Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-310/2023 04.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X16 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Hacıqabul rayon Ələtli Bələdiyyəsinin sədri X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin bölgü sxeminin tərtib olunmasına şərait yaradılması, maneçiliyin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-778/2022 saylı qərardadına əsasən cavabdehlə aralarında aparılmış razılaşmaya əsasən onun mülkiyyətinə verilməsini nəzərə tutduğu 2,00 ha torpaq sahəsinin bölgü sxeminin tərtib olunmasına cavabdeh tərəfindən şəraitin yaradılması, bununla bağlı maneçilik törədən bütün halların cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayonu Ələtli kəndində yaşayır. 1996-cı ildə mübahisəli torpaq sahəsinin kəndli fermer təsərrüfatı kimi istifadə edərək əkibbecərirdi. Hazırda həmin sahə yonca əkmişdir. Daha sonra Respublika üzrə aqrar islahat aparılmış və hazırda iddia etdiyi torpaq sahəsi 1997-1998-ci illərdə aparılmış aqrar islahat nəticəsində cavabdehin atası X1 mülkiyyətinə verilmişdir. O, uzun illər həmin torpaq sahəsində istifadə etdiyi üçün cavabdehin atası X3 ilə xx.xx.2004-cü ildə Bələdiyyənin iştirakı və təsdiqi ilə öz aralarında alqı-satqı etmişlər, həmin torpağın dəyərini təşkil edən 1032,500 manat pulu sonuncuya vermişdir. Sonradan həmin torpaq sahəsi xx.xx.2022-ci ildə mülkiyyət hüququ əsasında ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəindən çıxarış verilmişdir. Bundan sonra cavabdeh X10 iddia tələbi ilə məhkəməyə müraciət edərək “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbi ilə müraciət etmişdir. Həmin vaxt iş üzrə iddiaçı qismində çıxış etmiş Cavabdeh ərizə ilə müraciət edərək iddia ərizəsindən imtina etmişdir. İddia ərizəsindən imtina etməyi səbəbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayonun Ələtli kəndində yerləşən 4,1261 ha torpaq sahəsindən cavabdehin çıxarılması tələbindən imtina etmişdir ki, mübahisənin məhkəmədən kənar qaydada həll edəcəyini vəd vermiş, 2,00 ha torpaq sahəsindən özü, qalan 2,0 ha toqpaq hissəsindən isə onun istifadə edəcəyini bildirmişdir. Ərizəni əsas götürən Hacıqabul Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(071)-778/2022 saylı qərardadla iş üzrə icraata xitam vermişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2287/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-778/2022 saylı qərardad dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli torpaq sahəsinə yonca əkmiş və cavabdeh aralarında olan razılaşmaya riayət etməyərək onun torpaq sahəsində çıxmasını tələb etmiş və əkdiyi məhsulu becərməyə imkan verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, atası X3 ilə İddiaçı arasında Hacıqabul rayonun Ələtli kəndində yerləşən 4,1261 ha torpaqla bağlı heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Artıq uzun müddətdir iddiaçı ilə aralarında mübahisə yaranmışdır və bundan əvvəl də Hacıqabul rayon Məhkəməsində onların torpaq mübahisəsi üzrə mülki işə baxılmışdır. İddiaçı dəfələrlə onunla mübahisə yaradıb saxta sənədlər təqdim etmişdir. Hazırda sözü gedən torpaq şəhid ailəsinə verilmişdir. Onlar tərəfindən istifadə olunur. Hacıqabul Rayon məhkəməsində daha öncə o, iddiaçı ilə razılaşıb torpaq sahəsini 2 ha hissəsini İddiaçı istifadəsinə verilməsinə razılaşmışdır. Lakin, sonra aralarında narazılıq yarandı, o da yaranmış mübahisəyə görə həmin torpağı şəhid ailəsinə 5 illik müqavilə ilə əkib-becərməyə vermişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hacıqabul rayon Bələdiyyəsinin sədri X7 izahatında göstərdi ki, 2020-ci ildən o, Hacıqabul rayon Ələtli Bələdiyyəsinin sədri işləyir. Hacıqabul rayonun Ələtli kəndində yerləşən 4,1261 ha torpaq sahəsi X6 atası X2 məxsus olmuşdur. Qənbərov X9 Akif Sədiyar oğlu ilə həmin torpağı bölüb əkib becərmələri barədə razılaşmışlar. 2004-cü ildə X13 Mahmudov arasında torpağın alqı-satqısına dair rəsmi müqavilə bağlanmamışdır. Bələdiyyənin nümayəndəsi sadəcə torpağın İddiaçı verilməsinə dair aktın tərtib edilməsindən iştirak etmişdir. Mövcud vəziyyətdə mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığından, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4,1261 ha torpaq sahəsi 21/24 hissədə Cavabdeh, 3/24 hissə X4 paylı mülkiyyətindədir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)- 778/2022 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Sədiyar oğluna qarşı Hacıqabul rayon Ələtli kəndində yerləşən 4,1261 ha torpaq sahəsində cavabdeh İddiaçı Sədiyar oğlunun çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh iddia tələbindən imtinası qəbul edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2287/2022 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-778/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Sədiyar oğlu tərəfindən 1032,500 (bir milyon otuz iki min beş yüz) manat nağd pul torpaq sahibi X2 ödənilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Ələtli kənd Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli tərtib edilmiş aktın surətindən görünür ki, Ələtli Bələdiyyəsinin sədri M.K.Kərimov Ələtli kənd sakini X3, Ələtli kənd sakini İddiaçı Sədiyar oğlunun iştirakı ilə həmin akt tərtib olunmuşdur ondan otəri ki, X2 məxsus pay torpağından 04,13 ha İddiaçı Sədiyar oğluna birdəfəlik istifadəsinə vermişdir. İstifadə edilən hər hektar üçün 25000 manat birdəfəlik haqq ödənilməsi razılşdırılmışdır. İddiaçı Sədiyar oğlu 04,13 ha torpaq sahəsi üçün 1032,500 manat torpaq haqqı ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mübahisə predmeti olan Hacıqabul rayonu, Ələtli kəndi ərazisində yerləşən 4,1261 ha torpaq sahəsi hazırda cavabdehin mülkiyyətindədir. Bundan əvvəl tərəflər arasında torpaq sahəsinin zəbtdən azad edilməsi ilə bağlı məhkəmədə mübahisə olmuşdur. Həmin mülki iş üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iddia tələbindən imtina etməsinə dair ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4,1261 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddia tələbindən imtina edir. Hazırda mübahisəni cavabdehlə məhkəmədən kənar həll etmişlər. O, mülkiyyətindəki torpaq sahəsinin 2,0 ha hissəsindən özü istifadə edəcəkdir, qalan hissəsindən isə cavabdeh İddiaçı istifadə etməsinə, əkilib-becərilməsinə etiraz etmir. İddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının iddiadan imtina etməsi qəbul edilərək, mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı da bu razılaşma əsasında iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsində əkin işləri aparmışdır. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, əvvəlki mülki iş üzrə aralarında əldə edilmiş razılaşmaya uyğun olaraq, torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsini və bununla bağlı maneçilik törədən halların cavabdehə qadağan edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mövcud vəziyyətdə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət və ya sahiblik hüququnun olmasını təsdiq edən heç bir qanuni əsas mövcud deyildir. Tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi üzrə Cavabdeh Hacıqabul rayon məhkəməsində İddiaçı qarşı irəli sürdüyü iddiadan imtina etdiyinə görə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Hacıqabul rayon məhkəməsində İddiaçı qarşı irəli sürdüyü iddiadan imtina etməsi onun həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarını məhdudlaşdırmır. Başqa sözlə desək, mülki iş üzrə icraata tərəflər arasında barışıq sazişi imzalandığına görə deyil, iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir. Məhkəmənin qərardadı hər hansı formada Cavabdeh münasibətdə torpaq sahəsinin bir hissəsinin İddiaçı istifadə verilməsinə dair vəzifə yaratmamışdır. Məhkəmənin qərardadından sonrakı müddətdə isə tərəflər arasında torpaq sahəsinin özgəninkiləşdirilməsi (satılması, bağışlanması və s.) və ya istifadəyə, icarəyə verilməsinə dair müqavilə bağlanması iddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünmür. Belə olan halda, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsinə dair bölgü sxeminin tərtib edilməsi, bununla bağlı maneçilik törədən halların cavabdehə qadağan edilməsi onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edə bilər. Odur ki, iddiaçının mübahisəli torpaq sahəsinə qanuni əsaslarla yaranmış hər hansı hüququnun olması müəyyən edilmədiyindən, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin bölgü sxeminin tərtib olunmasına şərait yaradılması, maneçiliyin aradan qaldırılması tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X17
Məhkəmə qərarları › İş №2(071)-310/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-310/2023
04.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver