Məhkəmə qərarları › İş №2(070)-424/2024

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-424/2024

29.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-424/2024 29.12.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25147,23 manat maddi zərərin, Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7,25 faizlə hesablanmaqla əldən çıxmış faydanın, israf etmə və zərərə görə 6648 manatın, həmçinin 185,4 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən göründüyü kimi İddiaçı QSC tərəfindən 185,4 manat dövlət rüsumu Xankəndi Şəhər Məhkəməsinin hesabına ödənilmişdir. Bundan başqa iddia ərizəsində iddianın qiyməti dəqiq göstərilməmişdir. Belə ki, İddiaçı QSC Cavabdeh 25147,23 manat maddi zərərin, Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7,25 faizlə hesablanmaqla əldən çıxmış faydanın, israf etmə və zərərə görə 6648 manatın tutulmasını tələb etsə də, əldən çıxmış faydanın hansı tarixlər üçün tələb etməsini və həmin məbləğin nə qədər olmasını iddia ərizəsində dəqiq göstərməmişdir. Nəzərə alınmalıdır ki, bu qeyri-müəyyənlik iş üzrə ödəniləcək dövlət rüsumunun da məbləğinə təsir göstərir. Belə ki, iddiaçı cavabdehdən tələb etdiyi 31795,23 manat (25147,23 manat maddi zərəri və israf etmə və zərərə görə 6648 manatı nəzərə almaqla) vəsaitə uyğun olaraq Xankəndi Şəhər Məhkəməsinin hesabına 185,4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Halbuki, iddiaçının tələb etdiyi əldən çıxmış faydanın məbləği də dəqiq göstərilməli və həmin məbləğ də nəzərə alınmaqla dövlət rüsumu ödənilməlidir. MPM-in: 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 150.1 və 150.1.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir; 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və MPM-in 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar