Məhkəmə qərarları › İş №2(072)-9/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-9/2025

24.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-9/2025 24.02.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Bakı Baş Tikinti İdarəsində “qaynaqçı” vəsifəsində işlədiyi zaman güzəştli mənzil almaq məqsədilə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində növbəyə dayanmış və 011879 saylı, 07 iyun 1993-cü il tarixli orderlə ünvan 6, 42 saylı mənzil ilə təmin olunmudur. Lakin həmin binanın tikintisi tam başa çatmadığı üçün ailə üzvləri ilə birlikdə mənzilə köçə bilməmişdir. Bina iki mərtəbə inşa edildikdən sonra iş dayandırılmışdır. Daha sonra 1993-cü ildə Cəbrayıl rayonundan olan məcburi köçkünlər, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmməd oğlu, Cavabdeh3, Cavabdeh4 və X9 onun xüsusi mülkiyyətində olan həmin mənzili zəbt edərək, orada məskunlaşmışlar. Dövlət tərəfindən məcburi köçkünlər üçün bütün şərait yaradılsa da, hətta mənzillərlə təmin edilsə də, lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 1 ünvandan çıxmamışlar. Bu səbəbdən də, o, iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5848/2017 saylı 08 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən çıxarılması və onun həmin yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5848/2017 saylı 08 avqust 2017-ci il tarixli qətnaməsi qərəzli şəkildə icra edilməmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən 07 aprel 2022-ci il tarixli və 19 may 2023-cü il tarixli aktlar tərtib edilmişdir. Bundan başqa, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5175/2022 saylı 26 dekabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Hüseynov X10 Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Onu da qeyd edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5848/2017 saylı 08 avqust 2017-ci il tarixli qətnaməsinin icrası zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində fərdi yaşayış evi var, onlar həmin ünvanda yaşayır və eləcə də kommunal xidmətlər Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Bundan başqa, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5848/2017 saylı 08 avqust 2017-ci il tarixli qətnaməsinin icrası zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 adına 1. “VAZ 21053” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil;

2. “VAZ 21061” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil; 3. “VAZ 21214” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil; Cavabdeh3 adına 1. “VAZ 21154” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil; 2. “RANGE ROVER” markalı, **-FR- *** dövlət qeydiyyat nişanlı avtomobil; 3. “BMW 5351” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və 4. Abşeron rayonu, Novxanı kəndində 0.05 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Ümumiyyətlə, cavabdeh tərəfin kifayət qədər yüksək maddi imkanı olmuşdur. Lakin cavabdeh tərəfin mülkiyyətində və (və ya) istifadəsində daşınar və daşınmaz əmlakların olmasına, yəni maddi imkanlarının kifayət qədər yüksək olmasına baxmayaraq, uzun müddət onun mülkiyyətində olan mənzildən çıxmaması, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınması ona həm maddi, həm mənəvi zərərin vurulmasına səbəb olmuşdur. Belə ki, cavabdeh tərəf onun mülkiyyətində olan mənzildən çıxmadıqları üçün o, ailəsi ilə birlikdə uzun müddət kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Eləcə də cavabdeh tərəfin bu qanunsuz əməlləri ona pis təsir etmiş, o, mənəvi cəhətdən iztirab və sarsıntı keçirmişdir. O, cavabdehin tərəfin bu hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərəri 10000 (on min) AZN məbləği həddində qiymətləndirmişdir. Onu da qeyd edir ki, cavabdeh tərəf işğaldan azad olunmuş Cəbrayıl şəhərində yeni yaşayış sahəsi ilə təmin edilmişdir. Cavabdeh tərəf onun mülkiyyətində olan yaşayış sahəsini boşaldıb çıxan zaman mənzili yararsız vəziyyətə salmaqla, ona əlavə olaraq maddi zərər vurmuşdur. Hesab edir ki, cavabdeh tərəf 2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində yerləşən fərdi yaşayış evi inşa edərək, orada yaşadığı üçün həmin tarixdən etibarən 2024-cü ilin yanvar ayınadək ona əldə çıxmış faydaya görə 35000 (otuz beş min) AZN məbləğində icarə haqqı ödəməlidir. Ümumiyyətlə, o, cavabdeh tərəfin bu hərəkətləri nəticəsində həm əldən çıxmış faydaya görə, həm də mənzili boşaldıb çıxan edən zaman dəymiş real zərər görə ümumilikdə dəymiş maddi zərəri 60000 (altmış min) AZN məbləği həddində qiymətləndirmişdir. Bu səbəbdən də, o, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, əldən çıxmış faydaya görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın rəyini və dəymiş real zərər görə müstəqil qiymətləndirici “Mərkəzi Ekspertiza Bürosu”nun MEB-273-0825 saylı, 03 oktyabr 2025-ci il tarixli qiymətləndirmə hesabatını nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 dəymiş maddi zərərin əvəzi olaraq 60000 (altmış min) AZN məbləğində pulun, dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) AZN məbləğində pulun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 390 (üç yüz doxsan) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin nümayəndəsi X12 iddia tələbini rədd edərək, iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh tərəf iddia tələbini rədd edərək, iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 011879 saylı, 07 iyun 1993-cü il tarixli orderin surətindən görünür ki, ünvan 6, 42 saylı mənzil Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı qanuni istifadəsinə verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 tərəfindən verilmiş **********91-05101-093024 Reyestr №-li, ********** Qeydiyyat №-li, 20 fevral 2025-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6, 42 saylı mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5848/2017 saylı, 08 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmməd oğlunun, Cavabdeh3, Cavabdeh4 və X3 ünvan 6, 42 saylı mənzildən çıxarılması, İddiaçı ünvan 6, 42 saylı mənzilə köçürülməsi... qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5175/2022 saylı 26 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Hüseynov X10 Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin SOCAR**********30560046X06701 saylı 18 noyabr 2021-ci il tarixli və 14-2-2-4/2-684/2024 saylı, 29 mart 2024-cü il tarixli məktublarından görünür ki, Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində yerləşən fərdi yaşayış evində təbii qaz istehlakçısı kimi 30 iyul 2013-cü il tarixdə abonentlərin uçotu bazasında **********00009 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 01/05-06/276 saylı 21 yanvar 2022-ci il tarixli və 13-13/2-1/16-3755/2024 saylı 19 mart 2024-cü il tarixli məktublarından görünür ki, Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində yerləşən fərdi yaşayış evində elektrik enerjisi istehlakçısı kimi 19 sentyabr 2011-ci il tarixdə abonentlərin uçotu bazasında **********60035 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********35 Reyestr №-li, ********** Qeydiyyat №-li, 28 sentyabr 2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyası üzrə 0.05 ha. torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin 14354/2 saylı, 07 fevral 2022-ci il tarixli məktubundan (alğı-satqı müqavilələri və kompyuter uçot bazası) görünür ki, Cavabdeh2 adına 1. “VAZ 21053” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil; 2. “VAZ 21061” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil; 3. “VAZ 21214” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil; Cavabdeh3 adına 1. “VAZ 21154” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil; 2. “RANGE ROVER” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil; 3. “BMW 5351” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 3-36/2-613/2023 saylı, 03 mart 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində yerləşən fərdi yaşayış evində müvəqqəti məskunlaşdığı üçün məhkəmə qətnaməsinin icrasına hüquqi müstəvidə baxılmasına etiraz edilməmişdir. (yəni cavabdeh tərəfin həmin ünvanda məskunlaşması barədə Komitənin məlumatı olmuşdur.) İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin 07 aprel 2022-ci il tarixli və 19 may 2023-cü il tarixli “baxış akt”larının surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5848/2017 saylı, 08 avqust 2017-ci il tarixli qətnaməsinin icrası zamanı icra məmuru tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin ünvanda yaşaması müəyyən edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin 73690 saylı, 16 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5848/2017 saylı, 08 avqust 2017-ci il tarixli qətnaməsinin icrası zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşaması müəyyən edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X5, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Xətai Rayon Sektorunun məsləhətçisi X13 və Cavabdeh2 tərəfindən tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh2 ailəsi ilə birlikdə Cəbrayıl şəhərinə köçürüldüyü üçün məskunlaşdığı mənzil Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X1 təhvil verilmişdir. İş materiallarında olan 147 saylı, 17 noyabr 2024-cü il tarixli “İşğaldan azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülmə və həmin yaşayış sahəsindən istifadəyə dair müqavilə”nin surətindən görünür ki, Cavabdeh2 ailə üzvləri; arvadı Cavabdeh1, övladı Cavabdeh4, gəlni X4, nəvələri X2, X7 və X6 ilə birlikdə ünvan 4 ünvana köçürülmüşdür. İş materiallarında olan 148 saylı, 17 noyabr 2024-cü il tarixli “İşğaldan azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülmə və həmin yaşayış sahəsindən istifadəyə dair müqavilə”nin surətindən görünür ki, Cavabdeh3 ailə üzvləri; arvadı X8, övladları X21 və X18 ilə birlikdə ünvan 5 ünvana köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 9/4317 №-li, 30 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 42.5 m2 sahədən və 3 (üç) otaqdan ibarət 42 saylı mənzilin və oxşar şəraitli məzillərin 2011-ci il tarixdən 2024-cü ilin fevral ayınadək illik icarə haqqının orta bazar qiyməti; 2011-ci il üzrə illik kirayə qiyməti nəzəri təxmini 2280 (iki min iki yüz səksən) AZN məbləği, 2012-ci il üzrə illik kirayə qiyməti nəzəri təxmini 2280 (iki min iki yüz səksən) AZN məbləği, 2013-cü il üzrə illik kirayə qiyməti nəzəri təxmini 2400 (iki min dörd yüz) AZN məbləği, 2014-cü il üzrə illik kirayə qiyməti nəzəri təxmini 2520 (iki min beş yüz iyirmi) AZN məbləği, 2015-ci il üzrə illik kirayə qiyməti nəzəri təxmini 2640 (iki min altı yüz qırx) AZN məbləği, 2016-cı il üzrə illik kirayə qiyməti nəzəri təxmini 2760 (iki min yeddi yüz altmış) AZN məbləği, 2017-ci il üzrə illik kirayə qiyməti nəzəri təxmini 2760 (iki min yeddi yüz altmış) AZN məbləği, 2018-ci il üzrə illik kirayə qiyməti nəzəri təxmini 2880 (iki min səkkiz yüz səksən) AZN məbləği, 2019-cu il üzrə illik kirayə qiyməti nəzəri təxmini 3000 (üç min) AZN məbləği, 2020-ci il üzrə illik kirayə qiyməti təxmini 3120 (üç min yüz iyirmi) AZN məbləği, 2021-ci il üzrə illik kirayə qiyməti təxmini 3240 (üç min iki yüz qırx) AZN məbləği, 2022-ci il üzrə illik kirayə qiyməti təxmini 3360 (üç min üç yüz altmış) AZN məbləği, 2023-cü il üzrə illik kirayə qiyməti təxmini 3480 (üç min dörd yüz səksən) AZN məbləği, 2024-cü il yanvar ayı üzrə aylıq kirayə qiyməti təxmini 300 (üç yüz) AZN məbləği müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. İş materiallarında olan müstəqil qiymətləndirici “Mərkəzi Ekspertiza Bürosu”nun MEB-273-0825 saylı, 03 oktyabr 2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 6, 42 saylı mənzilə dəymiş maddi zərərin dəyəri 12022 (on iki min iyirmi iki) AZN məbləği müəyyən edilir. Qeyd: iş üzrə xidmət haqqı ödənilmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi (vəkil) İmişli Rayon Vəkil Bürosunun vəkili Vəkil1 31 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 9/4317 №-li, 30 iyul 2024-cü il tarixli ekspert rəyi ilə razıdır və ekspert rəyinə etiraz etmir. İş materiallarında olan ********* saylı, 20 noyabr 2023-cü il tarixli və ********** saylı, 30 yanvar 2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün ümumilikdə 392 (üç yüz doxsan iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Cavabdehlərin digər yerdə kirayədə yaşamağa və ya özlərinə başqa yaşayış sahəsi almağa maddi imkanı olduğu halda Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5848/2017 saylı, 08 avqust 2017-ci il tarixli qətnaməsini icra etməyərək, ünvan 6, 42 saylı mənzili boşaldaraq mülkiyyətçisinə təhvil vermədiklərinə görə, iddiaçı hər ay müəyyən məbləğdə kirayə haqqı ödəməklə digər yerdə yaşamağa məcbur olmuş, cavabdehlərin qətnaməni icra etməməsi nəticəsində iddiaçı xüsusi mülkiyyətində olan mənzilə köçüb istifadə edə bilməmiş və bununla da ona hər ay əldən çıxmış faydaya görə müəyyən məbləğdə maddi zərər dəymişdir. Bu səbəbdən dəi, iddiaçı ona vurulmuş əldən çıxmış faydaya görə maddi zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malikdir.

2. İddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlakın cavabdehlərin qanunsuz sahibliyində saxlanılması nəticəsində ona dəymiş zərərin əvəzini tələb edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5 və 1092.1.1-ci maddələri mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu müəyyən etmişdir. Belə ki, həmin maddələrə görə əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi müəyyən olunmuşdur.

3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5848/2017 saylı, 08 avqust 2017-ci il tarixli qətnaməsində cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən çıxarılması üçün onların başqa yaşayış sahəsi ilə təmin edilməli olması şərti müəyyən olunmamışdır. Əks halda bu hal hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, son nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına qeyri-müəyyən müddətdə mane olur.

4. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən şəxsin əşyaya sahibliyinin qanuni hesab edilməsi, mülkiyyətçinin hüquqlarının isə məhdudlaşdırılmasının əsasları kimi belə hal, yəni faktiki sahibin məcburi köçkün olması və dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunmaması nəzərdə tutulmamışdır.

5. Cavabdeh3 2017-ci il tarixdən etibarən Bakı şəhəri Xətai rayonu, G.Şıxlınski 42 A (N.Tusi 29/42 B) ünvanda "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasının 78 saylı mənzildə yaşamasına dair Azrbaycan Respublikası Mənzil-Tikinti Koorperativi "xxxx" MTK-nın 42 saylı, 17 iyul 2025-ci il tarixli arayışı inandırıcı deyildir, məhkəmə tərəfindən ciddi və mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5175/2022 saylı 26 dekabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh3 ifadəsində “onların başqa yerdə evlərinin olmamasını, hal-hazırda ünvan 8 ünvanda özü, həyat yoldaşı, iki uşağı, valideynləri, qardaşı, qardaşının həyat yoldaşı və qardaşının iki uşağı olmaqla, 9 nəfərin yaşamasını...” bildirmişdir.

6. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “mənzilin icarə haqqı məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir.

7. Cavabdehlər məcburi köçkün olsa da, onların kifayət qədər yüksək həcmdə aylıq gəlirə malik olması, mülkiyyətlərində və (və ya) istifadələrində isə yüksək dəyərli daşınmaz və daşınar əmlakların (avtomobillərin) olması, iddiaçının isə təqaüdçü olması və kirayədə yaşamaq məcburiyyətində qalması iş üzrə mübahisə doğurmur.

8. Hazırki iş üzrə iddia tələbi tərəflər arasında uzun illər əvvəl mövcud olmuş mübahisədən qaynaqlanan tələblə əlaqədardır. Belə ki, cavabdehlər iddiaçıya məxsus daşınmaz əmlakı bu və ya digər yolla zəbt etməklə, onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı, onda əsəb, narahatlıq və məyusluq hissləri yaratmış, habelə sadalanan hadisələr onda mənəvi sarsıntı və iztirab yaratmışdır.

9. Cavabdeh tərəfin dəymiş zərərin ödənilməsi ilə bağlı iddiaçı qarşısında öhdəlikləri yaranmışdır ki, sözügedən əldən çıxmış faydaya görə maddi zərərin, eləcə də mənəvi zərərin əvəzi məhkəmə tərəfindən müəyyən edilməklə cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməlidir.

10. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həllinə nail olmaq baxımından, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əldən çıxmış gəlirə dair real, ağlabatan və ədalətli məbləğin yuxarıda qeyd olunan formada hesablanmaqla, cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi məqsədəmüvafiqdir.

11. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir.

12. Hazırkı iş üzrə iddiaçıya “dəymiş maddi və mənəvi zərərə” görə məbləğ müəyyən olunan zaman cavabdehlərin maddi vəziyyəti, onların qüvvədə olan hüquqi statusu (məcburi köçkün statusu), əmlak vəziyyəti, buna adekvat iddiaçının məhrum olduğu real gəlirlər nəzərə alınmalı və hər iki tərəfə münasibətdə balanslaşdırılmış (mənəvi zərərə görə 500 AZN məbləği həddində...) qətnamə qəbul edilməlidir.

13. İddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun pozuntusu faktı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5848/2017 saylı, 08 avqust 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyi “əldən çıxmış faydaya görə zərər” ilkin “məhkəməəmtəəşünaslıq ekspertizası”nın rəyi nəzərə alınmaqla, məhz 2017-ci ildən etibarən 2024cü il yanvar ayı üzrə aylıq kirayə qiymətlərinə uyğun hesablanmalıdır. (əldən çıxmış faydaya görə 20530 AZN məbləği həddində...) (Qeyd: həm iddiaçı, həm də cavabdeh tərəf ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın rəyi ilə razıdır.)

14. İddia tələbinin “dəymiş real zərərin ödənilməsi” hissəsi, yəni məhz cavabdeh tərəfin təqsiri, hüquqa zidd əməli ucbatından mənzil boşaldılan zaman yararsız vəziyyətə düşməsi və bunun nəticəsində iddiaçıya maddi zərərin dəyməsi sübuta yetirilmədiyi üçün rədd edilməlidir.

Tətbiq edilən maddi hüquq normalar: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır...Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Marckx Belçikaya qarşı” iş üzrə 13 iyul 1979-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Sporronq və Lonnrot İsveçə qarşı” və “Papamixolopulus Yunanıstana qarşı” işləri üzrə Qərarlarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bu əmlakdan “de-fakto” formada məhrumetmə hesab edilir ki, formal şəkildə mülkiyyət hüququ saxlansa da, həmin hüquqların olmasının və faktiki olaraq həyata keçirilməsinin əhəmiyyəti aradan qalxmış olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Gülməmmədova Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “tələbin itirilmiş icarə haqlarına aid olan hissəsinə gəldikdə, Məhkəmə hesab edir ki, tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və yəqin ki, ərizəçi mənzil üzərində nəzarəti itirməsi nəticəsində maddi ziyana məruz qalıb. Məhkəmə tərəflərin arqumentlərini araşdıraraq və ədalət prinsipi əsasında qərar çıxararaq hesab edir ki, ziyanın hesablanması üçün Hökumətin təklif etdiyi baza qiyməti ağlabatandır və itirilmiş icarə haqlarına görə ərizəçiyə 11042 avro təyin edir...”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmişdir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir.

Tətbiq edilən prosessual hüquq normalar: Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

Məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı qismən öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını qismən əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə qismən mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddia tələbinə qarşı etiraz və mülahizəsinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdeh tərəfin istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən mülki iş üzrə mübahisənin həlli zamanı tərəflərin izahatları aşağıdakı əsas xüsusiyyətlərə malik olmalıdır ki, məhkəmə onları etibarlı qəbul etsin: 1. Ardıcıl və dəyişməz olmalıdır – Əgər bir tərəfin izahatı məhkəmənin müxtəlif mərhələlərində fərqli məzmun daşıyırsa, bu, həmin tərəfin iddiasının və ya etirazının inandırıcılığını azaldır. 2. Məntiqli və inandırıcı olmalıdır – Əgər bir tərəfin izahatı məntiqli və inandırıcı deyildirsə, qeyd edilən məntiqə zidd görünür və hakimin bu arqumentə qarşı daxili inamını zəiflədir. 3. Ziddiyyətli olmamalıdır. Tərəflərin təqdim etdiyi izahatlarda daxili uyğunsuzluqların olması onların obyektivliyini şübhə altına alır. Əgər eyni tərəf müxtəlif vaxtlarda bir-birini təkzib edən açıqlamalar verirsə, bu, məhkəmənin həmin izahatlara inanmasını çətinləşdirir. Tutarsız, ziddiyyətli və məntiqsiz izahatlar məhkəmənin daxili inamınını formalaşmasında rol oynayır və tərəfin mövqeyinin zəifləməsinə səbəb olur. Buna görə də, hüquqi prosesdə tərəflərin izahatlarının ardıcıl, əsaslandırılmış və sübutlarla dəstəklənməsi onların mövqeyinin haqlı olmasını təmin edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Belə ki, cavabdehlər məcburi köçkün olduğu üçün məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi üçün heç bir hüquqi əsas yoxdur və bu səbəbdən də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 deyil, İddiaçı aid edilməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla qismən öz təsdiqini tapdığı, bununla yanaşı cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını maddi hüquq normaları ilə əsaslandıra bilmədiyi və buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi üçün iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 20530 (iyirmi min beş yüz otuz) AZN məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada mülki iş üzrə ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumilikdə dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Bundan başqa, iddia qaldırılması üçün ödənilmiş 390 (üç yüz doxsan) AZN məbləğində dövlət rüsumu, İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada maddi zərərin əvəzi olaraq 20530 (iyirmi min beş yüz otuz) AZN məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) AZN məbləğində pul, ümumilikdə 21030 (iyirmi bir min otuz) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada mülki iş üzrə ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. İddia qaldırılması üçün ödənilmiş 390 (üç yüz doxsan) AZN məbləğində dövlət rüsumu, İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar