Məhkəmə qərarları › İş №2(071)-102/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-102/2022

18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-102/2022 18.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı X1 cavabdehlər Cavabdeh1, “Azəriqaz” İB-nin Hacıqabul rayon şöbəsinə, "xxxx" ASC-nin Hacıqabul rayon şöbəsinə və Cavabdeh4 ASC-nin Hacıqabul rayon şöbəsinə qarşı “ümumi istifadədə olan qaz, su və işıq xəttinin qoşulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, “Azəriqaz” İB-nin Hacıqabul rayon şöbəsinə, "xxxx" ASC-nin Hacıqabul rayon şöbəsinə və Cavabdeh4 ASC-nin Hacıqabul rayon şöbəsinə qarşı “ümumi istifadədə olan qaz, su və işıq xəttinin qoşulması” tələbinə dair iddia ərizəsi ilə 24.11.2021ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən Hacıqabul şəhəri Ə.Vahid küçəsində yerləşən 101 nömrəli evdə işıq, su və qazdan istifadə etməsinə hər hansı bir maneəçiliyin edilməsi qadağan edilməsi və Hacıqabul şəhəri Ə.Vahid küçəsində yerləşən 101 nömrəli evə işığın, suyun və qazın verilməsi "xxxx" ASC-nin Hacıqabul rayon şöbəsinə və Cavabdeh4 ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmişdir. Lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4, 259.0.6-cı maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1, “Azəriqaz” İB-nin Hacıqabul rayon şöbəsinə, "xxxx" ASC-nin Hacıqabul rayon şöbəsinə və Cavabdeh4 ASC-nin Hacıqabul rayon şöbəsinə qarşı “ümumi istifadədə olan qaz, su və işıq xəttinin qoşulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar