Məhkəmə qərarları › İş №2(071)-130/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-130/2022

14.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-130/2022 14.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər X1 və Cavabdeh2 Rafael qızının iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 Rafael qızına qarşı “mülkiyyətdən istifadə hüququnun müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 Rafael qızına qarşı “mülkiyyətdən istifadə hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə 09.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsinin üzərində yerləşən 90,4 kv.m sahədən ibarət olan fərdi yaşayış evindən sərbəst istifadə etməsinə maneəçilik edən cavabdehlər X2 və Cavabdeh2 Rafael qızına qadağan edilməsi və onların qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdehlər X3 və Cavabdeh2 Rafael qızı məhkəmə iclasında iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiklərinin bildirdilər və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədilər. İddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 Rafael qızına qarşı “mülkiyyətdən istifadə hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar