Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-257/2023 06.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hacıqabul rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hacıqabul rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələb birləşdirildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı1 iddia ərizəsində mərhum anası X2 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılma səbəbləri üzürlü hesab edilməklə həmin müddətin uzadılması barədə, İddiaçı2 isə mərhum anası X3 və mərhum bacısı X1 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılma səbəbləri üzürlü hesab edilməklə həmin müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, İddiaçı1 anasından qalmış əmlakın miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması barədə iddiası ilə, İddiaçı2 anasından və bacısından qalmış əmlakın miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması barədə iddialarının bir-biri ilə əlaqəsi yoxdur. Çünki, iddia tələblərinin yönəldiyi cavabdeh eyni olsa da, həm iddia tələblərinin predmetini təşkil edən əmlaklar (çünki, hər bir iddiaçı öz yaxın qohumundan miras qalmış əmlakdakı payı əldə etmək istəyir) fərqlidir, həm də həmin əmlaklar ayrı-ayrı şəxslərdən miras qalmışdır. Odur ki, fərqli iddiaçılar tərəfindən ayrı-ayrı şəxslərdən miras qalmış əmlaklara münasibətdə mirasın qəbulu müddətinin uzadılması tələblərinin bir-biri ilə əlaqəsi olmadığı üçün onlar bir icraatda birləşdirilərək baxıla bilməz. Bu səbəbdən də, iddiaçılar hər biri ayrı-ayrılıqda qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməklə, bu barədə məhkəmədə cavabdehə qarşı iddia tələbi irəli sürməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hacıqabul rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(071)-257/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-257/2023
06.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver