Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-638/2024 05.11.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “akt əsasında qanunsuz hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “akt əsasında qanunsuz hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X2 İdarəsinin “məişət abonenti”dir. Onlar istifadə etdiyi təbii qazın pulunu vaxtında ödəyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X2 İdarəsinin sahə nəzarətçisi ona bildiriş təqdim edən zaman təbii qazdan istifadəyə görə debitor borcun olduğunu bildirmişdir. Lakin o, hər ay istifadə etdiyi təbii qazın pulunu ödədiyinə görə İdarənin əməkdaşından hansı əsasla borcunun olduğunu soruşmuşdur. Məlum olmuşdur ki, İdarə tərəfindən ******* saylı, 06 may 2024-cü il tarixli “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akta əsasən guya fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən həmin akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı 4320 m3 və dəyəri 518.40 (beş yüz on səkkiz, qırx) AZN məbləğində hesablanmışdır. Eyni zamanda, bildirir ki, qaz sayğacı onun yaşadığı evin həyətində deyil, hasardan çöl tərəfdə quraşdırılmışdır. Bu səbəbdən də, onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilənin edilməsi heç bir məntiqə sığmır. Ümumiyyətlə, hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X2 İdarəsinin əməkdaşları tərəfindən akt qanunvericiliyin tələblərinə əməl edilmədən düzgün tərtib edilməmişdir. O, məişət abonenti kimi vaxtaşırı sərf etdiyi təbii qazın haqqını ödəyir. Cavabdeh Salyan X2 İdarəsi tərəfindən ondan akt əsasında hesablanmış itirilmiş təbii qazın məbləği, yəni dəymiş maddi zərərin ödənilməsi və öz vəsaiti hesabına yeni sayğacın quraşdırılması tələb edilir. Lakin o və onun ailə üzvləri heç bir qanun pozuntusuna yol verməmiş, qaz sayğacına heç bir müdaxilə etməmiş və aylıq qaz sayğacının göstərdiyi miqdarda təbii qaz haqqını ödəmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X2 İdarəsinin ona qarşı əsassız tələbi və İdarənin əməkdaşlarının ona qarşı qərəzli mövqeyi onun bir istehlakçı kimi hüquqlarını kobud şəkildə pozur. Heç bir əsas olmadan haqsız yerə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X2 İdarəsi tərəfindən yüksək məbləğdə borc yazılması bir insan kimi ona çox ağır təsir edir. Bu səbəbdən də, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “akt əsasında qanunsuz hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ******* saylı, 06 may 2024-cü il tarixli “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qanunsuz hesablanmış 518.40 (beş yüz on səkkiz, qırx) AZN məbləğində debitor borcun silinməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəbini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan ******* saylı, 06 may 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndələri tərəfindən ünvan 1 ünvanda yaşayan İddiaçı yaşadığı yaşayış evindən çıxarılmış qaz sayğacına “Azərbaycan Metrologiya İnstitutu” X3 “Kommunal Laboratoriyalar”nın qaz sayğaclarının yoxlanılması barədə 0480 saylı 06 may 2024-cü il tarixli aktına əsasən qaz sayğacının çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X2 İdarəsinin 20 may 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış sayğacda itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin cəmi 4320 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas ******* saylı, 06 may 2024-cü il tarixli akt olmuşdur. İş materiallarında olan “abonentin saldosu”ndan görünür ki, **********00173 №-li məişət abonenti İddiaçı ******* saylı, 06 may 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktına əsasən itirilmiş qazın 4320 m3 miqdarına 518.40 (beş yüz on səkkiz, qırx) AZN məbləğində debitor borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı qaz sayğacı ilə təchiz edilmiş fiziki şəxs olan istehlakçıdır və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X2 İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanda yaşayış evinə texniki baxış keçirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş İddiaçı yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi kimi hal mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 80 saylı, 12 may 2011-ci il tarixli qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi” barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 8 saylı, 30 iyun 2021-ci il tarixli qərarının 3-cü bəndinə əsasən bu Qərarın cədvəl bölməsinin 6.1.1-ci, 6.1.2-ci və 6.1.3-cü sətirlərində illik istehlak həcmi təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmidir. Həmin Qərarın 4-cü bəndinə əsasən bu Qərarda əhali istehlakçı qrupuna təbii qazı şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri aiddir. Həmin Qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin. Həmin Qərarın 6-cı bəndinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək istehlak olunmuş təbii qazın dəyəri bu qərardan əvvəl qüvvədə olmuş illik istehlak həcmləri və tariflərlə hesablansın. Həmin Qərarın 7-ci bəndinə əsasən bu Qərar 2021-ci il 1 iyul tarixindən qüvvəyə minir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X2 İdarəsinin əməkdaşları tərəfindən ******* saylı, 06 may 2024-cü il tarixli “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında məhz məişət abonenti İddiaçı və ya onun ailə üzvləri tərəfindən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə etməsi və ya təbii qazdan istifadə göstərişini azaltmaq məqsədilə hər hansı pozuntuya yol verməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.7-ci maddəsinə əsasən ödəməyə xitam verilməsi haqqındakı iddialarda iddianın qiyməti qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, ödəməyə xitam verilməsi barədə iddialarda iddianın qiyməti qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq meyarı üzrə 30 (otuz) manat məbləğində müəyyən edilməli (...iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir...) və iddiaçı məcburi köçkün olduğuna, eləcə də istehlakçıların hüquqlarının pozulması tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu iddia təmin edildiyi üçün dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə aid edilməli və cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı (fiziki şəxs olan istehlakçı) İddiaçı yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək Cavabdeh vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçı barəsində akt tərtib edib, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən vurulmuş maddi zərərə görə ona qarşı əsassız tələb irəli sürdüyü; 2. Məhz iddiaçı (fiziki şəxs olan istehlakçı) İddiaçı və ya onun ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə etməsi və ya təbii qazdan istifadə göstərişini azaltmaq məqsədilə hər hansı pozuntuya yol verməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi təmin edilməlidir. Bu səbəbdən də, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X2 İdarəsinin əməkdaşları tərəfindən akt əsasında qanunsuz hesablanmış 518.40 (beş yüz on səkkiz, qırx) AZN məbləğində debitor borc silinməlidir. Bundan başqa, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Salyan X2 İdarəsinin əməkdaşları tərəfindən ******* saylı, 06 may 2024-cü il tarixli “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qanunsuz hesablanmış 518.40 (beş yüz on səkkiz, qırx) AZN məbləğində debitor borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-638/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-638/2024
05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver