Məhkəmə qərarları › İş №2(070)-3/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-3/2025

24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-3/2025 24.06.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun avtomobilinə vurulmuş zərərə görə 7220 (yeddi min iki yüz iyirmi) manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 10 iyun 2024-cü il tarixdə saat 09:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X11” yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil Goranboy- Borsunlu avtomobil yolunun Goranboy rayonunun Rəhimli kəndi ərazisindən keçən 5-ci kilometrində ikinci dərəcəli yoldan baş yola çıxarkən “Dayanmadan keçmək qadağandır” yol nişanının tələblərini pozaraq baş yola çıxmış və onun idarə etdiyi “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd olunan hadisə ilə bağlı Goranboy rayon Polis şöbəsinin İstintaq Bölməsində cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bu barədə olan iş materiallarının surətlərini ərizəsinə əlavə etmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində ona məxsus “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7220 (yeddi min iki yüz iyirmi) manat ziyan vurulmuşdur. Bu barədə tərtib olunmuş 29 iyun 2024-cü il tarixli qüsur aktını məhkəməyə təqdim etmişdir. Cavabdeh dəyən zərəri könüllü ödəmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehdən vurmuş olduğu 7220 (yeddi min iki yüz iyirmi) manat pulu tələb edir. xx.xx.2024-cü il tarixdə Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət etmişdir. 10 iyun 2014-cü il tarixdə səhər saat 09:30 radələrində etibarnamə ilə idarə etdiyi “X11” yük markalı, **-CY- *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsindən Gəncə şəhəri istiqamətinə gəlirmiş. Bu zaman əvvəllər tanımadığı, heç bir ədavəti olmayan, sonradan sürücünün adının İddiaçı olduğunu bildiyi “Hyundai İ30” markalı, **- HM-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən yüksək sürətlə onun yoluna çıxmış, sürücü təcrübəsiz olduğu və maşını sürətlə idarə etdiyi üçün avtomobili yığışdıra bilməmiş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra İddiaçı qanunsuz və özbaşına taksi fəaliyyəti ilə məşğul olduğunu görmüşdür. Belə ki, hadisə zamanı 3 nəfər azyaşlı, 4 nəfər böyük insan olmaqla avtomobildə 7 nəfər bir-birini əvvəllər tanımayan sərnişinlər olmuşdur. O, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 4 nəfərin bütün müayinə və müalicə xərclərini özü qarşılamış, onların hamısı ilə barışıq əldə etmişdir. Onda olan məlumata görə hadisə zamanı aldığı xəsarətin dərəcəsinə görə X5 "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi olmuşdur. Etiraz ərizəsinə əlavə etdiyi, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 132837 nömrəli sığorta aktına əsasən avtomobilə dəymiş zərərə görə “Hyundai İ30” markalı, **- HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı xx.xx.2024-cü il tarixində 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Bu gün İddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 132837 nömrəli sığorta aktına əsasən avtomobilə dəymiş zərərə görə xx.xx.2024-cü il tarixində 5000 (beş min) manat məbləğində sığorta ödənişi aldığı halda ondan tamah məqsədi ilə, qanunsuz və özbaşına varlanmaq niyyəti ilə 7220 (yeddi min iki yüz iyirmi) manat məbləğində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi adı ilə pul tələb etməsinin heç bir hüquqi və qanuni əsası yoxdur. İddia ərizəsi tamamən başdan ayağa yalan məzmunda, tamah məqsədi ilə, qanunsuz və özbaşına varlanmaq niyyəti ilə yazılmış bir iddia ərizəsidir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Müharibə veteranıdır. Etiraz ərizəsinə əlavə etdiyi, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli, 223311 nömrəli ilkin qüsur aktında “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda dəymiş zərərin yekun cəmi 5210 manat göstərilmişdir. 10 iyun 2014-cü il tarixdə səhər saat 09:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsinə görə Goranboy Rayon Məhkəməsinin 3(045)- 602/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinmiş və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bu hal onu göstərir və sübut edir ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 24 sentyabr 2024-cü il tarixli, 132837 nömrəli sığorta aktına əsasən avtomobilə dəymiş zərərə görə xx.xx.2024cü il tarixində İddiaçı 5000 (beş min) manat məbləğində sığorta ödənişi aldığı halda, tamah məqsədi ilə, qanunsuz və özbaşına varlanmaq niyyəti ilə 7220 (yeddi min iki yüz iyirmi) manat məbləğində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi adı ilə ondan pul tələb edir. Bu hal yolverilməzdir. Məhkəmə zərurət yarandığı təqdirdə İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 024 nömrəli avtomobilə dəymiş ziyanla bağlı arayışla "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş, 28 avqust 2024-cü il tarixli, 223311 nömrəli ilkin qüsur aktı arasında real ziddiyyətin olduğunu aşkar edərsə, mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində məhkəmə-avtotexniki ekspertizası təyin edilməsi və ekspert-mütəxəssis rəyinin alınması barədə məhkəmə tərəfindən qərardad qəbul etməsinə etiraz etmir. Ümid edir ki, məhkəmə işə obyektiv qiymət verəcəkdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair heç bir maddi sübutu, iddiasını sübut edəcək heç bir keçərli qüsur aktı və ya qəbzi yoxdur. Bu səbəbdən qanunsuz və əsassız iddia tələbi olan, tamamən yalan məzmunda tamah məqsədi ilə yazılmış iddia ərizəsi olduğuna görə qanunvericiliyin tələblərinə görə etiraz ərizəsi nəzərə alınaraq iddia məhkəmə tərəfindən rədd edilməlidir. O, mülki iş üzrə İddiaçı ona qarşı irəli sürdüyü “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbini heç bir şəkildə qəbul etmir. Bilərəkdən məhkəməni aldadaraq, qanunsuz və əsassız, özbaşına varlanmaq niyyəti ilə tamamən yalan məzmunda, tamah məqsədi ilə yazılmış bir iddia ərizəsi olduğu üçün İddiaçı “vurulmuş zərərin əvəzinin ödənilməsi”nə dair tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, maşınını 5000 manata satmış, 5000 manat isə sığorta tərəfindən verilmişdir. O, maşını 16000 manata almışdır. Qalan 6000 manatı isə cavabdehdən tələb edir. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qəzadan sonra təxminən 3 ay taksi fəaliyyəti ilə məşğul olmamışdır. 6000 manatdan əlavə cavabdehdən tələb etdiyi məbləği taksi fəaliyyəti ilə məşğul olmadığı müddət üçün məhrum olduğu gəlirə görə istəyir. Belə ki, qəza zamanı həm özü xəsarət almış, həm də maşını yararsız hala düşdüyü üçün işləyə bilməmişdir. Verilmiş suallara cavab olaraq İddiaçı bildirdi ki, maşını təxminən 3 ay sonra satmışdır. Taksi kimi fəaliyyət göstərmək üçün rəsmi olaraq qeydiyyatdan keçmədiyindən gəlirlərinə dair rəsmi sənəd təqdim edə bilmir. O, özünün təqdim etdiyi qüsur aktını daha real hesab edir. Digər qüsur aktı ilə onun təqdim etdiyi qüsur aktı arasındakı ziddiyəti isə bu cür izah edir ki, o, usta ilə məsləhətləşmiş, usta ona maşının sağ arxa qapısının dəyişməli olduğunu bildirmişdir. Ekspert rəyi və sığorta şirkətinin qüsur aktı ilə razı deyildir. Çünki sığorta şirkəti tərəfindən verilmiş qüsur aktında yalnız ehtiyat hissələrinə görə məbləğ göstərilmiş, təmir xərci (usta pulu) nəzərə alınmamışdır. Maşını təmirə getsəydi o, dörd ay da təmirin bitməsini gözləməli olacaqdı. 3-4 ay vaxt itirməmək üçün maşını təmir etdirmədən satmışdır. Bu səbəbdən də sığortanın verdiyi 5000 manat pulu məcbur qəbul etmiş, maşını da 5000 manata sataraq özünə yeni maşın almışdır. Çünki başqa yerdən gəliri yoxdur. Yeni maşın alaraq taksi fəaliyyəti ilə məşğul olmuş və ailəsinin tələbatlarını qarşılamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. İddia tələbini qəbul etmir. Tərəfindən təqdim edilmiş etiraz ərizəsini nəzərə almaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X9 (VÖEN: **********) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 024 nömrəli arayışdan görünür ki, İddiaçı idarə etdiyi “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə müəssisənin ustası tərəfindən baxış keçirilmişdir. Avtomobilə dəymiş ziyanın ümumi məbləği 7220 manatdır (5220 manat ehtiyat hissələri, 2000 manat təmir xərci); xx.xx.2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 09:30-da Goranboy-Borsunlu avtomobil yolunun 5-ci kilometrliyində İddiaçı idarə etdiyi “Hyundai İ30” minik markalı, **- HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh idarə etdiyi “X11” yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur; Azərbaycan Respublikası DİN-in BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı, 863734 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nin surətindən görünür ki, “X11” yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir; xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamə”nin surətindən görünür ki, “X11” yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 nəqliyyat vasitəsini xx.xx.2028-ci il tarixədək idarə etməyi Cavabdeh etibar etmişdir; Azərbaycan Respublikası DİN-in BDYPİ Qİİ tərəfindən verilmiş BB seriyalı, 318488 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nin surətindən görünür ki, “Hyundai İ30” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir; xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamə”nin surətindən görünür ki, “Hyundai İ30” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixədək idarə etməyi və s. İddiaçı etibar etmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya Birliyi publik hüquqi şəxsin canlı şəxsin ekspertizası haqqında xx.xx.2024-cü il tarixli, 440 nömrəli rəyindən görünür ki, vətəndaş Cavabdeh məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ və sol diz nahiyəsinin qançırları bərk küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya Birliyi publik hüquqi şəxsin canlı şəxsin ekspertizası haqqında xx.xx.2024-cü il tarixli, 476 nömrəli rəyindən görünür ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət - təpə nahiyəsinin yarası bərk küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; xx.xx.2024-cü il tarixli “Cinayət təqibinə xitam verilməsi haqqında” Qərardan görünür ki, Cavabdeh barəsində İddiaçı yüngül bədən xəsarətləri yetirilməsi xüsusatına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin DYPB-yə göndərilmişdir; Fotoşəkillərdən aydın olur ki, “Hyundai İ30” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön, sağ yan və salon hissələri zədələnmişdir; "xxxx" Sığorta Şirkəti ASC-nin xx.xx.2024-cü il tarixli, 132837 nömrəli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai İ30” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə faydalanan şəxs İddiaçı 5000 manat məbləğində sığorta ödənişi edilmişdir; xx.xx.2024-cü il tarixli, **********5/862995318 nömrəli ödəniş tapşırığından görünür ki, 5000 manat məbləğində vəsait İddiaçı hesabına köçürülmüşdür; Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-602/2024 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilmişdir; xx.xx.2024-cü il tarixli, 223311nömrəli “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabat”dan görünür ki, “Hyundai İ30” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 5210 manatdır (3410 manat ehtiyat hissələri, 1800 manat təmir xərci olmaqla); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2025-ci il tarixli, 9/10188 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan “F.şəxs X10 (VÖEN: **********)” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən 2011-ci il buraxılışlı “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7040 manat müəyyən edilir, o cümlədən dəyişdirilməli hissələrin qiyməti - 5140 manat, təmir-bərpa işlərinin qiyməti - 1900 manat; nəzəri hesablama yolu ilə ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan “F.şəxs Zamin Fətəliyev” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hesabata əsasən 2011-ci il buraxılışlı “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4665 manat müəyyən edilir, o cümlədən dəyişdirilməli hissələrin qiyməti - 3595 manat, təmirbərpa işlərinin qiyməti - 1070 manat; xx.xx.2024-cü il tarixli, 24568 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə 93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunduğu kimi xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmçinin iddiaçının idarə etdiyi “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə, həmçinin onun sağlamlığına zərər vurulmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və o, inzibati məsuliyyətə cəlb olunmuşdur. İddiaçı tərəfindən avtomobilinə vurulmuş zərərin 7220 manat olmasına dair arayış təqdim edilmişdir. Həmçinin sığorta şirkəti iddiaçının avtomobilinə vurulmuş zərəri 5210 manat olaraq qiymətləndirmiş və buna dair hesabatı əsas götürərək iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi olunmuşdur. Hazırda iddiaçı cavabdehdən 7220 manat tələb edir. İddiaçı bu tələbini 16000 manata aldığı avtomobili 5000 manat satmağı, həmçinin 5000 manat da sığorta şirkətindən sığorta ödənişi alması, yəni 6000 manat ziyana düşməsi ilə əsaslandırır. Cavabdehdən tələb etdiyi əlavə məbləği (yəni 1220 manatı) isə 3 ay müddətində taksi fəaliyyəti ilə məşğul ola bilməməsi ilə əsaslandırır. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzini tam həcmdə ödəməyə borclu olur, zərərçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malikdir. Zərər delikt məsuliyyətinin əsasıdır. Əgər zərər faktı yoxdursa, delikt məsuliyyətinin yaranmasından söhbət gedə bilməz. O zərərin əvəzi ödənilir ki, həmin zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin işgüzar nüfuzuna və ya əmlakına vurulsun. Delikt məsuliyyətinin əsası kimi zərər dedikdə mülki hüquq subyektinin malik olduğu şəxsi qeyriəmlak və ya əmlak hüquqlarının pzoulması ilə bağlı əmələ gələn mənfi nəticə başa düşülür. Mənfi nəticə həm əmlak, həm də qeyri-əmlak xarakterli ola bilər. Bu nəticə subyektə məxsus olan əmlakın məhv olması və ya zədələnməsində, habelə fiziki şəxsin sağlamlığına zərər vurulmasında ifadə oluna bilər. Göründüyü kimi mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda ilk növbədə zərərin həcmi müəyyən edilməlidir. Hazırki iş üzrə zərərin həcminin müəyyən edilməsi işin düzgün həlli ilə nəticələnəcəkdir. Belə ki, iddiaçı yol-nəqliyyat hadisəsi zamanı onun avtomobilinə 7220 manat məbləğində zərərin vurulmasını iddia edir və bunu tərəfindən təqdim edilmiş arayışla əsaslandırır (iş materiallarında olan X9 (VÖEN: **********) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 024 nömrəli arayış). Həmçinin “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabat”dan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı iddiaçının istifadəsində olmuş “Hyundai İ30” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 5210 manatdır (3410 manat ehtiyat hissələri, 1800 manat təmir xərci olmaqla). Məhz faydalanan şəxs İddiaçı da sığorta ödənişi bu hesabat əsasında verilmişdir. Məhkəmə iddiaçının istifadəsində olan nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği ilə bağlı qeyd edilən sənədlər arasında ziddiyyətin olması səbəbindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş və müvafiq rəy əldə etmişdir. Həmin rəydə nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği iddiaçı tərəfindən təqdim edilmiş arayışa münasibətdə 7040 manat, sığorta şirkətinin hesabatına münasibətdə isə 4665 manat olaraq qiymətləndirilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş arayışı və 5000 manat sığorta ödənişinin verilməsinə əsas olmuş hesabatı qarşılıqlı şəkildə təhlil edərək iddiaçının istifadəsində olmuş nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzinin sonuncu sənəddə, yəni hesabatda tam əks olunması qənaətinə gəlir. Məhkəmə bu halda ekspert rəyini daha mötəbər hesab edir və nəzərə alır ki, 5000 manat sığorta ödənişinin verilməsinə əsas olmuş hesabatda iddiaçının istifadəsində olmuş “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 4665 manat olmuşdur (3595 manat dəyişdirilməli olan ehtiyyat hissələri, 1070 manat təmir-bərpa işləri). Həmin məbləğ isə tam olaraq sığorta ödənişi hesabına iddiaçıya ödənilmişdir. Məhkəmə iddiaçının izahatında göstərdiyi xüsusata, yəni xx.xx.2024-cü il tarixli, 223311 nömrəli “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabat”da nəqliyyat vasitəsinin təmiri üçün xərcin nəzərdə tutulmaması, həmin məbləğin yalnız ehtiyat hissələrinə aid olmasına dair qeyd edir ki, bu hal iş materialları ilə tam təkzib olunur. Belə ki, sözügedən rəydən göründüyü kimi “Hyundai İ30” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcinə görə 1800 manat vəsait nəzərdə tutulmuşdur. İddiaçı məhkəmə iclasında avtomobilini 16000 manat aldığını, yol-nəqliyyat hadisəsindən sonra onu 5000 manata satdığını və əlavə olaraq 5000 manat da sığorta tərəfindən aldığını, bununla da ümumilikdə 6000 manat ziyana düşdüyünü qeyd etmiş, lakin buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin işin mübahisəsiz halları ilə müəyyən olunduğu kimi iddiaçı tərəfindən istifadəsində olmuş “Hyundai İ30” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil satılmışdır. Bu halda isə nəqliyyat vasitəsinin ümumi dəyərinin aşağı düşüb-düşməməsini müəyyən etmək qeyri-mümkündür. Məhkəmə iddaçının izahatında göstərdiyi digər xüsusata, yəni 3 ay ərzində gəlirindən məhrum olmasına dair qeyd edir ki, iddiaçı taksi fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, bu fəaliyyət nəticəsində gəlirlərinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçının vergi məlumatları da yoxlanılan zaman onun vergi ödəyicisi kimi qeydiyyata və ya uçota alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar