Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(072)-415/2023 16.06.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi (vəkil): Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh X5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq, təhvil verilməsi” tələbinə dair iddia ərizəsi əsasında 2(007)-966/2023 saylı mülki işin iddiaçı X3 cavabdehlər X6 və X7 qarşı “alqı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi əsasında 2(072)- 211/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər X6 və X7 qarşı “alqı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı X9 cavabdeh X5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq, təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-966/2023 saylı, 03 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh X5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq, təhvil verilməsi” tələbinə dair iddia ərizəsi əsasında 2(007)-966/2023 saylı mülki iş Cəbrayıl Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdehlər X6 və X7 qarşı “alqı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi əsasında 2(072)-211/2023 saylı mülki işlə bir icraatda birləşdirilərək, baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-211/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçı X3 cavabdehlər X6 və X7 qarşı “alqı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi (vəkil) Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyətinə dair məsələyə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 nümayəndəsi (vəkil) Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 ərizə ilə məhkəməyə müraciət edərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-211/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçı X3 cavabdehlər X6 və X7 qarşı “alqı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığı üçün iddiaçı X2 cavabdeh X5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq, təhvil verilməsi” tələbinə dair iddia ərizəsi əsasında mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq hesab edir ki, iddiaçı X2 cavabdeh X5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq, təhvil verilməsi” tələbinə dair 2(072)-415/2023 saylı mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə (4-cü fəsil) müəyyən olunur. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Çerniçkin Rusiyaya qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (Ədalətli məhkəmə araşdırması hüququ) tələblərini pozur. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-211/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərardadından qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət verilmədiyi, eləcə də iddiaçı tərəf işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün iddiaçı X3 cavabdehlər X6 və X7 qarşı “alqı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş artıq məhkəmənin icraatında olmayan iş kimi (icraatdan çıxarılmış iş) qiymətləndirilməlidir. Bu səbəbdən də, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən başqa bir mülki işin (hətta biri-biri ilə əlaqədar olsa belə...) artıq məhkəmənin icraatında olmayan hər hansı bir mülki işə birləşdirilərək, mahiyyəti üzrə baxılması obyektiv cəhətdən mümkün olmadığı üçün iddiaçı X2 cavabdeh X5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq, təhvil verilməsi” tələbinə dair 2(072)-415/2023 saylı mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X2 cavabdeh X5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq, təhvil verilməsi” tələbinə dair 2(072)- 415/2023 saylı mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-415/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №2(072)-415/2023
16.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver