Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-615/2022 27.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1.136 manat pulun və ödənilmiş 31,76 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı MMC-nin direktoru R.A.İsmayılov xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli MAS-535 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA541839 ban nömrəli, qara rəngli avtomobil 16.000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 48 ayhq müddətə hər ay sabit məbləğ olmaqla 421,34 manat, ümumilikdə isə 20.224 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 20.224 manatın 16.000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 23 fevral 2021 -ci il tarixli 2(071 )-61/2021 saylı qətnaməsi ilə (hakim H.Əzizov) İddiaçı MMC-nin iddası təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh ümumilikdə 1.774.58 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Daewoo Gentra” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh AR X1 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Azərbaycan Respublikası X1 tərəfindən sürücü Cavabdeh yazılmış EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ 763366 saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; 1 l.EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ 951875 saylı protokola görə 64 manat; EQ 930342 saylı protokola görə 64 manat; EQ 847093 saylı protokola görə 64 manat və EQ 347652 saylı protokola görə 96 manat məbləğində cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1.136 manat məbləğində ödəniş edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli MAS-535 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə “Daewoo Gentra” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, XWB5V319VEA541839 ban, qara rəngli avtomobil 16000 manat İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə №3) əsasən Cavabdeh illik 12 faiz hesablanmaqla, 48 ay müddətinə, hər ay 421,34 manat olmaqla, ümumilikdə 20.224 manat pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 20.224 manat pulun 16.000 manat olan hissəsini əsas məbləğ təşkil edir. Hacıqabul Rayon Məhkəməsinin 23 fevral 2021 -ci il tarixli 2(071 )-61/2021 saylı qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli MAS-535 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh 1.045,27 manat gecikdirilmiş əsas, 220,57 manat gecikdirilmiş mükafat, və 508,74 manat dəbbə pulu olmaqla ümumilikdə 1.774,58 manat borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Elektron portaldan çıxarışlardan müəyyən edilir ki, Azərbaycan Respublikası X1 tərəfindən sürücü Cavabdeh EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ 763366 saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; 1 l.EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ 951875 saylı protokola görə 64 manat; EQ 930342 saylı protokola görə 64 manat; EQ 847093 saylı protokola görə 64 manat və EQ 347652 saylı protokola görə 96 manat olmaqla, ümumilikdə 1.136 manat cərimə yazılmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından müəyyən edilir ki, Azərbaycan Respublikası X1 tərəfindən sürücü Cavabdeh yazılmış EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ 763366 saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 80 manat; 1 l.EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ 951875 saylı protokola görə 64 manat; EQ 930342 saylı protokola görə 64 manat; EQ 847093 saylı protokola görə 64 manat və EQ 347652 saylı protokola görə 96 manat olmaqla, cəmi 1.136 manat məbləğində cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1.136 manat pul və 31,76 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş cərimələrə görə 1.136 manat pul və ödənilmiş 31,76 manat dövlət rüsumu olmaqla, 1.167,76 (min yüz altmış yeddi manat yetmiş altı qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-615/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-615/2022
27.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver