Məhkəmə qərarları › İş №2(072)-654/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №2(072)-654/2023

24.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(072)-654/2023 24.11.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehna qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehna qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı Avropa İnsan Hüquqları Məhkəməsinin Katibliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun (Məhkəmənin internet səhifəsində yerləşdirilən Məhkəməyə ərizənin göndərilməsinə dair Praktiki Təlimata və Ərizə formasının doldurulmasına dair Təlimata nəzər yetirin) Cavabdehna qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizə ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün 1. Şikayətçi Konvensiyaya qoşulan dövlətlərin vətəndaşı olmaya bilər, lakin şikayətə səbəb olan qanun pozuntusu həmin dövlətlərdən birinin “yurisdiksiyası” çərçivəsində, yəni onun ərazisi daxilində baş verməlidir. 2. Məhkəmə istənilən fiziki və ya hüquqi şəxsdən-şirkət və ya assosiasiyalardan şikayətlər qəbul edə bilər. 3. Şikayət edilən hərəkət və ya hərəkətsizlik həmin dövlətin/dövlətlərin səlahiyyətli orqanları (məsələn, məhkəmə və ya inzibati orqanlar) tərəfindən törədilməlidir. 4. Məhkəmə fərdi şəxslərə və ya özəl təsisatlara, məsələn ticarət şirkətlərinə qarşı qaldırılan şikayətlərə baxa bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 34-cü maddəsinə əsasən məhkəmə istənilən fiziki şəxsdən, qeyrihökumət təşkilatından və ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiya və ya onun protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdəsinə götürürlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, İddiaçı Cavabdehna qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehna qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar