Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-88/2024 28.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (probasiya üzrə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu): X3, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (probasiya üzrə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu) X4 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh Heydərov X1 Rayon Məhkəməsinin 1(022)-117/2021 saylı, 24 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin müvafiq hökmü ilə cəzaçəkmə müddəti ərzində Cavabdeh üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar və Cəbrayıl rayonlarının inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. ünvan 2li hökmünün icrası barədə göstəriş İddiaçınə daxil olmuş, hökmün icraata qəbul olunması barədə bildiriş Cavabdeh göndərilmiş və o, Şöbədə qeydiyyata alınmışdır. Bundan başqa, 16 fevral 2022-ci il tarixdə (məhkum) Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Belə ki, 16 fevral 2022-ci il tarixli protokol üzrə 1 (bir) ədəd “Attenti” markalı, 35628566 nömrəli mobil nəzarət qurğusu və 1 ( bir) ədəd CE06751 saylı elektron qolbaq Cavabdeh tətbiq edilməklə, mobil qurğunun qutusu və adapteri təhvil verilmişdir. Bununla yanaşı, Cavabdeh bir neçə dəfə elektron nəzarət vasitəsinin istifadə qayaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddət ərzində maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Beləliklə, 17 oktyabr 2022-ci il tarixdə Cavabdeh tətbiq edilmiş 1 (bir) ədəd “Attenti” markalı, 35628566 nömrəli elektron nəzarət vasitəsi və 1 (bir) ədəd CE06751 saylı qolbaq, 1 (bir) ədəd mobil nəzarət qurğusunun qutusu və 1 (bir) ədəd mobil nəzarət qurğusunun adapteri elektron nəzarət qurğusu işləmədiyi üçün təhvil götürülmüş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Monitorinq Mərkəzinə təhvil verilmişdir. 14 noyabr 2022-ci il tarixdə həmin elektron nəzarət vasitəsi "xxxx" QSC-nin mütəxəssisi tərəfindən müayinə edilmiş və müəyyən edilmişdir ki, elektron nəzarət vasitəsi zədələnərək yararsız vəziyyətə düşmüş və bu barədə texniki rəy tərtib edilmişdir. Belə ki, “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” 14 noyabr 2022-ci il tarixli texniki rəyə (mütəxəssis rəyi) əsasən 1 (bir) ədəd “Attenti V6” markalı, 35628566 nömrəli elektron nəzarət vasitəsinin ana platasında radioelektron antenanın pini zədələnmiş, təkrar qaynağı mümkün deyildir və istifadəyə tam yararsızdır. Bundan başqa, "xxxx" QSC-nin qiymətləndirmə aktına əsasən 1 (bir) ədəd “sadə elektron qolbaq”, “mobil nəzarət qurğusu – x1”, “elektrik adapteri – x1” və “proqram lisenziyası – x1” olmaqla dəymiş maddi zərərin məbləği 1930 (min doqquz yüz otuz) AZN məbləği, ƏDV 347.40 (üç yüz qərx yeddi, qırx) AZN məbləği və ümumilikdə 2277.40 (iki min iki yüz yetmiş yeddi, qırx) AZN məbləği təşkil edir. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2277.40 (iki min iki yüz yetmiş yeddi, qırx) AZN məbləğində pulun tutularaq, İddiaçı xeyrinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına) ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. ünvan 2li hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin müvafiq hökmü ilə cəzaçəkmə müddəti ərzində onun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar və Cəbrayıl rayonlarının inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. ünvan 2li hökmünün icrası barədə göstəriş İddiaçınə daxil olmuş, hökmün icraata qəbul olunması barədə bildiriş ona göndərilmiş və o, Şöbədə qeydiyyata alınmışdır. Bundan başqa, İddiaçı probasiya üzrə böyük icra məmuru, İ dərəcəli hüquqşünas X4 tərəfindən 16 fevral 2022-ci il tarixdə ona məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. 16 fevral 2022-ci il tarixli protokol üzrə ona işlək vəziyyətdə olan 1 (bir) ədəd “Attenti” markalı, 35628566 nömrəli mobil nəzarət qurğusu və 1 ( bir) ədəd CE06751 saylı elektron qolbaq tətbiq edilməklə, mobil qurğunun adapterini təhvil almışdır. Bununla yanaşı, İddiaçı probasiya üzrə böyük icra məmuru, İ dərəcəli hüquqşünas X4 tərəfindən ona bir neçə dəfə elektron nəzarət vasitəsinin istifadə qayaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddət ərzində maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Beləliklə, 17 oktyabr 2022-ci il tarixdə ona tətbiq edilmiş 1 (bir) ədəd “Attenti” markalı, 35628566 nömrəli elektron nəzarət vasitəsi və 1 (bir) ədəd CE06751 saylı qolbaq, 1 (bir) ədəd mobil nəzarət qurğusunun qutusu və 1 (bir) ədəd mobil nəzarət qurğusunun adapteri elektron nəzarət qurğusu işləmədiyi üçün təhvil götürülmüş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Monitorinq Mərkəzinə təhvil verilmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin elektron nəzarət vasitəsi mütəxəssis tərəfindən müayinə edilmiş və elektron nəzarət vasitəsi zədələnərək yararsız vəziyyətə düşmüşdür. Hesab edir ki, o, həmin elektron nəzarət qurğusunu üzərində gəzdirdiyi və istifadə etdiyi müddət ərzində qəsdən zədələməmişdir və ola bilsin ki, ehtiyatsızlıqdan zədələmişdir. Hal-hazırda onun İddiaçınə dəymiş maddi zərərin əvəzini birdəfəlik ödəməyə maddi cəhətdən imkanı yoxdur. Maddi imkanı olacağı təqdirdə, dəymiş maddi zərərin əvəzini hissə-hissə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ünvan 2li hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin müvafiq hökmü ilə cəzaçəkmə müddəti ərzində Cavabdeh üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar və Cəbrayıl rayonlarının inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İş materiallarında olan icra işindən görünür ki, ünvan 2li hökmünün icrası barədə göstəriş İddiaçınə daxil olmuş, hökmün icraata qəbul olunması barədə bildiriş Cavabdeh göndərilmiş və o, Şöbədə qeydiyyata alınmışdır. Bundan başqa, İddiaçı probasiya üzrə böyük icra məmuru, İ dərəcəli hüquqşünas X4 tərəfindən 16 fevral 2022-ci il tarixdə (məhkum) Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. 16 fevral 2022-ci il tarixli protokol üzrə 1 (bir) ədəd “Attenti” markalı, 35628566 nömrəli mobil nəzarət qurğusu və 1 ( bir) ədəd CE06751 saylı elektron qolbaq Cavabdeh tətbiq edilməklə, mobil qurğunun adapteri təhvil verilmişdir. Bundan başqa, İddiaçı probasiya üzrə böyük icra məmuru, İ dərəcəli hüquqşünas X4 tərəfindən Cavabdeh bir neçə dəfə elektron nəzarət vasitəsinin istifadə qayaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddət ərzində maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Bundan başqa, İddiaçı probasiya üzrə böyük icra məmuru, İ dərəcəli hüquqşünas X4 tərəfindən 17 oktyabr 2022-ci il tarixdə Cavabdeh tətbiq edilmiş 1 (bir) ədəd “Attenti” markalı, 35628566 nömrəli elektron nəzarət vasitəsi və 1 (bir) ədəd CE06751 saylı qolbaq, 1 (bir) ədəd mobil nəzarət qurğusunun qutusu və 1 (bir) ədəd mobil nəzarət qurğusunun adapteri elektron nəzarət qurğusu işləmədiyi üçün təhvil götürülmüş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Monitorinq Mərkəzinə təhvil verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş "xxxx" QSC-nin ED 000091 saylı 14 noyabr 2022-ci il tarixli “Elektron nəzarət vasitələrinin vəziyyəti haqqında” texniki rəyin (mütəxəssis rəyi) surətindən görünür ki, 1 (bir) ədəd “Attenti V6” markalı, 35628566 nömrəli elektron nəzarət vasitəsinin ana platasında radioelektron antenanın pini zədələnmiş, təkrar qaynağı mümkün deyildir və istifadəyə tam yararsızdır. İş materiallarında olan "xxxx" QSC-nin direktoru X2 ED-M 96-21 saylı, 29 iyul 2021-ci il tarixli məlumat cədvəlinin surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitələrinin tətbiq edilmiş məhkumlar tərəfindən həmin elektron avadanlıqların itirilməsi və ya yararsız hala salınması hallarında 1 (bir) ədəd “sadə elektron qolbaq”, “mobil nəzarət qurğusu – x1”, “elektrik adapteri – x1” və “proqram lisenziyası – x1” olmaqla dəymiş maddi zərərin məbləği 1930 (min doqquz yüz otuz) AZN məbləği, ƏDV 347.40 (üç yüz qərx yeddi, qırx) AZN məbləği və ümumilikdə 2277.40 (iki min iki yüz yetmiş yeddi, qırx) AZN məbləği təşkil edir. İş materiallarında olan "xxxx" QSC-nin Layihə rəhbəri Arif Həsənovun 30 yanvar 2024-cü il tarixli məktubunun surətindən görünür ki, “..."xxxx" QSC olaraq 2020-ci ildən etibarən Azərbaycan Ədliyyə Nazirliyi ilə müvafiq müqavilə əsasında Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsində istifadə olunan “Attenti” elektron nəzarət vasitələri üzərində mütəmadi olaraq emal, təmir və qulluq xidmətlərini həyata keçirir. İlkin mərhələdə qurğular mütəxəssislər tərəfindən Probasiya xidmətindən texniki dəstək göstərilməsi üçün qəbul olunur. Qəbul zamanı hər bir qurğuya vizual baxış keçirilir və gözlə görünən nasazlıqlar və çatışmamazlıqlar akt vasitəsi ilə rəsmiləşdirilir. Daha sonra qurğular şirkətin servis mərkəzinə gətirilir. Burada qolbaqlar mobil qurğulardan ayrılır təmizlənib dezinfeksiya olunur. Daha sonra hər bir qurğu kompüterdə xüsusi proqram vasitəsilə testdən keçirilir. Test zamanı qurğunun vəziyyəti barədə məlumat alınır. Əgər test nəticəsində hər hansı bir nasazlıq aşkarlanarsa, avadanlıq təmirə göndərilir. Təmir prosesi nəticəsində göstərilən nasazlıq və ya nasazlıqlar aradan qaldırılır. Əgər avadanlığın təmiri mümkün deyildirsə, həmin avadanlıq barədə texniki rəy tərtib olunub avadanlıqla birlikdə Probasiya xidmətinə təhvil verilir. Təmirdən çıxmış avadanlıqlar komplektləşdirilərək Probasiya xidmətinə təhvil verilir. Təhvil təslim zamanı Probasiya xidmətinin əməkdaşları qurğulara bir-bir baxış keçirir, onları yoxlayır və təhvil alırlar. Daha sonra Probasiya xidməti qurğuları aidiyyəti qurumlar üzrə paylayır və yerli Probasiya məmurları bu qurğuları yerlərdə tətbiq edirlər. Qurğu tətbiq edildikdən sonra Probasiya məmuru Elektron Monitorinq İdarəsi ilə əlaqə saxlayır və qurğunun sistem tərəfindən görünüb-görünmədiyi barədə məlumat alır. Monitorinq İdarəsi tərəfindən qurğudan siqnal alındığından əmin olduqdan sonra Probasiya məmuru ərazini tərk edir və beləliklə, monitorinq prosesi başlayır. Bütün bu sadalananlar yararsız qurğunun tətbiq edilmə imkanlarını tam mümkünsüz edir...”. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” 144 saylı, 10 aprel 2018-ci il tarixli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etdiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi, qırx) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi, qırx) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-88/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-88/2024
28.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver