Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-110/2022 25.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “birgə mülkiyyətdə olan pay torpaq sahəsində payların naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “birgə mülkiyyətdə olan pay torpaq sahəsindən payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə 22.04.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, JN-0087, KOD 91004048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı, X3, Cavabdeh1 və X1 birgə mülkiyyətinə verilmiş Hacıqabul rayonu İİ Meyniman kəndində yerləşən 4,54 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsində payların naturada ayrılması, onun payına düşən 1,135 ha torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi və verilmiş torpaq sahəsinin mülkiyyət hüququna dair çıxarış və plan ölçüsünün verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 13 saylı ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(071)-254/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış 10.04.2020-ci il tarixli **********35 nömrəli mütəxəsis rəyi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Hacıqabul rayon məhkəməsinə ekspertizanın aparılması üçün mütəxəsis rəyi və əlavə iş materiallarının təqdim olunması barədə vəsatət vermiş vəsatət təmin edildikdən sonra, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.11.2021-ci il tarixli 10/5866 nömrəli ekspert rəyi 29.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli 2(071)-749/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmişdir. Lakin tərəflər məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4, 259.0.6-cı maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “birgə mülkiyyətdə olan pay torpaq sahəsində payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-110/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-110/2022
25.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver