Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-33/2022 25.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddiası; Cavabdeh İddiaçı və cavabdeh X4 və üçüncü şəxs Hacıqabul rayon Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4,3018 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması və Cavabdeh mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilik törədən bütün halların qadağan olunmasını xahiş etmişdir. Cavabdeh İddiaçı və cavabdeh X4 və üçüncü şəxs Hacıqabul rayon Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, satıcılar X5 və X14 ilə alıcı İddiaçı arasında Hacıqabul rayon notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli AN-1 ******* nömrəli 4-Ə/299 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-167/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertiza rəyi məhkəməyə daxil olana kimi iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3519 nömrəli ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-33/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək, iş məhkəmə baxışına təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, X5 və X14 xx.xx.2020-ci il tarixdə Hacıqabul rayonu Ələtli kəndində yerləşən 7,1441 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə öz paylarının 4,3018 ha hissəsini ona satmışlar və bu barədə Hacıqabul rayon notariat ofisində xx.xx.2020-ci il tarixli 4-Ə 299 reyestr nömrəli alqısatqı müqaviləsi bağlamışlar, həmin torpaq sahəsindən 2,8423 ha torpaq sahəsi isə Cavabdeh mülkiyyətində qalmışdır. Buna baxmayaraq Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini qeyri-qanuni zəbt etmişdir. Aldığı 4,3018 ha torpaq sahəsinə dair onun adına xx.xx.2020-ci il tarixdə çıxarışa və AA 568530 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən hər hansı bir hüquqi sənədi olmadığı halda, onun qanuni əsasla əldə etdiyi torpaq sahəsini boşaltmaqdan imtina edir. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Müqavilə notariusda təsdiq edilmiş və o, aldığı torpaq sahəsinin dəyərini keçmiş mülkiyyətçilərə tam ödəmişdir. Odur ki, onun iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilki iddianı qəbul etdi və qarşılıqlı iddiasını qismən müdafiə etdi və izahatında bildirdi ki, Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən X13, X11 və Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı üçün paylı ümumi birgə mülkiyyət hüququ əsasında 8,53 ha torpaq sahəsi ayrılmış və bununla əlaqədar JN 0057, KOD 91004058 nömrəli, “Torpağa mülkiyyət hüququ haqqında” dövlət aktı verilmişdir. X15 onun bibisidir. X15 xx.xx.2007-ci ildə vəfat etmişdir. xx.xx.2020-ci il tarixli 153 və 154 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 miras qalmış Hacıqabul rayonu Ələtli kəndində yerləşən ümumi sahəsi 7,1441 ha və 1,383 ha torpaq sahələrini qızı X3 adıına keçmişdir. Bibisi X1 40 sot torpaq sahəsini şifahi olaraq ona verəcəyini bildirmişdir. Bu səbəbdən o, X5 və X9 alıcı İddiaçı Hacıqabul rayonu Ələtli kəndində yerləşən 7,1441 ha torpaq sahəsinin öz paylarından 4,3018 ha hissəsinin satılmasının qanunsuz olduğunu düşünmüşdür. Hesab etmişdir ki, o, bibisinin vərəsəsidir. Bibisi ona vəsiyyətnamə veerməmişdir və bibisinin özünün övladları vardır. Hazırda dərk edir ki, bibisinin uşaqları olduğu halda, o, vəsiyyətnamə olmadan bibisindən miras qalmış əmlakı qəbul edə bilməz. Odur ki, İddiaçı məxsus torpaq sahəsini boşaltmağa razıdır. Bu səbəbdən iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında Cavabdeh izahatı ilə razı olduğuunu bildirdi. Qarşılıqlı iddia üzrə cavabdeh X4 və üçüncü şəxs Hacıqabul rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq qarşılıqlı iddia üzrə cavabdeh X3 və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarına əsasən X13, X11 və Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı üçün ümumi birgə mülkiyyət hüququ əsasında Hacıqabul rayonu Ələtli kəndində 8,53 ha torpaq sahəsi ayrılmış və bununla əlaqədar JN 0057, KOD 91004058 nömrəli “Torpağa mülkiyyət hüququ haqqında” dövlət aktı verilmişdir. xx.xx.2020-ci il tarixdə 153 və 154 nömrəli reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 miras qalmış Hacıqabul rayonu Ələtli kəndində yerləşən ümumi sahəsi 7,1441 ha və 1,383 ha torpaq sahələri onun qızı X5 qəbul etmişdir. xx.xx.2020-ci il tarixli **********15 reyestr və ********* qeydiyyat nömrəli çıxarışa əsasən Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 7,1441 ha torpaq sahəsi X9 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2020-ci il tarixli **********15 reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 7,1441 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətində olmuşdur. 4-Ə 299 reyestr nömrəli notariat işindən müəyyyən edilir ki, Hacıqabul rayon notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixdə 4-Ə 299 reyestr nömrəsi ilə bağlanmış AN-1 ******* nömrəli alqısatqı müqaviləsinə əsasən satıcılar X5 və X2 rayonu Ələtli kəndində yerləşən 7,1441 ha torpaq sahəsinin ümumi birgə mülkiyyət üzrə özlərinə məxsus olan paylarından 4,3018 ha hissəsini alıcı İddiaçı satmışlar. Həmin torpaq sahəsindən 2,8423 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində qalmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, Cavabdeh hüquqları pozulmamışdır. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. xx.xx.2020-ci il tarixli **********78 reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,3018 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3519 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022 mütəxəsis rəyinə əsasən İddiaçı mülkiyyətində hüquqi sənəd üzrə 4,30 ha torpaq sahəsinin olduğu, faktiki naturada istifadə etdiyi torpaq sahəsinin 3,87 ha təşkil etdiyi və İddiaçı heç bir qonşu torpaq sahəsinə müdaxilə etmədiyi müəyyən edildi. Cavabdeh mülkiyyətində hüquqi sənəd üzrə 2,84 ha torpaq sahəsinnin olduğu, faktiki naturada istifadə etdiyi torpaq sahəsinin 3,12 ha təşkil etdiyi, həmçinin Cavabdeh qonşu İddiaçı mülkiyyətində olan 4,30 torpaq sahəsinin 0,43 ha hissəsinə müdaxilə etdiyi, eyni zamanda Cavabdehda mülkiyyətində olan 2,84 ha torpaq sahəsinin 0,15 ha hissəsinə digər qonşu tərəfindən müdaxilə edildiyi, 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahələrinin elektron baza məlumatlarına əsasən sənəd üzrə üst-üstə düşmə halının mövcud olmadığı, faktiki vəziyyətdə isə Cavabdeh qonşu İddiaçı mülkiyyətində olan 4,30 torpaq sahəsinin 0,43 ha hissəsinə müdaxilə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə sübutlra məcmu halda qiymət verərək hesab edir ki, ilki iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş üzrə ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4,3018 ha torpaq sahəsinin zəbt olunmuş 0,43 ha hissəsindən çıxarılsın və İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilik törədən bütün hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin Cavabdeh İddiaçı və cavabdeh X4 və üçüncü şəxs Hacıqabul rayon Notariat ofisinə qarşı “satıcılar X5 və X9 Hacıqabul rayonu Ələtli kəndində yerləşən 7,1441 ha torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə özlərinə məxsus olan paylarından 4,3018 ha hissəsinin alıcı İddiaçı satmasına dair Hacıqabul rayon notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli AN-1 ******* nömrəli 4-Ə/299 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-33/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-33/2022
25.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver