Məhkəmə qərarları › İş №2(072)-58/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №2(072)-58/2025

10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(072)-58/2025 10.01.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan ********** saylı, 04 oktyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən Cəbrayıl Rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə 43 (qırx üç) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə iş materiallarını, eləcə də iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi İddiaçı1 ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçı tərəfin vəsatəti ilə iddia ərizəsi geri qaytarılmalıdır. Bundan başqa, ərizə geri qaytarıldığı üçün ödənilmiş 43 (qırx üç) AZN məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 170.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi əsasına mülki iş üzrə ödənilmiş 43 (qırx üç) AZN məbləğində dövlət rüsumu Azərbaycan Respublikası dövlət büdcəsi hesabından İddiaçı1 geri qaytarılsın. (Azərbaycan Respublikası Mərkəzi X1, Məhkəmələr-Cəlilabad Rayon Məhkəməsi, Mədaxil Qəbzi №: **********, xx.xx.2024/04:28:53, Ödəyici qeydiyyat kodu: xxxxxxx, Xidmət istifadəçisi: İddiaçı1, Ödənişi qəbul edən təşkilat: Azərbaycan Beynəlxalq Bankı ASC, VÖEN: **********, Ödənilən məbləğ: 43 AZN, Ödənişin təyinatı: Əvvəlcədən ödəmə, Büdcə təsnifatı kodu: 142211, Xidmət kodu: 14221103, Büdcə səviyyəsi kodu: 1, Xəzinə hesabı: AZ57CTRE********************, Hesablaşma forması: Kart, Transaksiya nömrəsi: İB**********/ xx.xx.2024, 04:28:53, Ödəyici: İddiaçı1.) Qərardaddan 10 gün müddətinə Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar