Məhkəmə qərarları › İş №2(071)-578/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-578/2023

03.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-578/2023 03.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh1 və vəkili X2, müstəqil tələb irəli sürülməyən 3-cü şəxs qismində Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X3 miras qalmış Hacıqabul rayonunun Rəncbər kəndində qalmış miras əmlakı olan fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən onun payının pul şəklində, təxminən 9000 manat müəyyən edilib verilməsinə və ödədiyi 110 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2012-ci ildə Hacıqabul rayonunun Rəncbər kəndində yaşamış X5 ilə rəsmi nikaha girib ailə quraraq onun yaşadığı evə gəlin köçmüşdür. Ərə gedəndən bir il yarım sonra əri X5 ölmüşdür. Onların birgə yaşayışlarından uşaqları olmamışdır. Ağamuradın ondan əvvəl olmuş arvadından 1991-ci ildə doğulmuş Tural adlı oğlu və bir qızı olmuşdur. O ərə gedəndə qızı ərdə olmuş, lakin iki ay bundan əvvəl ərindən ayrılaraq ata evinə qayıtmışdır. Beləliklə mərhum əri öləndən sonra onun oğlu Tural ilə ikisi həmin evdə yaşamışlar. O həmin evdə 13 il yaşamaqla Turalın yemək içməyini hazırlamış, paltarların yuyub-qurutmaqla ona əsl analıq etmişdir. Tural böyüyəndən sonra orada atasına məxsus çayxananı işlətmiş, o isə əvvəlcə bir il oradakı quşçuluq fermasında quşlara baxan kimi işləmiş, daha sonra son 6 ildə “Fədək” restoranında xadimə kimi işləyərək qazancını evə gətirmişdir. Yaşadıqları ev və həyətyanı sahəsi məhrum ərinə məxsus olmuşdur. O ora köçəndə ev kərpicdən tikilərək könhə olmuş, lakin keçən ilin avqust ayından başlayaraq 4 ay ərzində 5-7 nəfər ustalar vasitəsi ilə evin əsaslı təmir işləri görülmüşdür. 2 otaq, bir zal, bir mətbəxi və bir açıq balkondan ibarət olan evin suvaq işlərindən başlayaraq döşəmə, tavan rənglənmiş, divar kağızları vurulmuş, qapı pəncərələri təzələndirilmiş, evdə və həyətdə hamam tikilmişdir. Qazancını cavabdeh alıb ev təmirinə sərf etsə də bircə o qaldığı otağı təmir etdirməmişdir. Qazancının ev təmirinə sərfindən savayı o ustaların yemək-içməklərini hazırlayıb, qablarını yumuşdur. Yəni, onun haqqı və zəhməti cavabdehlə bərabər olmuşdur. Evin təmiri işi qurtardıqdan sonra cavavdeh evləndi və onun evdən çıxmasını tələb edib. Mübahisəli evin çıxarış sənədinin olub-olmamasını deyə bilmir, bəlkə də kəndə başqa evlər kimi həmin evin də çıxarışı olsun ki, alınmamışdır. Mübahisəli ev təxminən 20 ha.həyətyanı sahə üzərindəki torpaqda tikilmişdir. Evin və həyətyanı torpağın ən az qiyməti hazırda 27-30 min manata olar. Odur ki, o miras əmlakdan pul şəklində 9000 manat vərəsə kimi pul tələb edir. Onu da bildirir ki, mübahisənin həlli üçün lazım olan bütün sənədləri əldə edib məhkəməyə təqdim etmək onun mövcud vəziyyətlə əlaqədar imkanı xaricindədir. Odur ki, qanunvericiliyə görə bu sənədlərin sorğu ilə əldə olunmasını məhkəmədən xahiş edir. Məhkəmənin hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi Vəkil məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Hacıqabul rayonu Rəncbər kəndində mərhum X3 miras qalmış 0,27 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 330,4 kv.m daşınmaz əmlak olan fərdi yaşayış evində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, xx.xx.2012-ci ildə X5 ilə rəsmi nikaha girib ailə həyatı qurmuş və ona məxsus fərdi yaşayış evinə köçmüşdür. Ərə gedəndən bir il yarım sonra əri X5 ölmüşdür. Onların birgə nikahından uşaqları olmamışdır. Mərhum ərinin isə əvvəlki arvasından bir qızı və bir oğlu olmuşdur. Qızı Firuzə evli olmuş, lakin sonradan boşanaraq atası evinə qayıtmışdır. Əri öldükdən sonra onun oğlu Turala bir ana kimi baxmış, onun bütün ehtiyaclarını qarşılamış, paltarlarını yumuş, yeməyini bişirmiş, bir sözlə ona əsl analıq etmişdir. Lakin, Tural özü ailə qurandan sonra ona olan münasibəti dəyişmiş və onu evdən çıxarmışdır. Hesab edir ki, mərhum ərindən miras qalmış 0,27 ha torpaq sahəsində və onun üzərində yerləşən fərdi yaşayış evində onun bir vərəsə kimi payı vardır. Odur ki, iddianın təmin edilərək, həmin əmlaklar üzərində onların payının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, hazırki mülki iş üzrə mübahisə predmeti Hacıqabul rayonu, Rəncbər kəndində yerləşən mərhum Ağamurad Abasovdan miras qalmış torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evidir. Qeyd edilən torpaq sahəsi mərhum Ağamurad Abasov və onun ailə üzvlərinə verilmişdir. Ağamurad Abasovun birinci arvadı vəfat etdikdən sonra o, İddiaçı ilə evlənmişdir. Ağamurad Abasov vəfat etdikdən sonra onun arvadı İddiaçı və mərhumun uşaqları həmin evdə yaşamışlar. İddiaçı bir vərəsə kimi mirası faktiki olaraq qəbul etmişdir. Bu səbəbdən onun da miras əmlakda payı vardır. Odur ki, iddianın təmin edilərək, mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində iddiaçının, cavabdehin və üçüncü şəxsin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmərək izahatında bildirdi ki, anası 2009-cu ildə vəfat etdikdən sonra atası Ağamurad Abasov 2012-ci ildə İddiaçı ilə evlənmişdir. Atası xx.xx.2013-cü ildə vəfat etdikdən sonra İddiaçı son dövrlərə qədər onlarla yaşamağa davam etmişdir. Hazırda yaşadıqları fərdi yaşayış evinin heç bir rəsmi sənədi yoxdur. Lakin, evin yerləşdiyi torpaq sahəsi onun, bacısının və mərhum atası və anasının mülkiyyətinə verilmişdir. O, torpaq sahəsində İddiaçı payının müəyyən edilməsinə etiraz etmir. Həmin evin torpaqla birlikdə dəyəri təxminən 10000 manat təşkil edir. O, iddiaçıya aybaay hissə-hissə ödəməklə 2000 manat ödəyə bilər ki, torpaq sahəsindən payından imtina etsin. Lakin, iddiaçı bununla razılaşmır. Odur ki, iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında müstəqil tələb irəli sürüməyən üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan JN-273A, KOD 91007018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X5 və onun ailə üzvləri – X6, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı nikahı xx.xx.2012-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 252 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 110615 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Hacıqabul rayonu, Rəncbər kəndində asfiksiya xəstəliyi səbəbindən ölmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X5 və onun ailə üzvləri – X6, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş, lakin fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. X6 2009-cu ildə ölmüş və onun ölümündən sonra əri və uşaqları mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Rəhimə Abasova öldükdən sonra X1 Narxanım Məmməd qızı (iddiaçı) ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından uşaqları olmamışdır. X5 xx.xx.2013-cü il tarixdə ölmüş və onun ölümündən sonra qanun üzrə birinci növbə vərəsələrindən uşaqları Tural və Firuzə, o cümlədən arvadı İddiaçı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşamış və ondan qalmış mirası faktiki olaraq qəbul etmişlər. Cavabdeh tərəf iddiaçının vərəsə kimi hüququnu tanımadıqlarına və aralarında mübahisə yarandığına görə, iddiaçı miras payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, İddiaçı mərhum Ağamurad Abasovun arvadı kimi onun birinci növbə vərəsəsi olduğundan, eləcə də iddiaçının miras açıldıqdan sonra mərhumdan miras qalmış torpaq sahəsinə faktiki sahiblik etməklə onu idarə etdiyi müəyyən edildiyindən, o, mərhum ərindən miras qalmış iddia tələbində göstərilən torpaq sahəsi üzərində payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi torpaq sahəsi üzərində payların müəyyən edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə, mübahisə predmeti olan 0,27 ha torpaq sahəsinin X5 ilə yanaşı onun ailə üzvlərinin (X6, Cavabdeh2 və Cavabdeh1) mülkiyyətinə verilməsini nəzərə alaraq hesab edir ki, onların hər birinin torpaq sahəsi üzərində ¼ hissədə payları olmuşdur. Rəhimə Abasova daha əvvəl öldüyündən onun əmlakdakı payı vərəsəlik qaydasında Ağamurad Abasov və uşaqları Tural və Firuzə tərəfindən qəbul edilmiş və beləliklə onların hər birinin əmlakdakı payları 4/12 olmuşdur. Ağamurad Abasov isə 2013-cü ildə öldükdən sonra onun torpaq sahəsi üzərindəki 4/12 hissə payı vərəsəlik qaydasında arvadı İddiaçı və uşaqları Tural və Firuzə tərəfindən qəbul edilmişdir. Bununla da İddiaçı torpaq sahəsi üzərində payının 4/36 olduğu, Cavabdeh1 və Cavabdeh2 isə hər birinin payının 16/36 olduğu müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənəd olmadığından və beləliklə həmin əmlak miras əmlak hesab edilmədiyindən, fərdi yaşayış evində payların müəyyən edilməsi hissəsində isə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarına əsasən X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsi (JN-273A, KOD 91007018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) üzərində İddiaçı 4/36 hissədə, Cavabdeh1 16/36 hissədə və Cavabdeh2 16/36 hissədə payları müəyyən edilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar