Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1096/2025 17.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Hacıqabul Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla Cavabdeh qarşı “əsassız varlanma üzrə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Hacıqabul Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla Cavabdeh qarşı “əsassız varlanma üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsassız varlanma nəticəsində əldə edilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli 197s nömrəli Sərəncamı ilə yaradılmış mərkəzi komissiyanın fəaliyyəti çərçivəsində Kür və Araz çaylarının daşması nəticəsində digər rayonlarla bərabər Hacıqabul rayonu, Nəvahi qəsəbə və Nəvahi kəndi ərazisində ziyan çəkmiş fərdi yaşayış evlərinə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən baxışlar keçirilmiş və 31.03.-xx.xx.2011-ci il tarixlərdə müvafiq aktlar tərtib edilmişdir. Həmin baxışların nəticəsində bütün ziyan dəymiş evlər, düşdüyü vəziyyətə və orada yaşayanların sayına uyğun olaraq 3 kateqoriyaya bölünmüşdür: qəzalı, bərpagücləndirmə və ya təmirə ehtiyacı olan evlərə. İşin böyük həcmini və uzunmüddətli xarakterini nəzərə alaraq, bu istiqamətdə dövlət büdcəsindən hissə-hissə ayrılmış məqsədli vəsaitlər hesabına təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə hər bir kateqoriyaya uyğun olan müvafiq tədbirlər yerinə yetirilmişdir. Həmin tədbirlər çərçivəsində dövlət büdcəsi vəsaitləri hesabına təmirə ehtiyacı olan evlərlə bağlı təmirə çəkiləcək xərclərin qarşılanması üçün dəymiş zərərin dəyərində vətəndaşlara birdəfəlik maliyyə yardımın verilməsi, bərpa-gücləndirməyə ehtiyacı olan evlərlə bağlı müvafiq bərpa və gücləndirilmə işlərinin aparılması və qəzalı evlərlə bağlı onların sökülərək yerində yeni evlərin tikilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli 197s nömrəli və 8 avqust 2011-ci il tarixli 231 s nömrəli Sərəncamlarına əsasən ziyan dəymiş fərdi yaşayış evlərində bərpa-gücləndirmə işlərinin aparılması və fərdi yaşayış evlərinin sakinlərinə kompensasiyanın ödənilməsi üçün dövlət büdcəsindən müvafiq vəsaitlər Fövqəladə Hallar Nazirliyinə ayrılmışdır. Yuxarıda göstərilən tədbirlər çərçivəsində hazırkı iddia üzrə cavabdeh -Cavabdeh məxsus Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən fərdi yaşayış evi bərpa-gücləndirməyə ehtiyacı olan yaşayış evlərinin siyahısına daxil edilmişdir. Bunun nəticəsi olaraq Cavabdeh məxsus fərdi yaşayış evində bərpa- gücləndirmə işləri aparılmışdır. Bərpa-gücləndirmə işlərinin aparılması podratçı şirkət "xxxx" MMC-nin və Hacıqabul Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 2023-cü ilin 06 iyul və 15 sentyabr tarixli Aktlar ilə təsdiq olunur. Həmin işlərin layihə-smeta sənədlərinə uyğun apararaq yekunlaşması 2023-cü ildə Hacıqabul Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi “Bərpa işləri aparılmış obyektin istismara verilməsi” sənədində əks olunmuşdur. Agentliyin 21 noyabr 2023-cü il tarixli 3- 18-2/2-M-60xx-xx/2023 nömrəli məktubu ilə yaşadığı fərdi yaşayış evinin bərpagücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil olunması və layihə-smeta sənədlərində nəzərdə tutulmuş bütün işlərin yerinə yetirilərək istismara təhvil verilməsi barədə Cavabdeh məlumat verilmişdir. Bununla belə, texniki səhv nəticəsində 2024-cü ildə 5000 manat (beş min manat, 00 qəpik) pul vəsaiti kompensasiya kimi (təmirə ehtiyacı olan evlər üçün nəzərdə tutulmuş birdəfəlik maliyyə yardımı şəklində) Cavabdeh hesabına köçürülmüş, o da öz növbəsində 13 yanvar 2024-cü il tarixində həmin vəsaiti poçt vasitəsi ilə götürmüşdür. Vətəndaş bərpa-gücləndirmə işlərinə başlanılmaqdan əvvəl və həmin işlər görülən zaman Agentliyə (Nazirliyə) dəfələrlə şifahi və yazılı müraciətlər etmiş, ölkənin müxtəlif bölgələrində Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsləri tərəfindən vətəndaşlarla keçirilən görüşlərdə dəfələrlə iştirak etmiş, onun evinin bərpagücləndirmədən başqa ona hər hansı digər yardımın göstərilməyəcəyini barədə tam məlumatlı olmuşdur. Vətəndaş Cavabdeh yaşayış evində bərpa-gücləndirmə işlərinin başa çatmasına baxmayaraq, vəziyyətdən sui-istifadə edərək sözügedən məbləği qəbul etmişdir. Məsələ ilə bağlı vətəndaşa dəfələrlə şifahi və yazılı müraciət olunaraq nəzərinə çatdırılmışdır ki, heç bir hüquqi əsas olmadan 13 yanvar 2024-cü il tarixdə həmin vəsaitin əldə edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq dövlətin hesabına əsassız varlanma kimi qiymətləndirilir və o həmin vəsaiti dövlət büdcəsinə geri qaytarmalıdır. Bundan sonra, ilk vaxtlarda şəxsi görüşlər zamanı o bu faktı etiraf etmiş və həmin vəsaiti dövlət büdcəsinə geri qaytaracağını bildirmiş, lakin müəyyən vaxt keçəndən sonra bundan imtina etmişdir. Bununla əlaqədar olaraq, vətəndaşa bir daha həmin məbləğin dövlət büdcəsinə geri qaytarılması barədə yazılı şəkildə Agentliyin 12 sentyabr 2025-ci il tarixli 3- 18-8/2-M-7-100/SO/2025 nömrəli məktubu ilə müraciət olunmuşdur. Hesab edirik ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığından əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, dövlətin hesabına əsassız varlanmış şəxs Cavabdeh əldə etdiklərini dövlətə qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iş materiallarına bütün sənədlər əlavə olunmuşdur. Belə ki, cavabdehin evi bərpa-gücləndirmə siyahısına daxil edilmiş və onun evi tam şəkildə təmir olunmuşdur. Bunu iş materiallarında olan cavabdehin evinin əvvəlki və bərpadan sonrakı vəziyyətini özündə əks etdirən fotoşəkillərdən də aşkar etmək olar. Daha sonra cavabdehin hesabına texniki səhv nəticəsində 5000 manat pul vəsaiti köçürülmüşdür. Odur ki, həmin məbləğdə pulun cavabdehdən dövlət nəfinə tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli, 197 saylı sərəncamından müəyyən edilir ki, Fövqəladə Hallar Nazirliyinin də iştirakı olmaqla müvafiq Komissiyalar yaradılmış, baş vermiş təbii fəlakət nəticəsində Sabirabad, Saatlı, İmişli, Zərdab, Hacıqabul, Salyan və digər rayonların ərazisində yerli əhaliyə və məcburi köçkünlərə dəymiş ziyana görə birdəfəlik maddi yardımların ödəməsi, onlara məxsus zədələnmiş və ya dağılmış fərdi və ictimai yaşayış evlərinin, istehsalat, məişət, iaşə və xidmət, habelə sosial obyektlərin bərpası və ya yenidən tikintisi FHN-ə həvalə edilmiş, habelə bu işlərin görülməsi üçün onlara 3 ay vaxt verilmiş və 252,14 milyon manat vəsait ayrılmışdır. Bərpa-gücləndirmə işlərinin aparılması podratçı şirkət "xxxx" MMC-nin və Hacıqabul Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 2023-cü ilin 06 iyul və 15 sentyabr tarixli Aktlar ilə təsdiq olunur. Həmin işlərin layihə-smeta sənədlərinə uyğun apararaq yekunlaşması 2023-cü ildə Hacıqabul Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi “Bərpa işləri aparılmış obyektin istismara verilməsi” sənədində əks olunmuşdur. Həmin işlərin layihə-smeta sənədlərinə uyğun apararaq yekunlaşması 2023-cü ildə Hacıqabul Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi “Bərpa işləri aparılmış obyektin istismara verilməsi” sənədində əks olunmuşdur. Agentliyin 21 noyabr 2023-cü il tarixli 3- 18-2/2-M-60xx-xx/2023 nömrəli məktubu ilə yaşadığı fərdi yaşayış evinin bərpagücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil olunması və layihə-smeta sənədlərində nəzərdə tutulmuş bütün işlərin yerinə yetirilərək istismara təhvil verilməsi barədə Cavabdeh məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinə uyğun olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə uyğun olaraq əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, Cavabdeh evi təmir olunaraq ona təhvil verilmiş, habelə texniki səhv nəticəsində ona 5000 manat məbləğində pul köçürülmüşdür. Həmin vəsait məhkəmə tərəfindən əsassız varlanma hesab olunaraq cavabdehdən dövlət nəfinə tutulmalıdır.. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Əsassız varlanma nəticəsində əldə edilmiş 5000 (beş min) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1096/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1096/2025
17.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver