Məhkəmə qərarları › İş №2(071)-112/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-112/2025

07.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-112/2025 07.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “toraq sahəsinin bölünməsi” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “toraq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********92 nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə mülkiyyətinə verilmiş 8,6907 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 payına düşən 2,56758 ha torpaq sahəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Çıxarışa əsasən iddiaçıların və cavabdehlərin birgə mülkiyyətinə 8,6907 ha torpaq sahəsi verilmişdir. İddiaçılar Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edərək onların payına düşən 2,56758 ha torpaq sahəsinin bölünərək ayrılmasını xahiş etmişdirlər. Bölgü planı tərtib edilsə də, cavabdehlərin bölgü planını imzalamamaları səbəbindən torpaq sahəsinin naturada bölünməsi mümkün olmamışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın məhkəmə tərəfindən təmin edilməsini və bununla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində iddiaçılar İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin üzürlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 əvvəlki məhkəmə iclasında ərizə yazaraq bildirmişdirlər ki, iddiaçılarla birgə mülkiyyətlərinə verilmiş 8,6907 ha torpaq sahəsinin iddiaçıların payına düşən 2,56758 ha torpaq sahəsinin ayrılmasına heç bir etirazları yoxdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********92 nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə mülkiyyətinə 8,6907 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan bölgü planına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə mülkiyyətində olan 8,6907 ha torpaq sahəsinin 2,56758 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3 ayrılması nəzərdə tutulmuşdur. Lakin cavabdehlər tərəfindən həmin bölgü planı imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə iclasında sübutların tədqiqi zamanı müəyyən olunmuşdur ki, iddiaçılar və cavabdehlərin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəli çıxarış əsasında onların birgə mülkiyyətinə təyin edilmiş 8,6907 ha torpaq sahəsinin, iddiaçıların - İddiaçı1, İddiaçı2, İddiaçı3 payına düşən 2,56758 ha hissəsinin naturada ayrılması üçün tərtib edilmiş bölgü planının, cavabdehlərin imza verməməsi səbəbindən icra olunmasının mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə iclasında iddiaçılar, mövcud mülkiyyət münasibətlərinin aydınlaşdırılması və tərəflərin hüquqi maraqlarının təmin edilməsi məqsədilə iddia tələblərinin təmin olunmasını tələb etmiş, cavabdehlərin əvvəlki iclasda etiraz bildirməmələri isə tələbin əsaslı olduğunun göstəricisi kimi qiymətləndirilmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********92 nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə mülkiyyətinə verilmiş 8,6907 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 payına düşən 2,56758 ha torpaq sahəsi naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********92 nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə mülkiyyətinə verilmiş 8,6907 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 payına düşən 2,56758 ha torpaq sahəsi naturada ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar