Məhkəmə qərarları › İş №2(071)-899/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-899/2023

24.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-899/2023 24.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Hacıqabul şəhəri Məhəmməd Füzuli küçəsi ev 51-də yerləşən fərdi yaşayış evindən cavabdehin istifadə və yaşayış hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul şəhəri, Məhəmməd Füzuli küçəsində yerləşən 51 saylı fərdi yaşayış evini alqı-satqı yolu ilə alaraq həmin əmlak üzərində tam mülkiyyət hüququnu xx.xx.2015-cı il tarixli,********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirmişdir. Hazırda onunla ailə üzvü olmayan, uzun müddətdir ki, başqa ünvanda mənzili olan Cavabdeh2 mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadır. Adı çəkilən şəxs mülkiyyətində olan mənzildə deyil, başqa ünvanda yaşayır. O evi alana kimi cavabdeh həmin ünvanda pasport qeydiyyatında olmaqla yaşamış, lakin sonradan o evi aldıqdan sonra o, başqa ünvana köçmüşdür. Bu barədə sonradan məlumatı olmuşdur. Əlavə olaraq bildirir ki, cavabdehin mülkyyətində olan mənzildə formal qeydiyyatda olması onun üçün müəyyən çətinliklər yaradır. Belə ki, mənzilin qeydiyyatında olduğuna görə həmin şəxsin adına mənzil-kommunal xərclərinin ödənilməsi ondan tələb olunur. Bu səbəbdən o uzun illərdir ki, artıq kommunal xərclər ödəmək məcburiyyətində olmuşdur. Cavabdehin pasport qeydiyyatından çıxarılması ilə bağlı Hacıqabul rayon PŞ-nə ərizə ilə müraciət etmişdir. Hacıqabul rayon PŞ-dən ona ünvanlanmış cavab məktubunda adı çəkilən şəxsin qeydiyyatdan çıxarılması üçün Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunununda göstərilən əsaslar olmadığı və bu əsaslar olmadan onun qeydiyyatdan çıxarılmasının qanuna zidd olduğu göstərilməklə ərizənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 onun atasıdır. Atası hazırda Rusiya Federasiyasında daimi olaraq yaşayır. Məhkəmədə iştirak edə bilmir. Atası iddianın təmin edilməsinə etiraz etmir. İddia tələbini etiraf etdiklərindən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Həşimov X4 şəhər, Məhəmməd ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 127,5 kv/m olan və 0,06 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan qeydiyyat tarixi xx.xx.2015-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********86-10301 olan RX ******* seriya nömrəli çıxarışa əsasən Hacıqabul şəhəri Məhəmməd ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 127,5 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Hacıqabul şəhəri Məhəmməd ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh isə fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olmuşdur, Cavabdeh iradəsini ifadə edib fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və fərdi yaşayış evini tərk etmişdir. Həmçinin cavabdeh alqı-satqı müqaviləsində evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan evdən köçsə də, evdə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirməsinə mane olur. Cavabdehin iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxsin fərdi yaşayış evində qeydiyyatda qalması iddiaçıya mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün isə onun həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə (yaşayış) hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 Hacıqabul şəhəri, Məhəmməd ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə (yaşayış) hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar