Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-503/2023 26.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3, iddiaçı X2 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 Hacıqabul rayonunun Rəncbər kəndində qalmış miras əmlakı olan fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən onun payının pul şəklində 9000 (doqquz min) manat müəyyən edilib ona verilməsi, eləcə də 110 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Hacıqabul rayon Məhkəməsinin dəftərxana müdiri tərəfindən tərtib edilmiş arayışdan da görünür ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə iddiaçı X2 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi daxil olmuşdur. İddiaçı iddia ərizəsində 110 manat dövlət rüsumunun əlavə edilməsini göstərsə də, həmin rüsumunun ödənilməsinə dair sənəd ərizəyə əlavə edilməmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində 110 manat dövlət rüsumunun ödənilməsini göstərsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi faktiki olaraq əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı X4 qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X2 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(071)-503/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-503/2023
26.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver