Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-707/2022 06.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, İddiaçının iştirakı ilə, İddiaçının cavabdeh X2 qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X1 onun xeyrinə 1.012 manat əldən çıxmış fayda və 1.012 manat dəymiş ziyan olmaqla. Cəmi 2.024 pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul rayon X5 08 sentyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 7.47 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X11 və ailə üzvləri X13, X12, X6, X7, İddiaçı İsrəfıl oğluna verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə 09-30 radələrində İddiaçı İsrəfıl oğlunun Hacıqabul rayonu Meyniman kəndinin kənarında yerləşən buğda sahəsini biçərək bir hissəsinin aparmış və bir qisminin yararsız hala salaraq İddiaçı maddi ziyan vurmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(071)-262/2021 saylı qərarı Hacıqabul rayonu Meyniman kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Cavabdeh dəfələrlə belə qanunsuz əməllər etmiş, iddiaçıya məxsus əkin sahəsindən qanunsuz olaraq buğdanı biçmişdir və belə olan halda səbr kasası dolduğundan məcbur olub sahə müvəkkilinə və X20 Mərkəzinə müraciət etmişdir. X20 Mərkəzinin məsul əməkdaşı tərəfindən Cavabdeh qanunsuz hərəkəti ilə bağlı xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul rayon Polis Şöbəsinin müraciətinə əsasən Meyniman kənd Ərazisində 0.98 ha buğda əkini sahəsinə dəymiş ziyanın hesablanması ilə bağlı X20 Mərkəzinin baş məsləhətçisi tərəfindən tərtib olunmuş mütəxəssis rəyindən görünür ki, şərti hesablama ilə 0.98 ha taxılın(buğda) əkilib becərilməsindənil ərzində ehtimal olunan gəlirin məbləği 1.012 (bir min on iki) manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh 2021-ci il tarixdən başlayaraq İddiaçı İsrəfıl oğluna nəticə etibarı ilə birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan vurmuşdur. Belə olan halda cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində 1.012 (bir min on iki) manat, iddiaçıya dəymiş zərər qismində 1.012 (bir min on iki) manat, cəmi 2.024 (iki min iyirmi dörd) manat həcmdə maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, JN-226, KOD 91004018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından müəyyən edilir ki, Hacıqabul rayon X5 08 sentyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə Hacıqabul rayon Meyniman kəndində yerləşən 7.47 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X9 və ailə üzvləri X14, X10, X3, X4, İddiaçı İsrəfıl oğlunun xüsusi mülkiyyətinə verilmişdir. Hacıqabul rayon PŞ-nin müraciətinə əsasən Hacıqabul rayon Meyniman kəndində yerləşən 0,98 ha torpaq sahəsinə dəymiş ziyan barədə mütəxəsis rəyindən müəyyən edilir ki, Əliyev X8 rayon Meyniman kəndində yerləşən 0,98 ha torpaq sahəsinin şumlanması üçün 40 manat, əkinə hazırlanması üçün 30 manat, toxuma 100 manat, səpinə 20 manat, sahənin suvarılmasına 40 manat, yemləmə gübrəsinə 32 manat pul ödəmiş, həmin torpaq sahəsindən 750 manat götürə biləcəyi halda gəlir əldə etməmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(071)-262/2021 saylı qərarı Hacıqabul rayonu Meyniman kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, X1 aldığı 120 ekranlı interneti olan plazma televizorun dəyərindən ödənilməmiş qalan 850 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 880 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 1.012 manat əldən çıxmış fayda və 1.012 manat dəymiş ziyan olmaqla, cəmi 2.024 pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(071)-707/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-707/2022
06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver