Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-44/2024 24.04.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 10 saylı X6 Mərkəzinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 10 saylı X6 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən X14 vurulmuş 294 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 03 sentyabr 2023-cü il tarixdə 10 saylı X6 X1 4 saylı Meşə Dolayısının meşə gözətçisi X10 tərəfindən daxil olmuş məlumata əsasən mərkəzin əməkdaşları və X5 iştirakı ilə 04 sentyabr 2023-cü il tarixdə Xocalı rayon sakini, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yaşayan Cavabdeh məxsus 15 baş iribuynuzlu mal-qaranın meşə əkinində otarılması barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarının 1 nömrəli əlavəsinə əsasən Cavabdeh tərəfindən 294 manat məbləğində X14 ziyanın vurulması faktı müəyyən edilmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq vurduğu ziyanın könüllü ödənilməsi cavabdehə təklif olunsa da buna məhəl qoymamış və X9 tərəfindən vurulmuş ziyanın əvəzi ödənilməmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ziyan əkin sahəsinin zədələnməsi və ziyan vurulması nəticəsində vurulmuşdur. Aktda cavabdehin iştirakı ilə baxış keçirilməsi deyil, cavabdehin evdə olmadığı yazılmışdır. Məhkəmədə meşə gözətçisi və digər şahid də dindirilmişdir. Meşə gözətçisi vətəndaşın mal-qarasını tanıyır. Fotoşəkillərdən də əkin yeri, yeni çıxmış göyrüşlərə ziyan vurulduğu görünür. Mal-qara cavabdehə aiddir. Cavabdehlə qərəzləri yoxdur. Cavabdeh əvvəllər də mal-qaranı meşə ərazisində otarması ilə bağlı cərimə olunmuşdur. Cavabdehin dedikləri Gəncə Şəhər Məhkəməsində özünü müdafiə kimi nəzərə alınmışdır. Dəymiş ziyan Nazirlər Kabinetinin qərarı ilə mal-qaranın sayı ilə, yəni 15 baş mal-qara 3.50 manatdan və 1 hektar yerə görə 240 manat hesablanmışdır. Yekunda məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddianı qəbul etmir. Yazılan material onun iş dövrünə düşür. O, Xocalı rayon Başkənd kənd tam orta məktəbində riyaziyyat-informatika müəllimi işləyir. Məktəb Gəncə şəhəri Yeni qəsəbə 2-də yerləşir. O, həmin vaxtı ərazidə deyil Gəncə şəhərində olmuşdur. Onun adıyla bağlı iş hər dəfə hallanır. O, nə iştirakçı kimi iştirak etmiş, nə malqara girdiyini görmüş, nə də ki, mal-qaranın ağaclara ziyan vurması ilə bağlı prosesə dəvət olunmuşdur. Aktda onun iştirak etməkdən imtina etdiyi barədə düzgün qeyd olunmamışdır. Aktda dəvət edildiyi yazılsa da nə o, nə də oğlanları dəvət edilmişdir. Telefon vasitəsilə, yazılı bildirişlərlə proseslərdə iştirak etməyə, əyani görməyə onu dəvət etmək olardı. Ağaclara vurulan zərər şəkil göstərməklə, lentə almaqla və ya onu dəvət etməklə bildirilməli idi. Şəkildəki şəxs o, oğlanları və ya yaxın adamı deyil. Fotoşəkillərdəki mal-qara ona aid deyil. Yekunda məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, 10 saylı X6 X1 4 saylı Meşə Dolayısının meşə gözətçisidir. Cavabdeh dəfələrlə həmin əraziyə mal-qara salıb tinglərə ziyan vurmuşdur. Cavabdehə xəbərdarlıq edib evinə getmişlər, lakin, özünü dandırmışdır. O, hadisəni şəxsən görmüş, mal-qaranın şəklini çəkmişdir. Cavabdeh ya özü, ya da oğlu saat 08:00-08:30-da mal-qaranı həmin meşə sahəsinə ötürüb gedirlər. Cavabdeh hətta onu təhqir etmişdir. O. Bununla bağlı polisə də müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, 10 saylı X6 X1 4 saylı Meşə Dolayısının meşə mühafizə mühəndisidir. Cavabdeh mal-qaranı dəfələrlə meşəyə buraxmışdır. Cavabdehə zəng etmiş, evinə getmiş, xəbərdarlıq etmiş, lakin, xeyri olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Fotoşəkillərdən görünür ki, ərazidə iribuynuzlu mal-qara vardır; 10 saylı X6 X1 meşəbəyi Haxverdi Məmmədova 4 saylı Meşə Dolayısının meşə gözətçisi X10 tərəfindən ünvanlanmış 03 sentyabr 2023-cü il tarixli məlumatdan görünür ki, 03 sentyabr 2023-cü il tarixdə Cavabdeh qəsdən çəpərlənmiş çəpəri dağıdaraq özünə məxsus 15 baş iribuynuzlu mal-qaranı əkin ərazilərində otarır, həmin mal-qaranı şəxsən tanıyır və fotoşəkillərini çəkmişdir. O, mal-qaranı ərazidən çıxarıb məskunlaşdığı yerə aparmışdır. Bu barədə tədbir görülməsini xahiş etmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti 10 saylı X6 Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 006697 nömrəli aktından görünür ki, Göygöl rayon üzrə meşə mühafizə mühəndisi X7, Hacıkənd Meşəbəyliyinin meşəbəyi X3, Hacıkənd Meşəbəyliyinin 4 saylı Meşə Dolayısının meşə gözətçisi X5 iştirakı ilə Hacıkənd Meşəbəyliyinin 4 saylı Meşə Dolayısının meşə gözətçisi X5 Cavabdeh qəsdən 15 baş iribuynuzlu mal-qaranı meşə ərazisinə buraxması barədə yazdığı məlumatla bağlı yerində baxış keçirmək üçün Cavabdeh yaylaq yeri kimi məskunlaşdığı yerə getdikdə onlarla iştirak etmək üçün onu çağırmışlar, yaşadığı yerdən həyat yoldaşı və oğlu həyətə çıxmış, onlar Umudu soruşmuş, evdə olmadığını bildirmişlər. Onlar oğluna baxış keçiriləcək yerdə iştirak etməsini təklif etmişlər, lakin, oğlu iştirak etməkdən imtina etmişdir. Onlar əraziyə Cavabdeh iştirakı olmadan baxış keçirməyə məcbur olmuş və həmin əraziyə gəlmişlər. Baxış zamanı aşağıdakıları müəyyən etmişlər: - Adıgedən ərazi Hacıkənd Meşəbəyliyinin 4 saylı Meşə Dolayısının 5-ci kvartalının 7-ci bölməsidir və İ qrup kurort meşələri kateqoriyasına aid meşə fondu torpaqlarıdır; - Həmin ərazidə əkilmiş göyrüş əkinin 1 hektar hissəsində iribuynuzlu mal-qara tərəfindən inkişafdan dayanacaq və ya dayanmayacaq dərəcədə göyrüş tingləri zədələnmişdir; - Hacıkənd Meşəbəyliyinin (dediyinə görə həmin əraziyə Xocalı rayon Kosalar kənd məcburi köçkünü Cavabdeh 15 baş iki yaşınadək iribuynuzlu mal-qarası tərəfindən otarılıb) 4 saylı Meşə Dolayısının meşə gözətçisi X10 mal-qaranın hansı yerdən dəmir torla çəkilmiş çəpərin dağıdılıb və əraziyə mal-qaranı doldurduğu yeri, həmçinin otarılan ərazini göstərmişdir; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli qərarının 1 nömrəli əlavəsinin 1.2-ci bəndinə əsasən məhv edilmiş və ya zədələnmiş meşə əkinlərinə 1.0 hektar sahəyə görə 240 manat, həmin qərarın 3 nömrəli əlavəsinin 3.2.2-ci maddəsinə əsasən hər 10 baş 2 yaşadək mal-qaranın qanunsuz olaraq meşə fondu torpaqlarında otarılmasına görə 36 manat ziyan hesablanır. Belə ki, 15 baş mal-qara x 3 manat 60 qəpik = 54 manat və 1.0 ha ərazidə mədəni meşə əkinlərinin boy artımının dayanacaq və ya dayanmayacaq dərəcədə zədələnməsinə görə 240 manat, ümumilikdə Xocalı rayon Kosalar kənd məcburi köçkün Cavabdeh X14 294 manat ziyan vurmuşdur; - Yerində çəkilmiş fotoşəkil və meşə gözətçisinin məlumatı akta əlavə edilir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 10 saylı X6 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış 19 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, meşə qanunvericiliyini pozaraq ona məxsus olan 15 baş iribuynuzlu malqara ilə meşə əkinini otararaq 294 manat məbləğində ziyan vurması Cavabdeh bildirilmiş və həmin məbləğin 10 iş günü müddətində könüllü ödəməsi ondan tələb olunmuş, əks halda qanunvericiliyə uyğun olaraq barəsində tədbir görüləcəyi bildirilmişdir; Gəncə Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 3(125)-10/2024 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cəzrimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 3(104)-126/2024 nömrəli qərarının surətindən görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin olunmaması barədə Gəncə Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 3(125)-10/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qozfındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, cavabdehin mülki hüquq məsuliyyəti daşıması üçün delikt onun tərəfindən törədilmiş olmalıdır. Hazırkı halda isə tələb ziyanın X13 əkin sahəsinə mal-qara daxil olması nəticəsində vurulması ilə əsaslandırıldığından həmin sahəyə mal-qara daxil olması və mal-qaranın cavabdehə məxsus olması sübut olunmalıdır. İş materiallarında olan sənədlər və şahidlərin ifadələri ilə iribuynuzlu mal-qaranın daxil olması nəticəsində meşə əkininə ziyan dəydiyi və mal-qaranın cavabdehə məxsus olduğu müəyyən olunur. Belə ki, cavabdeh özü həmin ərazidə heyvan otarmasa da cavabdehə məxsus mal-qara əraziyə ziyan vurmuşdur. Cavabdeh fotoşəkillərdəki mal-qaranın ona məxsus olmadığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh həmin qərardan məhkəməyə şikayət vermiş, lakin, Gəncə Şəhər Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qərarları ilə şikayət təmin edilməmişdir. Məhkəmə vurulmuş ziyanın dəyəri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər”in 1.2-ci bəndinə əsasən dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda (dəmyə torpaqlarda) hər hektar üçün ödənilən zərərin məbləği 240 manatdır. Həmçinin, həmin qərarla təsdiq edilmiş 3 nömrəli Əlavə - “Meşələrdə və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarında biçənək və otlaq sahələrinə vurulmuş zərərə görə ödənişlər”in 3.2.2-ci bəndinə əsasən dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda qanunsuz mal-qara otarıldıqda hər 10 baş heyvan üçün (iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar) ödənilən zərərin məbləği 36 manatdır. Göründüyü kimi qanunvericilikdə dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda qanunsuz mal-qara otarıldıqda hər baş heyvan üçün (iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar) ödənilən zərərin məbləği 3.6 manat müəyyən edilmişdir. İş materialları ilə Cavabdeh özünə məxsus 15 baş iribuynuzlu heyvanın X16 torpaqlarında otarılması öz təsdiqini tapmışdır. Bu isə cavabdeh tərəfindən vurulmuş ziyanın məbləğinin 240 manat+54 manat (15 baş iribuynuzlu mal-qara - 15*3.6 manat=54 manat) olmaqla, ümumilikdə 294 manat olması qənaətinə gəlməyə əsas verir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 294 (iki yüz doxsan dörd) manat vəsait iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 10 saylı X6 Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 294 (iki yüz doxsan dörd) manat vəsait iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 10 saylı X6 Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-44/2024
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-44/2024
24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver