Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-175/2023 31.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əlyar oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əlyar oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən şerilmiş xx.xx.2010-cu il tarixli, seriya MA ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Hacıqabul şəhəri, X.Məmmədov küçəsi, ev 12 saylı ev iddiaçının tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2. Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 iddiaçının ailə üzvləri deyil. İş üzrə cavabdehlər heç vaxt iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşamamışlar. Bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Məhkəmənin hazırlıq iclasında iddiaçı X2 iddia tələbini müdafiə etdi. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddianın əsaslandığı hallardan və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi, Hacıqabul şəhəri, X.Məmmədov küçəsi 12 nömrəli fərdi yaşayış evi iddiaçının deyil, onun bacısı X4 xüsusi mülkiyyətindədir. İddia ərizəsində cavabdehlər kimi göstərilmiş şəxslər isə həmin fərdi yaşayış evində sadəcə pasport qeydiyyatına alınmış, heç vaxt sözügedən evdə yaşamamış, həmin evdən istifadə etməmişlər. Belə olan vəziyyətdə cavabdehlərin qeyd edilən fərdi yaşayış evindən istifadə hüquqlarının yaranmadığı müəyyən olunur. Lakin, iddiaçı cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, iddiaçının iddiası cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması ilə əsaslandırıldığından, fərdi yaşayış evinin mülkiyyətçisi olan şəxs həmin evə pasport qeydiyyatına alınmış şəxslərin pasport qeydiyyatından çıxarılması barədə ərizəsinin təmin edilməsindən inzibati orqan tərəfindən imtina edildiyi halda inzibati məhkəməyə müraciət etməli idi. Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı mövqeyə əsasən hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından, mülki iş üzrə icraata xitam verilməli, mülkiyyətçiyə cavabdehlərin ona məxsus evdən pasport qeydiyyatından çıxarılmaları tələbi ilə ilkin olaraq Hacıqabul rayon Polis Şöbəsinə müraciət etməsi, onun müraciətindən imtina edildikdə isə həmin orqana qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261, 262 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əlyar oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-175/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-175/2023
31.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver