Məhkəmə qərarları › İş №2(070)-62/2023

Xocalı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(070)-62/2023

31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-62/2023 31.03.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X5 оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3,000 manat məbləğində borcun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, o, cavabdehi təxminən 5 il əvvəl tanımışdır. Cavabdehi uzun müddət tanıdığına görə etibar etdiyi keçmiş iş yoldaşı Cavabdeh xx.xx.2021-ci il tarixdə ailəsində maddi çətinliklər olmasını, arvadının müalicəsi ilə bağlı ondan borc pul istəmişdir. Lakin o, maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir, buna baxmayaraq cavabdeh təkidlə ona hər hansı bir tanışından 3,000 manat borc pul tapıb verməsini, borcunu özü ödəyəcəyini qeyd etmişdir. O da əvvəldən tanıdığı və ona etibar edən X3 zəng edib tanışı yəni cavabdehin pula ehtiyacı olmasını, onun cavabdehin pulu geri qaytaracağına cavabdeh özü olduğunu bildirmişdir. Rüstəm Quluyev ona etibar etdiyi üçün cavabdehə 3,000 manat borc pul verməyə razılaşmışdır. Bu səbəblə xx.xx.2021-ci il tarixdə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində onun iştirakı ilə Rüstəm Quluyev 3,000 manat pulu cavabdehə 1 il sonra qaytarmağı şərti ilə vermişdir. Hətta cavabdeh öz xətti və öz imzası ilə təsdiq etmişdir. Qeyd edilən müddətdən sonra cavabdehə borcu verməsini xahiş etmək üçün bir neçə dəfə istifadəsində olan mobil nömrələrlə əlaqə saxlamışdır. Lakin cavabdeh hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Lakin o, Cavabdeh məlumat verib ki, Rüstəm Quluyevə həmin 3,000 manat pulu geri qaytarsın. Bundan sonra yenidən cavabdehdən onun əvəzinə ödədiyi 3,000 manat pulu geri verilməsini dedikdə, o əvvəlcə verəcəyini desə də, son 1 ayda isə ümumiyyətlə borcunu ödəməyəcəyini bildirdi. Bu səbəblə maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. İddiаçı İddiaçı ərizəsi əsasında o, əsl iddiaçı Rüstəm Quluyevlə əvə edilmişdir. İddiaçı Rüstəm Quluyev ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baıxlmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh 10 iyul 2021-ci il tarixdə yazmış olduğu qəbzdə qeyd olunur ki, o, həmin tarixdə X1 xx.xx.2022-ci il tarixə kimi qaytarmaq şərti ilə 3,000 manat borc olaraq pul almışdır, qeyd olunan vaxtda qaytarmasa qanun qarşısında məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. Gəncə 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməsi barədə 26 dekabr 2022-ci il tarixli, 06486 saylı arayışdan görünür ki, İddiaçı mediasiya xərci üçün 50 (əlli) manat ödəmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı vasitəsilə iddiaçı Rüstəm Quluyevdən 3,000 manat məbləğində borc pul almış, bir il ərzində borcu qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, həmin öhdəlik onun tərəfindən icra edilməmiş, 3,000 manat borc qaytarılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3,000 manat məbləğində borc pul və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mediasiya üçün ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3,000 manat borc pul və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi, cəmi 3,050 (üç min əlli) manat iddiaçı X2 xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Xocalı Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar