Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-604/2023 22.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Hacıqabul Rayon Polis şöbəsinə və X2 qarşı mənzilə istifadə və yaşayış hüququna xitam verilməklə mənzilin passport qeydiyyatından çıxarılma tələbi barədə iddia ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Hacıqabul Rayon Polis şöbəsinə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul şəhəri, Məhəmməd Füzuli küçəsində yerləşən və 03 noyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 51 saylı fərdi yaşayış evinə dair cavabdehin istifadə və yaşayış hüququna xitam verilməklə həmin ünvan üzrə passport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul şəhəri, Məhəmməd ünvan 2 fərdi yaşayış evini alqı-satqı yolu ilə alaraq həmin əmlak üzərində tam mülkiyyət hüququnu xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirdir. Hazırda onunla ailə üzvü olmayan, ancaq uzun müddətdir ki, başqa ünvanda yaşayan və başqa ünvanda mənzili olan cavabdeh mülkiyyətində olan mənzildə passport qeydiyyatındadır. Adı çəkilən şəxs mülkiyyətində olan mənzildə deyil, başqa ünvanda yaşayır. O evi alarkən cavabdehin həmin ünvanda passport qeydiyyatında olması barədə məlumatı olmamışdır. Bu barədə yalnız sonradan məlumatlı olmuşdur. Cavabdeh həmin ünvanda ümumiyyətlə yaşamamış, orada formal olaraq passport qeydiyyatındadır. Hal-hazırda onunla ailə üzvü olmayan, lakin uzun müddətdir ki, başqa ünvanda yaşayan və başqa ünvanda mənzili olan cavabdeh onun mülkiyyətində olan mənzildə passport qeydiyyatındadır. Əlavə olaraq bildirir ki, cavabdehin mülkyyətində olan mənzildə formal qeydiyyatda olması onun üçün müəyyən çətinliklər yaradırlar. Belə ki, mənzilin qeydiyyatında olduğuna görə həmin şəxsin adına mənzil-kommunal xərclərinin ödənilməsi ondan tələb olunur. Bu səbəbdən o uzun illərdir ki, artıq kommunal xərclər ödəmək məcburiyyətində olmuşdur. Həm də, hazırda adı çəkilən evi alqı-satqı yolu ilə satmaq istəyir, lakin cavabdeh evin qeydiyyatında olduğundan həmin alqı-satqıya onun razılığı tələb olunur. Bu günədək başqa daimi yaşayış ünvanı olan cavabdeh mənzilin passport qeydiyyatından çıxmır. Bu vəziyyət mülkiyyətçi olaraq onun hüquqlarını məhdudlaşdırır. Qeyd etdiyi əsas təsdiq edir ki, cavabdeh mübahisəli mənzilə dair yaşayış hüququndan istifadə etmək niyyətində deyildir. Əgər cavabdeh adı çəkilən mənzildə uzun müddətdir ki, yaşamırsa və həmin mənzildə ümumiyyətlə yaşaması real deyilsə, o halda onun həmin mənzilin qeydiyyatında qalması qanunsuzdur. Qeyd etdiyi səbəbdən ona məxsus olan mənzilin passport qeydiyyatından olmasını istəmədiyi, lakin hazırda qeydiyyatda olan cavabdehin passport qeydiyyatından çıxarılınası ilə bağlı Hacıqabul rayon PŞ-nə ərizə ilə müraciət etmişdir. Hacıqabul rayon PŞ-dən ona ünvanlanmış cavab məktubda adı çəkilən şəxsin qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının Qanunununda göstərilən əsaslar olmadığı və bu əsaslar olmadan onun qeydiyyatdan çıxarılmasının qanuna zidd olduğu göstərilməklə ərizənin mülki xarakterli olduğu üçün məhkəyəmə müraciət etməyi tövsiyə olunmuşdur. Hesab edir ki, cavabdehin qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının Qanunununda göstərilən əsaslar olsa da Hacıqabul Rayon Polis şöbəsi əsassız olaraq cavabdehin qeydiyyatdan çıxarılmasından imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddianın əsaslandığı hallardan da göründüyü kimi, Hacıqabul şəhəri, Məhəmməd ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İddia ərizəsində cavabdeh kimi göstərilmiş X4 isə həmin fərdi yaşayış evində formal olaraq passport qeydiyyatında olsa da həmin evdə yaşamır. İddia tələbində bir tərəfdən cavabdehin həmin evdə yaşamadığı və formal qeydiyyata alındığı qeyd edilsə də, digər tərəfdən onun fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələb edilmişdir. Mövcud olmayan istifadə hüququna xitam verilməsi isə qeyrimümkündür. Cavabdehin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması məqsədi ilə hazırki iddia tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı mövqeyə əsasən hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxarılması tələbi ilə ilkin olaraq Hacıqabul Rayon Polis Şöbəsinə müraciət etməsi, onun müraciətindən imtina edildikdə isə həmin orqana qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114, 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Hacıqabul Rayon Polis şöbəsi və X2 qarşı mənzilə istifadə və yaşayış hüququna xitam verilməklə mənzilin passport qeydiyyatından çıxarılma tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli 6174 nömrəli (GPP qəbz nömrəsi: **********) mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(071)-604/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-604/2023
22.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver