Məhkəmə qərarları › İş №2(071)-378/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-378/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-378/2023 17.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 4544,98 manat məbləğində vəsaitin, 65,45 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** BJ *** dövlət qeydiyyat nişanlı QAZ 330210 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PN *** dövlət qeydiyyat nişanlı BAİC X55 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı ** PN *** dövlət qeydiyyat nişanlı BAİC X55 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. 9** PN *** dövlət qeydiyyat nişanlı BAİC X55 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 9544,98 manat (doqquz min beş yüz qırx dörd manat, 98 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 9344,98 (doqquz min üç yüz qırx dörd manat, doxsan səkkiz qəpik) manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4800 (dörd min səkkiz yüz) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci ii tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 4544,98 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən ödənilmiş 4544,98 manat məbləğində vəsait cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 tərəfindən geri qaytarılmalıdır. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, o hadisə zamanı işə baxan müstəntiqlə danışıq aparan zaman müstəndiq ona bildirmişdir ki, təqsirli tərəf digər şəxsdir. Onun təqsiri yoxdur. O yazılmış 40 manat cəriməni ödəmişdir, lakin baş vermiş hadisədə onun təqsiri yoxdur. Avtomobil ona aid deyil, o avtomobili etibarnamə əsasında idarə etmişdir. İddia tələbi üzrə hansı qərarın qəbul ediləcəyini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, ** BJ *** dövlət qeydiyyat nişanlı QAZ 330210 markalı avtomobil ona məxsus olsa da, o, həmin avtomobili 2008-ci ildə etibarnamə ilə başqa bir şəxsə satmışdır. Cavabdeh1 adında bir şəxsi tanımır. Cavabdeh1 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranmış zərərə görə özü məsuliyyət daşımalıdır. Bu səbəbdən iddia tələbini qəbul etmir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini bildirmiş, məsafənin uzaq olması səbəbindən mülki iş üzrə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin edə bilməyəcəklərini, bu səbəbdən məhkəmə iclasının onların iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AB seriyalı, 222535 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ-330210” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. İş materiallarında olan nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə mülkiyyətçi Cavabdeh2 adından X4 “QAZ-330210” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu xx.xx.2022-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan MC-Mİ-0916/20 saylı avtonəqliyyat vasitələrinin (Kasko) Sığortası şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus “Baic” X55 markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus “Baic” X55 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır (MC-Mİ00916/20 sığorta şəhadətnaməsi). Həmçinin sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Baic” X55 markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9544,98 manat zərər dəymişdir. 9344,98 manat sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan AYP seriyalı, 046996 nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 13:50-də Bilgəh- Nardaran yolunda X2 idarə etdiyi "xxxx" MMC-yə məxsus “Baic” X55 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 idarə etdiyi QAZ 330210” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yöl nəqliyyat hadisəsi baş vermişdir, nəticədə “Baic” X55 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan invoysun surətindən görünür ki, "xxxx" MMC-yə məxsus “Baic” X55 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi kimi 9344,98 manat pul zərər çəkənə ödənilmişdir. İş materiallarında olan EBBS seriyalı, xx.xx.2022-ci il tarixli, 675310 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin ünvanına elektron qaydada 9.544,98 manat dəyərində olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə göndərilmişdir. İş materiallarında olan 25 fevral 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-yə məxsus “Baic” X55 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 9344,98 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Cavabdeh1 Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə verdiyi izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 13:50-də Bilgəh qəsəbəsində, Bilgəh- Nardaran yolunda idarə etdiyi avtomobili geriyə hərəkət zamanı manevr qaydasını pozmuş və arxada yola çıxmaq üçün dayanmış “Baic x55” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 13:50-də baş vermiş yolnəqliyyat hadisəsinə görə QAZ 330210 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3287/L nömrəli məktubda qeyd olunur ki, tərəfinizdən idarə olunan ** BJ *** dövlət qeydiyyat nişanlı QAZ 330210 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PN *** dövlət qeydiyyat nişanlı BAİC X55 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 9 344,98 (doqquz min üç yüz qırx dörd manat, doxsan səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə, ödənişi həyata keçirdikdən sonra həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edə bilər. Sizin mülki məsuliyyətiniz "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 4 800,00 (dörd min səkkiz yüz) manat məbləğin sığortaçınız tərəfindən ödənildiyini əsas tutaraq 4544.98 (dörd min bes vüz qırx dörd , manat doxsan səkkiz qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə saat 13:50-də Cavabdeh2 mülkiyyətində olan “QAZ 330210” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən digər cavabdeh Babayev X1 Elmir Elxan oğlunun idarə etdiyi "xxxx" MMC-yə məxsus “Baic” X55 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaq yol nəqliyyat hadisəsini törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsini törətdiyinə görə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Baic” X55 markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9544,98 manat zərər dəymişdir. Azad olma məbləği kimi 200 manat çıxıldıqdan sonra 9344,98 manat vəsait iddiaçı tərəfindən zərər çəkənə ödənilmişdir. Belə olan vəziyyətdə iddiaçının hadisənin baş verməsində təqsirli olan cavabdehə qarşı həmin məbləğdə subroqasiya hüququ yaranmışdır. Cavabdeh1 idarə etdiyi “QAZ 330210” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalı olduğundan zərərin 4800 manat hissəsi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi hadisənin baş verməsində təqsirli olan Cavabdeh1 aid hissədə təmin edilməli, Cavabdeh1 iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin qalan hissəsi, yəni 4544,98 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın digər Cavabdeh2 aid hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olundu ki, sığorta hadisəsinin baş verməsində istifadə olunan “QAZ 330210” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olsa da, həmin nəqliyyat vasitəsi sığorta hadisəsi baş verən zaman onun sahibliyində və istifadəsində olmamış, ümumiyyətlə cavabdeh avtomobilin digər Cavabdeh1 tərəfindən idarə edilməsindən məlumatı olmamışdır. Qeyd olunan nəqliyyat vasitəsi qanuni əsaslarla digər Cavabdeh1 sahibliyində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qeyd olunan qanunvericilik normalarının tələbinə görə nəqliyyat vasitəsi, mülkiyyətçisinin sahibliyində olmadığı halda, həmin nəqliyyat vasitəsi ilə törədilmiş zərərə görə mülkiyyətçi yalnız o halda məsuliyyət daşıya bilər ki, nəqliyyat vasitəsinin mülkiyyətçinin sahibliyindən qanunsuz çıxarılmasında onun hər hansı təqsiri olsun. Qalan hallarda, o cümlədən nəqliyyat vasitəsinə qanuni əsaslarla sahiblik edən hər hansı şəxs həmin nəqliyyat vasitəsi ilə zərər törədərsə, həmin zərərə görə özü mülki hüquqi məsuliyyət daşımalıdır. Belə olan halda məhkəmə hesab edir ki, “QAZ 330210” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi Cavabdeh2 sahibliyindən qanunsuz çıxmadığından, eləcə də həmin nəqliyyat vasitəsinə digər Cavabdeh1 qanuni əsaslarla sahiblik etdiyindən, sonuncunun nəqliyyat vasitəsi ilə vurduğu zərərə görə mülkiyyətçi kimi Cavabdeh2 məsuliyyət daşımır. Bu səbəbdən iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 65,45 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. İddia Cavabdeh1 aid hissədə təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65,45 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 4544,98 manat (dörd min beş yüz qırx dörd manat, doxsan səkkiz qəpik) pul və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 65,85 manat (altmış beş manat, səksən beş qəpik) pul alınaraq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar