Məhkəmə qərarları › İş №2(071)-278/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-278/2023

23.02.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-278/2023 23.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, Maraqlı şəxs X2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs X2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi maraqlı şəxs X2 (Hacıqabul rayon Talış Bələdiyyəsinin icra orqanının rəhbəri) “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 101,55 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2320,36 manat, İşsizlikdən sığorta fonduna olan 9,87 manat, İcbari Tibbi Sığorta Fonduna olan 38,92 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan X4 barəsində (Doğulduğu tarix - xx xxxx 1960-cı il, Doğulduğu yer – Azərbaycan, Sabirabad; Talış kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Hacıqabul rayon Talış kənd bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 38,92 manat, Dövlət Sosial Müdafiə Fonduna 2320,36 manat, dövlət büdcəsinə 101,55 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 101,55 manat) , İşsizlikdən sığorta fonduna 9,87 manat olmaqla, ümumilikdə 2370,7 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********200400, xx.xx.2022-ci il tarixli **********151700, xx.xx.2021-ci il tarixli **********082500, xx.xx.2022-ci il tarixli **********314500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X4 izahat verərək göstərdi ki, o, maaş almır, 408 manat pensiya alır, il ərzində vergi idarəsi tərəfindən vergi tutulur, vətəndaşlara çıxarışı olmayan evlərin vergi ödəməsi barədə çıxarış yollasalar da çıxarışı olmayan evlər vergi ödəmir, vətəndaşın həyətinə getdikdə isə vergini ödəməyəcəklərini bildirirlər. Hazırda köhnə borcdan 980 manat qalıq borc qaldığını və ümumilikdə 2424 manat ümumi borcunun olduğunu bilir. Lakin, mövcud vəziyyətdə həmin borcun ödənilməsini təmin edə bilmir. Ərizənin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-in 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi, Hacıqabul rayon Talış kənd bələdiyyəsinin rəhbəri X1 rayon Talış kəndində qeydiyyatdadır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən maraqlı şəxsin rəhbərlik etdiyi hüquqi şəxs Hacıqabul rayon Talış bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə 101,55 manat, Dövlət Sosial Müdafiə Fonduna 2320,36 manat, İşsizlikdən sığorta fonduna olan 9,87 manat, İcbari Tibbi Sığorta Fonduna olan 38,92 manat məbləğində borcu var. Ərizəçi vergi ödəyicisi olan hüquqi şəxsə bildiriş göndərərək, vergi borcunu 5 gün müddətində ödəmədiyi halda, qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək, vergi orqanlarının hüququdur. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri ödəməməsi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, onun həmin öhdəliklərinin icrasını təmin etmək üçün hazırkı iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-in 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası MPM-in 234.1-ci maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.1, 355-7, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs Hacıqabul rayon Talış bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 101,55 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2320,36 manat, İşsizlikdən sığorta fonduna olan 9,87 manat, İcbari Tibbi Sığorta Fonduna olan 38,92 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Hacıqabul rayon Talış bələdiyyəsinin rəhbəri olan X2 (doğulduğu tarix - xx xxxx 1960-cı il, doğulduğu yer – Azərbaycan, Sabirabad; Talış kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar