heç bir etirazının olmadığını bildirmişdir. 17 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh barəsində şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Cavabdeh izahatında müalicəsi üçün İddiaçı 3,000 manat borc aldığını, lakin müxtəlif səbələrdən borcunu qaytara bilmədiyini bildirmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh, iddiaçıya hər hansı bir hüquqi əsası olmadan vəd verərək ondan 3,000 manat pul almış və həmin pulu qaytarmayaraq əsassız olaraq varlanmışdır. Bu səbəbdən iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3,000 (üç min) manat İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-217/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-217/2023
25.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver