Məhkəmə qərarları › İş №2(072)-699/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №2(072)-699/2025

17.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(072)-699/2025 17.10.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, Üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi: X2, Üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyi Cəbrayıl X7 Mərkəzinin nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Cavabdeh mübahisə predmeti olan həmin torpaq sahəsindən çıxdığını bildirmiş və iddia tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh mübahisə predmeti olan həmin torpaq sahəsindən çıxdığını bildirmiş və iddia tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iddia tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyi Cəbrayıl X7 Mərkəzinin nümayəndəsi X3 iddia tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin fikrini dinləyib, iş materiallarını tam və obyektiv araşdıraraq hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında yaranmış mübahisə məhkəmədən kənar öz həllini tapmışdır. Bu səbəbdən də, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsinin nəticələri tərəflərə izah edilmişdir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, o cümlədən İddiaçı qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən yeni əsaslar yarandıqda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edərək, aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə icraata xitam verilsin. İddiaçı qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən yeni əsaslar yarandıqda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edərək, aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar