Məhkəmə qərarları › İş №2(071)-1071/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1071/2022

12.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1071/2022 12.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı Hacıqabul rayon Bələdiyyəsinin nümayəndəsi (sədri) X1 iştirakı ilə, İddiaçı Hacıqabul rayon Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq və əmlak vergisi borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Hacıqabul rayon Bələdiyyəsi borclu Cavabdeh qarşı “torpaq və əmlak vergisi borcunun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsi” barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul şəhərinin H.Həmidov küçəsində 70 kv.m. torpaq sahəsinə, Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən Cavabdeh məxsus aliminum və PVC qapı və pəncərə sexinin şimal hissəsində 500 kv.m. torpaq sahəsinə, sahibkarlıqla məşğul olmaq üçün Hacıqabul şəhəri İ.Qayıbov küçəsinin qərbində Avtovağzalın cənubunda 300 kv.m. torpaq və əmlakına görə Cavabdeh 2022-ci ilə qədər Hacıqabul rayon Bələdiyyəsinə yaranmış 1.179,17 (min yüz yetmiş doqquz manat on yeddi qəpik) manat pulun borclu Cavabdeh alınaraq tələbkar Hacıqabul rayon Bələdiyyəsinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-1071/2022 nömrəli məhkəmə əmrinə əsasən tələbkar Hacıqabul rayon Bələdiyyəsinin borclu Cavabdeh qarşı torpaq və əmlak vergisi borcunun ödənilməsi barədə ərizəsi təmin edilmişdir. Borclu Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-1071/2022 saylı məhkəmə əmrinin ləğv edilərək, işə iddia icraatında baxılmasını xahiş etmişdir. Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-1071/2022 nömrəli qərardadı ilə borclu Cavabdeh etirazı təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-1071/2022 nömrəli məhkəmə əmrinin ləğv edilmiş, tələbkar Hacıqabul rayon Bələdiyyəsinin borclu Cavabdeh qarşı “torpaq və əmlak vergisi borcunun ödənilməsi” tələbinə dair mülki iş iddia icraatına keçilmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə saat 12:00-a təyin edilmişdir. İddiaçı Hacıqabul rayon Bələdiyyəsinin nümayəndəsi (sədri) X2 xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Hacıqabul rayon Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq və əmlak vergisi borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar