Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-237/2023 03.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X2 Çingiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə, açıq məhkəmə iclasında, Xocalı Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı X1 iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1600 AZN ödənilməmiş qalıq pulun və 37 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 məhkəməyə ərizə təqdim edərək, məhkəmənin icraatında olan 2(070)- 237/2023 saylı işə baxılmadan saxlayıb, sənədlərini geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0.11 iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizənin baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.11, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu 37 manat geri qaytarılsın. Qərardaddan onun rəsmi verildiyi gündən 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(070)-237/2023
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-237/2023
03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver