Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-943/2022 12.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı Alim qızının iştirakı ilə, İddiaçı Alim qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Alim qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 onun xüsusi mülkiyyətində olan Hacıqabul şəhəri Babək küçəsi 4 nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Alim qızı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Hacıqabul şəhəri Babək küçəsi 4 nömrəli evin 3 nömrəli mənzilini xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçisi Cavabdeh1 4.800 manata satın almışdır. Cavabdeh1 ailə üzvləri Cavabdeh2, X3 və Cavabdeh3 mənzilin satılmasına yazılı razılıqlarını vermişlər. xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mənzil onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdehlər mənzili ona təhvil verərək köçüb getsələr də, qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. O, cavabdehlərin qeydiyyatdan çıxarılması ilə əlaqədar Hacıqabul RPŞ-yə müraciət etsə də, ona aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı Alim qızının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları, iddiaçının izahatı və Hacıqabul rayon Notariat Kontorunun 4Ə-1 nömrəli notariat işinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Hacıqabul şəhəri Babək küçəsi 4 nömrəli evin 3 nömrəli mənzilini 4.800 manata İddiaçı Alim qızına satmışdır. Cavabdeh1 ailə üzvləri Cavabdeh2, X3 və Cavabdeh3 mənzilin satılmasına dair notarial qaydada təsdiq olunmuş yazılı ərizələr vermişlər. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********0-05101-093019 olan çıxarışdan müəyyən edilir ki, Hacıqabul şəhəri Babək küçəsi 4 nömrəli evin 3 nömrəli mənzili İddiaçı Alim qızının xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 İddiaçı Alim qızının mülkiyyətində olan Hacıqabul şəhəri Babək küçəsi 4 nömrəli evin 3 nömrəli mənzilində qeydiyyatdadırlar. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilinə dair mülkiyyət hüququ hazırda iddiaçıya keçdiyinə, cavabdehlərin qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını pozduğuna görə, cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 İddiaçı Alim qızının mülkiyyətində olan Hacıqabul şəhəri Babək küçəsi 4 nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 İddiaçı Alim qızının xüsusi mülkiyyətindəki Hacıqabul şəhəri Babək küçəsi 4 nömrəli evin 3 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-943/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-943/2022
12.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver